Avstriya kansleri koalisiya danışıqlarının uğursuzluğu səbəbindən istefa verəcəyini açıqlayıb
Avstriya Xalq Partiyasından (AXP) olan kansler Karl Nehammer sentyabrda keçirilmiş parlament seçkilərindən sonrakı hakim koalisiyanın qurulması danışıqlarının uğursuzluqla nəticələnməsinə görə vəzifəsindən gedəcək.
"Report" xəbər verir ki, bu barədə hökumət başçısı sosial şəbəkədə yayımladığı videomüraciətində bildirib.
"Danışıqların dayandırılmasından sonra mən belə hərəkət edəcəyəm: yaxın günlərdə federal kansler və AXP rəhbəri vəzifələrindən gedəcəyəm və nizamlı keçidi təmin edəcəyəm", – o deyib.
Nehammerin sözlərinə görə, AXP uzun və səmimi danışıqlar aparıb, lakin Avstriya Sosial Demokrat Partiyası (ASP) ilə əsas məsələlərdə razılığa gəlmək mümkün olmayıb.
"Xalq Partiyası öz vədlərinə sadiq qalır: biz güzəştlərə və biznesə qarşı tədbirlərə, eləcə də yeni vergilərin tətbiqinə razı olmayacağıq. Buna görə də biz ASP ilə danışıqları dayandırırıq və davam etdirməyəcəyik", – o vurğulayıb.
Xatırladaq ki, 2024-cü il sentyabrın 29-da Avstriyada növbəti parlament seçkiləri baş tutub. Nəticədə Avstriya Azadlıq Partiyası öz tarixində ilk dəfə özü üçün rekord olan 29,2 % səslə qalib gəlib. Lakin digər parlament partiyalarının onunla koalisiyaya daxil olmaq istəməməsi səbəbindən yeni hökumətin formalaşdırılması üçün danışıqlar 26,5 % səs toplayan hakim AXP 21 % səs alan sosial-demokratlar (ASP) və 9 % səs alan "Yeni Avstriya – Liberal Forum" (YALF) partiyası arasında başlayıb. YALF yanvarın 3-də danışıqlardan ilk çıxan olub. Növbəti gün AXP ASP ilə danışıqları dayandırıb və onun iqtisadi məsələlərə yanaşmasını tənqid edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 421 Tarix: 05 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakcell "İnklüzivlikdə İnnovativ Həllər" tədbirinə dəstək oldu
İnnovasiya lideri Bakcell "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən təsis edilən "Kaşalata" kafede "İnklüzivlikdə İnnovativ Həllər" adlı tədbir təşkil edib. Tədbirin əsas məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyi olan şəxslər üçün inklüziv yanaşmaların inkişafın
17.12.2025 223 Tramp xalqa müraciət etdi - Video
ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin yekunları ilə bağlı xalqa müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müraciət Ağ Ev tərəfindən yayımlanıb. "11 ay əvvəl xaosu miras aldım və indi bu vəziyyəti düzəltmək üzərində çalışıram", - Tramp çıxışının əvvəlində bildirib. O, demokratlar
10:23 93 Dünya liderlərindən aldığı hədiyyələri satır
İtaliyanın Baş naziri Corciya Meloni dünya liderlərindən aldığı hədiyyələri xeyriyyə məqsədilə satışa çıxarır. "Qafqazinfo" xəbər verir ki, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin ona verdiyi keramika qabdan tutmuş Albaniya Baş naziri Edi Ramanın ona hədiyyə etdiyi ad günü şərfinə qədər təxminə
17.12.2025 297 Çantasının qiyməti müzakirə yaratdı - FOTO
Türkiyəli müğənni Demet Akalın son paylaşımı ilə diqqət çəkib. Bizim.Media xəbər verir ki, o, yeni çantasına ödədiyi məbləğlə gündəmə gəlib. D.Akalın 450.00 TL dəyərində olduğu bildirilən çantasının fotosunu instaqram hesabında paylaşıb. "Bizə şans gətir, balaca yeni körpə" - deyə paylaşımd
17.12.2025 371 Uşağa qadağan edilməməli olan şeylər - İradəni iflic edən 4 tabu
Hər bir valideyn ən azı bir dəfə uşağın təşəbbüsünü kəskin şəkildə dayandırmaq istədiyini hiss edib. Lakin psixoloqlar xəbərdarlıq edirlər: elə qadağalar var ki, onlar uşağın iradəsini sındırır və ömür boyu iz buraxır. bu 4 tabunu təqdim edir:. Bu qadağalar xırda görünə bilər, amma məhz onlar uşağı
17.12.2025 242 Aparıcı nüvə alimini evində öldürdülər
ABŞ-da termonüvə sintezi sahəsində aparıcı alim qətlə yetirilib. xarici mediaya istinadla bildirir ki, Massaçusets Texnologiya İnstitutunun (MIT) Plazma Fizikası və Termonüvə Sintezi Mərkəzinin direktoru Nuno Lureyro odlu silahdan açılan atəş nəticəsində həyatını itirib. Alim bazar ertəsi, dekabrın 16-d
17.12.2025 218 Aytən Səfərova və qızı Ayza - FOTO
Aytən Səfərova qızı Ayza ilə birgə çəkilmiş fotosunu sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. "Yeni Sabah" xəbər verir ki, aparıcı sözügedən görüntünü şəxsi instaqram hesabında yayımlayıb. Ayza hazırda Türkiyədə təhsil alır. Aparıcının ondan başqa 2 oğlu var
17.12.2025 517 Ölkə başçısının növbəti humanist addımı
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən 34 il ərzində ölkədə 12 dəfə amnistiya aktı qəbul edilib və həmin aktlar ümumilikdə 70 min şəxsə şamil olunub. İlk amnistiya elə Azərbaycanın müstəqilliyinin bərpası münasibətilə qəbul edilmişdi. Bu amnistiya aktlarının əksəriyyəti İlham Əliyevi
10:31 103 Sürücülük imtahanından kəsilən şagird müəllimi bıçaqladı
Rusiyanın Yaroslav şossesində yerləşən avtoməktəblərdən birinin 41 yaşlı təlimatçısı şagirdi tərəfindən bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, hadisə dərslərin keçirildiyi avtoməşq meydançasında baş verib. Saat 17 radələrində təlimatçılardan birinin yanında təhsil alan narazı bir şagird meydan
17.12.2025 179