Şagirdlər qəbiristanlıqda qeyri-etik hərəkətlər etdilər - Video+Rəsmi açıqlama
Sosial şəbəkələrdə Lənkəranda bir neçə yeniyetmənin qəbiristanlıqda qeyri-etik hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə ötən ilin 23 dekabr tarixində baş verib. Belə ki, orta məktəb şagirdi olan yeniyetmələrdən biri məzarın üzərindəki şəklə pomada ilə rəsm çəkib. Həmçinin onlar hərəkətlərini davam etdirərək qeyri-etik ifadələr işlədiblər, qəbirlərin üstünə çıxaraq qaçıblar. Onlar etdikləri hərəkətləri digər dostları ilə də paylaşıblar və beləliklə görüntülər yayılıb.
Video sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İstifadəçilərin bir çoxu həmin yeniyetmələrin saxlanılaraq cəzalandırılmasının, valideynlərinin də məsuliyyətə cəlb edilməsinin vacib olduğunu qeyd ediblər.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev sorğumuza cavab olaraq bildirib ki, artıq həmin yeniyetmələrlə bağlı tədbirlər görülüb: "Həmin əməli törədən azyaşlılar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Valideynlər və pedaqoqların iştirakı ilə izahatları alınaraq araşdırma aparılıb. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqları üçün barələrində cinayət işinin başlanması rədd edilib. Həmin azyaşlılarla profilaktiki söhbətlər aparılmaqla qəbul edilmiş qərar aidiyyəti üzrə Rayon İcra Hakimiyyəti yanında müvafiq komissiyaya göndəriləcək".
Şagirdlərin adlarının açıqlanmaması və üzlərinin görünməməsi üçün sözügedən videonun redaktə edilmiş versiyasını təqdim edirik:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1236 Tarix: 06 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiyalar sabah ödəniləcək
İyulun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxsləri
10:51 93 KİV: İranın nüvə obyektlərində bərpa işlərinə başlayıb
Ehtimal olunur ki, İran bir sıra nüvə obyektlərində infrastrukturun bərpası işlərinə başlayıb. xəbər verir ki, bu barədə CNN telekanalı peyk görüntülərinə əsaslanaraq məlumat yayıb. Telekanalın məlumatına əsasən, iyunun sonu və iyulun əvvəllərində ölkənin bir neçə nüvə və raket obyektində yeni fəallı
12.07.2026 186 Pentaqon UNO-lar barədə arxiv materiallarının dördüncü paketini açıqlayıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UNO) bağlı arxiv materiallarının dördüncü paketini dərc edib. "Report" xəbər verir ki, bu barədə məlumat Pentaqonun rəsmi saytında yerləşdirilib. Bildirilib ki, əvvəllər məxfi saxlanılan materialların ictimaiyyətə açıqlanması layihəsind
12.07.2026 186 Gəncədə yas mərasimində kütləvi ZƏHƏRLƏNMƏ - TƏFƏRRÜAT+YENİLƏNİB
Bu gün Gəncədə baş verən kütləvi zəhərlənmənin təfərrüatı məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində keçirilən yas mərasimində baş verib. Yas yerində səkkiz nəfər yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər. Dərhal həmin şəxslər zəhərlənmə diaqnoz
12.07.2026 453 Bakıda internetə görə qonşular arasında dava - Ölən var
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. BİG.AZ APA-ya istinadən bildirir ki, hadisə Binə qəsəbəsinin "Sovxoz" ərazisində qeydə alınıb. Məlumata görə, qonşusunun xahişi ilə internet kabeli çəkən şəxs kabeli digər qonşunun həyətindən keçirmək istəyib. Bu zaman tərəflər arasında mübahis
12.07.2026 329 Çimərlikdə boğulan Rəşadın FOTOSU
Xəbər verdiyimiz kimi, ötən gün Tərtər sakini, 24 yaşlı Rəşad Çərkəzli Mingəçevir su anbarının ərazisində yerləşən çimərlikdə boğularaq ölüb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, 24 yaşlı Çərkəzin fotosunu təqdim edir:
12.07.2026 439 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür
Avropanın bir sıra məşhur turizm ölkələrində ağcaqanadların yaydığı təhlükəli viruslara yoluxma halları artır. Həkimlər xəbərdarlıq edirlər ki, bu infeksiyalardan bəziləri sinir sistemini zədələyə, iflicə, beyin iltihabına və hətta ölümə səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, ən riskl
12.07.2026 195 Kiyevdəki mənzil qalmaqalı: Ukrayna səfiri istefa verəcək
Ukraynanın ABŞ-dakı səfiri Olha Stefanişinanın Kiyevdəki mənzili ilə bağlı aparılan araşdırma fonunda vəzifəsindən istefa verəcəyi bildirilir. xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti məlumat yayıb. Məlumata görə, səfirin ailəsinin Kiyevdə bazar qiymətindən xeyli aşağı dəyər
09:52 122 ABŞ-dən UNO-larla bağlı sensasion addım: 40 məxfi fayl yayımlandı
ABŞ Müdafiə Nazirliyi naməlum uçan obyektlərlə (UNO) bağlı yeni məxfi materialları ictimaiyyətə açıqlayıb. xəbər verir ki, bu barədə CBS News məlumat yayıb. Məlumata görə, yayımlanan materiallara 14 sənəd, 19 video, 4 audio fayl və 3 fotoşəkil daxildir. Bu materiallar Pentaqon, ABŞ Energetika Nazirliyi
10:05 108