Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü TƏYİN EDİLDİ
Kənar müdaxilə nəticəsində Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin həlak olan ekipaj üzvləri - pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyevaya "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qanunvericiliyə əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Oxu.Az xəbər verir ki, Modern.az Milli Qəhrəmanların ailələrinə təqaüd təyin edilib-edilmədiyini öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, nazirlik tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmiş Hökumə Cəlil qızı Əliyevanın, İqor İvanoviç Kşnyakinin, Aleksandr Georgiyeviç Kalyaninovun ailə üzvlərinə proaktiv qaydada Milli Qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1332 Tarix: 11 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəhlükəli gələcək: insanı robotlar böyütsə…
"İstehsalat sahəsində robotların insanı əvəz etməsi artıq uğurla tətbiq olunan bir reallıqdır. Lakin insan tərbiyəsini tamamilə texnikaya və robotlara həvalə etmək ciddi suallar doğurur". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib. O, qeyd edib ki, insan digər canlılarda
24.04.2026 229 Sumqayıtda "Esmanur" bağçasında qalmaqal: valideyn iddiaları cəmiyyəti ayağa qaldırdı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sumqayıt şəhərində yerləşən "Esmanur" uşaq bağçasında baş verən qalmaqal cəmiyyətdə ciddi narahatlıq yaradıb. Valideynlərin iddialarına görə, bağçada uşaqlara qarşı qeyri-etik davranış halları müşahidə olunub və bu məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı yayıla
24.04.2026 353 Paşinyan seçki vədi verdi: hər il iki dünya ulduzu Ermənistana gətiriləcək
Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdan gələn parlament seçkilərində qalib gələcəyi təqdirdə hər il dövlət büdcəsi hesabına iki dünyaca məşhur ulduzun ölkəyə dəvət olunacağını vəd edib. xəbər verir ki, o, bu barədə hakim Vətəndaş Müqaviləsi Partiyası-nın seçki platformasının təqdimatı zaman
24.04.2026 254 Kəlbəcər və Laçına sulu qar yağıb
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi rayonlarda yağıntılı olub, yüksək dağlıq ərazilərdə isə (Kəlbəcər, Laçın) sulu qar yağıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Qubada 3, Gəncə, Naftalan, Qusar, Balakən
24.04.2026 196 Bu şəxslərə 2750 manat maddi yardım ediləcək
İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək. Axşam.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2750 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmu
24.04.2026 397 "Sənətkarlar üçün qəbiristanlıq yaradılsın"
Xalq artisti Afaq Bəşirqızı sənətkarlar üçün xüsusi qəbiristanlıq hazırlanması məsələsini yenidən gündəmə gətirib. Axşam.az xəbər verir ki, aktrisa bu haqda "Xəbərin olsun" verilişində deyib. O bildirib ki, Rusiyadakı Novodeviçye qəbiristanlığından Azərbaycanda da yaradılmalıdır:. "Bizi
24.04.2026 238 Şəhid Elçin Kərimbəylinin Anım günü qeyd edildi
Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Elçin Kərimbəylinin Anım günü qeyd edilib. Şəhid Elçin Kərimbəylinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, qarşısına çiçəklər qoyuldu.1 oktyabr 2010-cu il tarixində Nərimanov rayon Hərbi Komissarlığı (indiki Səfərbərlik və Hərb
24.04.2026 217 Uşaqlarda dırnaq yemə və gigiyena vərdişləri: valideynlər nə etməlidir? - PSİXOLOQDAN AÇIQLAMA
Bəzi uşaqların dırnaq yemə vərdişi valideynlər üçün həm narahatlıq, həm də gigiyena baxımından ciddi problem olaraq qalır. Bu davranış çox vaxt stress, narahatlıq və ya diqqət çatışmazlığı ilə əlaqəli olur. Digər tərəfdən, uşaqlarda əl yuma və diş fırçalama kimi əsas gigiyenik vərdişlərin formalaşdırılmasınd
24.04.2026 254 CNN: "ABŞ danışıqların uğursuzluğa düçar olacağı təqdirdə İran infrastrukturuna qarşı yeni hərbi əməliyyat planlaşdırır"
Trampın əvvəllər də təhdid etdiyi kimi, İranın enerji infrastrukturuna zərbə endirmək variantı Tehranı razılığa gəlməyə məcbur etmək üçün masada qalır. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, CNN cümə axşamı gecəsi məsələ ilə tanış olan bir çox mənbəyə istinadən bildirib ki, ABŞ hərbi rəsmilər
24.04.2026 210