Fuad Poladovun adı bu küçəyə verilib - FOTO
Görkəmli teatr və kino aktyoru, mərhum Xalq artisti Fuad Poladovun adı əbədiləşdirilib.
BiG.AZ modern.az-a istinadən yazır ki, Fuad Poladovun adı Bakının Yasamal rayonundakı küçələrdən birinə verilib.
Hazırda Fuad Poladov küçəsi Yeni Yasamal qəsəbəsindəki 7-ci Alatava adlandırılan ərazidən keçir. Lakin sakinlər küçənin hazırkı vəziyyətinin heç də ürəkaçan olmadığını və abadlıq işlərinin aaprılmasının vacibliyini bildiriblər.
Fuad Ağarəhim oğlu Poladov 1948-ci il may 24-də Bakıda anadan olub. 132 nömrəli tam orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Həmin tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.
Lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı Fuad Poladovun səhnədə yaratdığı bütün obrazların taleyi ifa baxımından uğurlu olub. Aktyorun yüksək sənətkarlıqla oynadığı rollar yüksək bədii dəyərli səhnə surətləridir.
Fuad Poladov 29 mart 2002-ci ildə Akademik Milli Dram Teatrında Uilyam Şekspirin eyniadlı faciəsində Hamlet rolunu uğurla oynayıb. Fuad Poladov səhnədə düşünməyi, düşüncələrini fəlsəfi dəyərlərlə çatdırmağı, ən adi obraza da psixoloji ahəng verməyi bacarıb.
Azərbaycan teatr sənətinin inkişafına verdiyi töhfələrə görə Fuad Poladov 1987-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb.
Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 4 may 2018-ci ildə vəfat edib. Məzarı "Qurd qapısı" qəbiristanlığındadır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 939 Tarix: 06 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Siyasi məhbus" ritorikası: ölkəyə qarşı qarayaxma kampaniyasına kimlər yanacaq verir?
Bəzi şəxslərin illərdir dəyişməyən bir ritorikası var: Azərbaycanda hər bir hüquqi məsələni siyasi rəngə boyamaq, hər bir cinayət işini "siyasi məhbus" kimi təqdim etmək və sonra da bu "məhbusların azad edilməsini" özlərinin siyasi xidməti kimi cəmiyyətə sırımaq. Novella Cəfəroğl
11:16 240 "Mənə bacı deməyin" - Bülent Ersoydan estetik əməliyyat açıqlaması
Türkiyə musiqisinin divası hesab edilən Bülent Ersoy bu dəfə estetik əməliyyatdan sonrakı görünüşü ilə gündəmə gəlib. yerli mediaya istinadən xəbər verir ki, 74 yaşlı sənətçinin üzündəki dəyişiklik izləyicilər tərəfindən diqqət çəkib. "Üzümü lolita kimi etdirdim. Mənə bacı deməyin", - o bildirib
07.09.2026 428 Kim Kardaşyan ona görə Bakıya gələ bilər
Erməni əsilli amerikalı şou ulduzu Kim Kardaşyanın yeddiqat dünya çempionu, "Formula 1" pilotu Luis Hemiltonu dəstəkləmək üçün Bakıda keçiriləcək Qran-Pridə iştirak edə biləcəyi iddia olunur. -a istinadla xəbər verir ki, bir neçə məşhur şou platforması Kardaşyanın Hemiltonla münasibətlərini
07.09.2026 415 Qayğının, həmrəyliyin və qadın həmrəyliyinin ünvanı - QHT sədrləri "LOQOS" Qadın Uzunömürlük Rezidensiyasında
Cəmiyyətin inkişafı yalnız iqtisadi göstəricilər və yeni layihələrlə ölçülmür. Əsl inkişaf insanın həyatının müxtəlif mərhələlərində özünü nə qədər güvənli, dəyərli və qayğı ilə əhatə olunmuş hiss etməsi ilə də müəyyənləşir. Xüsusilə yaşlı insanların sosial həyata inteqrasiyası, onların ləyaqətli v
07.09.2026 232 Nyu-Delhidə bina çöküb, ölənlər var
Nyu-Delhidə (Hindistan) kollec və universitetlərin yaxınlığında yerləşən bina çöküb, azı altı nəfər ölüb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nyu-Delhinin baş naziri Rexa Qupta bildirib. "Binanın zirzəmisində su yığılıb. Davam edən təmir işləri nəticəsində suyu
07.09.2026 242 Paytaxtın bu ərazilərində qaz olmayacaq
Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadə
10:00 145 Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı - Video
Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə əsas yolda şütüyən şəxs məsuliyyətə cəlb olunub. Axşam.az xəbər verir ki, həmin şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, həmin şəxs məsuliyyətə cəlb edilib:. "Bakıda hərəkətin intensi
13:20 70 İranın dəstəklədiyi Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində onlarla insan yaralanıb
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə İran tərəfindən dəstəklənən Husi yaraqlılarının onlarla mülki şəxsin yaralanmasına və enerji obyektlərində yanğınlara səbəb olan hücumlarına qətiyyətli cavab verəcəyinə söz verir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanını
10:57 175 Kişilər niyə pivəni bu qədər sevirlər? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
Bir çox kişi üçün bir stəkan pivə sadəcə içki deyil - bu, dostlarla görüşmək, futbol izləmək, işdən sonra dincəlmək və ya hətta kişi mədəniyyətinin bir hissəsidir. Bununla belə, gəlin pivənin niyə belə bir ehtiras oyatdığını və elmin bu barədə nə dediyini araşdıraq. Pivə sevgisi çox vaxt bizə adi bi
07.09.2026 304