Özəl sektorda çalışanların da əməkhaqqı artacaq - RƏSMİ

Özəl sektorda çalışanların da əməkhaqqı artacaq - RƏSMİAzərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müəyyən sahələrdə çalışan şəxslərin əməkhaqqının artırılması nəzərdə tutulub.

Modern.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov DOST TV-nin efirində deyib.

Onun sözlərinə görə, ümumilikdə bu islahatdan 700 mindən artıq vətəndaş yararlanacaq:

"Onlardan 400 mini dövlət sektoru, 300 min özəl sektorda faəliyyət göstərən şəxslərdir. Azərbaycanda artıq minimum əməkhaqqının 400 manat müəyyən edilməsi dalğavari effekt yaradaraq digər üst pillələrdə olan şəxslərin əməkhaqlarının artırılmasına təsirini göstərir".

O əlavə edib ki, fevralın 1-dən minimum pensiyalar da 320 manata çatdırılır, bu 14% artımdır:

"Yanvarın 1-dən əmək pensiyaları əvvəlki ildə orta aylıq nominal əməkhaqqının orta tempinə uyğun indeksləşdirilir. Bu indeksləşmə də nəzərə alındıqda minimum əməkhaqqının arıtırılması, pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min insanı əhaət edəcək".

Sədr məlumat verib ki, müavinət və təqaüdlərin artırılması böyük kəsimi əhatə edən islahat nəzərdə tutulub:

"Proqnozlarımıza görə, 1 milyondan artıq insan bundan yararlana biləcək. 2018-ci ildə müavinət və təqaüdlərin maliyyələşdirilməsi xərci 430 milyon manat civarında idi. Bu rəqəm 2024-cü ilin sonunda 2 milyard manata çatıb. Burada 5 dəfəlik artım var".

H.Məmişov həmçinin deyib ki, tələbələr də dövlət dəstəyi diqqət mərkəzindədir, təqaüdlərin də artırılması məsələsi qarşıya qoyulub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 904   Tarix: 07 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda tikinti materiallarının istehsalı 39 %-dən çox artıb

Bu ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsalının ümumi dəyəri 117,8 milyon manat təşkil edib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 39,3 % çoxdur. Məlumata görə, ay ərzində ölkədə asfalt istehsal

11:10 146
.

Tramp idxal rüsumlarını 15 %-ə qaldırıb

ABŞ Prezidenti Donald Tramp bütün ölkələr üçün idxal rüsumlarını 10 %-dən 15 %-ə qaldırmaq qərarına gəlib. "Report"un məlumatına görə, o, bunu "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ Ali Məhkəməsi tərəfindən dünən, aylarla davam edən müzakirələrdən sonra verilən gülün

15:10 106
.

Yaponiyada "çılpaq festival"da altı nəfər xəsarət alıb

Yaponiyanın Okayama prefekturasında keçirilən ənənəvi "çılpaq festival" zamanı baş verən sıxlıq nəticəsində azı altı nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçü ağır vəziyyətdədir. xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb

17:50 0
.

Uitkoff ABŞ-nin İranla danışıqlarda "qırmızı xətt"ini açıqladı

"ABŞ İranın uranı zənginləşdirməkdən imtina etməsində israr edir, bu, Vaşinqtonun danışıqlardakı "qırmızı xətt"idir". xəbər verir ki, bunu ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff "Fox News" telekanalına müsahibəsində bildirib. "Biz İranla danışıqlara getməzdə

17:40 0
.

KİV: Lekornu Makronla məsləhətləşmələrdən sonra hökumət dəyişikliklərini təxirə salıb

Fransanın Baş naziri Sebastyan Lekornu respublika Prezidenti Emmanuel Makronla məsləhətləşmələrdən sonra əvvəlcədən elan edilmiş hökumət dəyişikliklərini təxirə salıb. "Report" xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti Nazirlər Kabinetinin başçısının ətrafındakı mənbəyə istinadə

13:00 136
.

Ətin qiymətində gözlənilməz DƏYİŞİKLİK

Bu ilin yanvarında Azərbaycana 8,2 milyon ABŞ dolları dəyərində 332 ton ət idxal olunub. Statistik göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə idxalın həm həcminin, həm də ümumi dəyərinin azaldığını göstərir. Lakin diqqət çəkən əsas məqam qiymət dinamikasıdır: 1 kiloqram ətin orta idxal qiymət

13:53 273
.

Sərxoş halda "102"yə zəng edib narkotikin qiymətindən danışdı: HƏBS OLUNDU

Sərxoş halda Daxili İşlər Nazirliyinin "102"yə zəng edərək nalayiq ifadələr işlədən şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub. BİG.AZ "Teleqraf"a istinadla xəbər verir ki, 1986-cı təvəllüdlü Ç.V. "102"yə zəng edərək atasının vaxtilə vəzifədə olmuş şəxs tərəfindən qətl

10:50 188
.

İran XİN Avropa ölkələrinin qoşunlarını terrorçu təşkilat kimi tanıdı

İran Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı (Aİ) ölkələrinin hərbi dəniz və hərbi hava qüvvələrini terrorçu təşkilat kimi tanıyıb. xəbər verir ki, bu qərar Aİ-nin İran İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilatlar siyahısına salmasına cavab olaraq verilib. İran XİN-in açıqlamasınd

12:40 146
.

Pezeşkian: "İran nüvə proqramı üzrə danışıqlarda xarici təzyiqlərə boyun əyməyəcək"

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkə nüvə proqramı üzrə danışıqlar zamanı dünya dövlətlərinin təzyiqinə boyun əyməyəcək. xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı yayıb. İran prezidenti qeyd edib ki, dünya dövlətləri sıraya düzülüb bizi baş əyməyə məcbu

13:50 134
.

TOP MP3