Haker hücumları ilə bağlı əhaliyə müraciət edildi

Haker hücumları ilə bağlı əhaliyə müraciət edildi2024-cü il ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət elektron xidmətlərinə aid məxsusi hesablarının sayı ümumilikdə 3798 olub.

Bu barədə BiG.AZ-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət qurumlarının əməkdaşları üçün həyata keçirilən "Kibergigiyena layihəsi"nə, "İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat"ın tətbiqinin təşviq edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, 2024-cü il ərzində bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına riayət etməyərək 32 dövlət qurumunun ümumilikdə 134 əməkdaşı haker hücumlarının qurbanına çevrilib.

Bununla yanaşı internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər. Haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarını da hakerlərin qurbanına çevirmiş vətədandaşların statistikası XRİTDX tərəfindən qeydiyyata alınıb. Belə ki, 2024-cü il ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət elektron xidmətlərinə aid məxsusi hesablarının sayı ümumilikdə 3798 olub.

XRİTDX tərəfindən hesabat dövrü ərzində aşkar edilmiş yoluxma halları ilə bağlı müvafiq dövlət qurumları məlumatlandırılıb, fəsadların aradan qaldırılması üçün lazımi addımlar və bir sıra qurumlarda yerində yoxlama tədbirləri həyata keçirilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antiviruslardan istifadə etməyi, o cümlədən kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi, saxta domenlər barədə məlumatları isə "blacklist.gov.az" platformasına göndərməyi tövsiyə edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 631   Tarix: 07 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi

Rəsmi Tehran danışıqların bərpası üçün ABŞ prezidenti Donald Trampa müraciət etməyib, lakin vasitəçilər vasitəsilə əlaqələrə müsbət yanaşır. xəbər verir ki, IRIB teleradioşirkəti adı açıqlanmayan rəsmi mənbəyə istinadən məlumat yayıb. "Biz Birləşmiş Ştatlarla yeni danışıqlar mərhələsi tələb etməmişik

12.07.2026 192
.

İordani çayının Qərb sahilində CNN əməkdaşlarına hücuma görə dörd köçkün saxlanılıb

İordan çayının qərb sahilində CNN-in əməkdaşları da daxil olmaqla jurnalistlərə hücum etdiklərinə görə dörd köçkün saxlanılıb. "Report"un məlumatına görə, bu barədə CNN İsrail polisinə istinadən xəbər yayıb. Qeyd olunur ki, hücum jurnalistlər Ramallanın şimalındakı Sincil kəndi yaxınlığında

12.07.2026 170
.

Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində iyulun 13-də müşahidə olunacaq hava şəraiti məlum olub. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah mülayim şimal-qərb küləyi əsəcək. Çimərliklərdə dəniz suyunun temperaturu aşağıdakı kimi olacaq:. - Şimal çimərlikləri (Sumqayıt

12.07.2026 265
.

Küveytdə ABŞ hədəflərinə zərbə: İİKK-dən yeni açıqlama

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Küveytdəki ABŞ hədəflərinə endirilən zərbələr zamanı HIMARS raket sistemlərini və onlara məxsus sursatları məhv etdiyini iddia edib. xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb. İİKK-nin bəyanatında deyilir:. "Bu əməliyyat zamanı İrana doğr

10:25 49
.

BTQ-nin icraçı direktoru: "Digər Afrika ölkələrini də əməkdaşlığa cəlb edə bilərik"

"İlk dəfədir ki, bir xarici dövlət qurumu ilə Anlaşma memarandumu imzalanır". xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BTQ ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin "Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu" arasında əməkdaşlığa dair imzalanmı

12.07.2026 183
.

Ukraynaya dəstək gündəmdə: "Könüllülər koalisiyası" toplanır

Ukraynaya hərbi dəstəyin artırılması məsələsi "Könüllülər koalisiyası"nın növbəti iclasında müzakirə ediləcək. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, avropalı diplomat bildirib:. "Biz Ukraynaya lazım olan hər şeyi təmin etməliyik, çünk

10:19 56
.

İran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai BMT Təhlükəsizlik Şurasının (TŞ) İslam Respublikasının nüvə proqramı ilə bağlı son iclasını tənqid edib. "Report" ISNA-ya istinadən xəbər verir ki, İ. Bəqai iclasın ABŞ, Böyük Britaniya və Fransanın tələbi ilə keçirildiyini bildirib

12.07.2026 228
.

İrandan ABŞ-yə çağırış: "Ya memoranduma əməl edin, ya da bədəlini ödəyin"

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-ni Tehranla imzalanan anlaşma memorandumunun müddəalarına əməl etməyə çağırıb. xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb. "Birtərəfli razılaşmalar dövrü başa çatıb. Biz demişdik: sözünün üstündə dur

12.07.2026 283
.

Estoniya Rusiya ilə sərhəddə hərbi şəhərcik inşa etmək niyyətindədir

Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd Narvada ilk hərbi şəhərcik inşa etmək niyyətindədir və burada Müdafiə Qüvvələrinin təxminən 200 hərbi qulluqçusundan ibarət bölməsinin yerləşdirilməsi planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə ERR agentliyinə müsahibəsində Estoniya Müdafi

12.07.2026 225
.

TOP MP3