Mars planeti bu tarixdə Bakıdan adi gözlə görünəcək
Mars planeti yanvarın 16-da adi gözlə görünən ən zəif ulduzdan 900 dəfə parlaq olacaq.
Bu barədə BiG.AZ-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumatda bildirilib.
Qeyd edilib ki, Mars həmin vaxt qarşıdurmada olacaq. Qarşıdurma zamanı Mars və Günəş Yerə görə əks istiqamətlərdə yerləşir. Bu, Marsın tam işıqlanmış və Yerə yaxın mövqelərdən birində olduğu vəziyyətdir:
"Qarşıdurma vəziyyətində Mars tam gecə boyunca görünür. Bu mövqe Marsın həm teleskopla, həm də adi gözlə ən yaxşı müşahidə olunduğu vaxtlardan biridir. Planet daha parlaq və böyük görünür, buna görə də onun xüsusiyyətlərini öyrənmək üçün astronomlar üçün ideal şərait yaranır. Eyni zamanda, yanvarın 12-də saat 23:00-da Mars Yerə 0.642 AV (96.079 milyon km) yaxın məsafədə olacaq.
Hər Mars yaxınlaşması bir neçə gün fərqlə, demək olar ki, eyni vaxtda baş verən bir qarşıdurma ilə müşayiət olunur. Bu gecikmə Mars orbitinin nəzərəçarpacaq dərəcədə elliptik olması ilə əlaqədardır. Bu dəfə Mars Yerə yaxın mövqedə olanda onun görünən bucaq ölçüsü 14.6" (bucaq saniyəsi), parlaqlığı isə -1.4m ulduz ölçüsünə çatacaq. Başqa sözlə, adi gözlə görünən ən zəif ulduzdan təxminən 900 dəfə parlaq olacaq".
Vurğulanıb ki, Bakıdan Mars bütün gecə ərzində təxminən saat 18:30-dan 07:41 radələrinə kimi görünəcək. Saat 01:14-də Mars göy meridianını keçəcək və həmin an üfüqdən 74° hündürlükdə olacaq.
Qeyd edək ki, Marsın son dövrlərdə bir neçə böyük qarşıdurması hadisəsi baş verib. 2003-cü il 27 avqust: Mars Yerdən cəmi 55.7 milyon kilometr məsafədə olub. Bu, son 60000 ilin ən yaxın qarşıdurması idi. Marsın bucaq ölçüsü təxminən 25.1" olmuşdu və bu hadisə böyük müşahidə kampaniyaları ilə müşayiət edilmişdi.
2018-ci il 27 iyulda Mars cəmi 57.6 milyon kilometr məsafədə olub.
Növbəti böyük qarşıdurmanın 15 sentyabr 2035-ci ildə baş verəcəyi gözlənilir. Bu zaman Mars Yerdən təxminən 56 milyon kilometr məsafədə olacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1879 Tarix: 10 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXəzərdə pilotsuz dövr: Azərbaycan Hərbi Dəniz Qüvvələrini necə gücləndirir?
"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 6-da Hərbi Dəniz Qüvvələrində olublar. Bu ziyarət kifayət qədər maraqlı məqamlarla yadda qalıb". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, səfərin ən diqqətçəkən tərəfi Prezident İlham Əliye
15:05 94 Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı - Video
Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə əsas yolda şütüyən şəxs məsuliyyətə cəlb olunub. Axşam.az xəbər verir ki, həmin şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, həmin şəxs məsuliyyətə cəlb edilib:. "Bakıda hərəkətin intensi
13:20 209 İsti yeməyi plastik qabda saxlamaq təhlükəlidirmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Plastik qabların gündəlik həyatda geniş istifadəsi qidanın saxlanması ilə bağlı sualları da artırır. Xüsusilə isti yeməklərin plastik qablara qoyulması zamanı qabın tərkibindəki bəzi maddələrin qidaya keçməsi ehtimalı istehlakçıların diqqət etdiyi məsələlərdəndir. Qida ilə təmas üçün nəzərdə tutula
14:51 131 Bakı ilk onluqda: Riyazi savadlılıq üzrə nəticələr AÇIQLANDI
"Bakı riyazi savadlılıq üzrə nəticələrdə bütün qiymətləndirmə dövrləri üzrə ən yüksək irəliləyiş göstərən 10 ölkə və region arasında yer alıb. Paytaxtın nəticəsi 2022-2025-ci illər ərzində 63 bal artıb". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramı
12:22 104 "Ay Bizimdir" - Trampdan gözlənilməz paylaşım
ABŞ Prezidenti Donald Tramp Ayla bağlı diqqətçəkən paylaşım edib. xəbər verir ki, o, bunu özünün "Truth Social" səhifəsində yazıb. Ağ Ev rəhbəri Ayın şəklini "Ay Bizimdir" başlığı və ABŞ bayrağı ilə paylaşıb. Paylaşımın hansı hadisə və ya qərarla bağlı olduğu isə aydın deyil. Bel
14:10 122 Dron qalmaqalı böyüyür: Aİ və NATO hərəkətə keçdi
Aİ və NATO ölkələrinin liderləri Almaniyanın Leypsiq şəhərində baş verdiyi bildirilən dron hadisəsinə Moskvanın məsuliyyət daşıdığı qənaəti əsasında uzunmüddətli və davamlı cavab hazırlayırlar. xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, Leypsiq hav
14:22 127 Qütb ayılarının neçə yaşı var? - Alimlər onların nə vaxt və harada yarandığını açıqladı
Qütb ayılarının məlum olan ən qədim fosilləri Şpitsbergen adasında və Norveçin şimalında tapılıb. Onların yaşı 115-130 min il olaraq müəyyənləşdirilib. Bu tarix sonuncu buz dövrünün başlanmasından əvvəlki dövrə təsadüf edir. Bununla belə, bəzi bioloqlar qütb ayılarının qonur ayılardan təxminən 600 mi
07.09.2026 242 Bakıda aylıq normanı aşan yağıntı qeydə alınıb - FAKTİKİ HAVA
Sentyabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Bakıda və Abşeron yarımadasınd
10:20 156 Bu xanımlar direktor müavini təyin edildi
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Qaynarinfo xəbər verir ki, Lətifə Sadıqova Azərbaycan Dövlət Pedaqoj
10:13 188