Bakıda kişi arvadının geyiminə görə toyda dava saldı

Bakıda kişi arvadının geyiminə görə toyda dava saldıYevlax rayonunda 1981-ci il təvəllüdlü Vilayət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baldızı Nəsrinə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Vilayət Nəsrinin yaşadığı evin həyətində onunla aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı o, alkoqol sərxoşluğu vəziyyətində əli ilə və təpiklə vuraraq Nəsrinə xəsarətlər yetirib.

Hadisəni törədən Vilayətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vilayət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2023-cü ildə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə məhkum olunub, Yevlax rayon Məhkəməsi tərəfindən ona azadlığın məhdudlaşdırılması cəzası verilib: "Ailəliyəm, 2 övladım var. Zərərçəkmiş Nəsrin mənim həm baldızım, həm də qardaşımın arvadıdır".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 17:00-da qayınanasıgilin qonşusu, həm də onun tanışı olan Aynurənin övladının şadlıq sarayında keçirilmiş toy mərasiminə gedib: "Həmin toya qayınanam Nazilə, baldızlarım - Nəsrin, İradə, həyat yoldaşım Vüsalə və qızım Nuray da getdilər. Mən toyda araq içib sərxoş oldum. Orada qızım və həyat yoldaşımın geyindiyi paltarlar xoşuma gəlmədiyi üçün onlara evə getmələrini, əks halda toyu burunlarından tökəcəyimi dedim. Bunun üstündə orada bizimlə bir masada oturan baldızım Nəsrin ilə də aramızda mübahisə yarandı. Lakin həmin mübahisəni sərxoş olduğum üçün dəqiq xatırlamıram. Həyat yoldaşım və qızım sözümə məhəl qoymayaraq toyda oturdular və toy qurtarana yaxın qayınanamın evinə getdilər. Mən də onların sözümə baxmadıqlarından əsəbiləşdim, onların arxasınca qayınanamgilə getdim. Qapını döydüm və qapı açılanda qabağıma qayınanam çıxdı. Qayınanam qabağımda durduğu üçün onu vuraraq kənara itələdim. Həmin vaxt qızım və baldızım Nəsrinin oğlu Cəmil araya girərək məni sakitləşdirdilər".

Vilayət bildirib ki, daha sonra evə Nəsrin də gəlib və həyətdə onun üstünə hücum edib: "Mən də həmin vaxt Nəsrini yumruq və təpiklə vurdum. Həmin vaxt Cəmil məni həyətdən çıxartdı. Mən də evimə getdim. Sonradan polis əməkdaşları evimə gələndə Nəsrinin məndən şikayət etdiyini bildim. Daha sonra polis əməkdaşları məni sərxoşluq müayinəsindən keçirdilər".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nəsrinin sözlərinə görə, anası Nazilə, bacıları - İradə və Vüsalə, bacısı qızı Nuray, həm qaynı, həm də yeznəsi olan Vilayətlə birlikdə şadlıq sarayında qonşuları Aynurənin oğlunun toy mərasiminə gediblər: "Vilayət toyda spirtli içki içib sərxoş olandan sonra masamıza gələrək həyat yoldaşı Vüsaləyə bizim yanımızda oturmamasını, bizimlə birlikdə oynamağa durmamasını dedi. Mən Vilayətə yanımızdan aralaşmasını bildirdim. Lakin həmin vaxt Vilayət masanın üstündə olan stəkandakı suyu üzümə tökdü. Bundan sonra Vilayət təkrar bir neçə dəfə də masamıza gələrək mənə söz atdı və məni təhqir etdi. Bir müddət sonra anam və bacılarım Vilayətin hərəkətlərindən bezərək toydan getdilər. Lakin mən toyun axırına kimi gözlədim. Həmin gün saat 21.50-də toydan çıxaraq evə gələn zaman həyətdən səs-küy eşitdim. Yaşadığım evin həyətinə daxil olanda Vilayətin anam və bacılarım ilə mübahisə edərək onları döydüyünü gördüm. Vilayət də mənim gəldiyini görən kimi üstümə hücum çəkdi və sərxoş vəziyyətdə məni söyüb təhqir edərək təpiklə ayağıma vurdu. Sonra da əlim ilə qolumdan vuraraq mənə xəsarət yetirdi. Həmin vaxt oğlum Cəmil Vilayəti aralaşdıraraq apardı. Mən də bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim".

Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vilayətin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. (demokrat.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1219   Tarix: 04 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kim Kardaşyan ona görə Bakıya gələ bilər

Erməni əsilli amerikalı şou ulduzu Kim Kardaşyanın yeddiqat dünya çempionu, "Formula 1" pilotu Luis Hemiltonu dəstəkləmək üçün Bakıda keçiriləcək Qran-Pridə iştirak edə biləcəyi iddia olunur. -a istinadla xəbər verir ki, bir neçə məşhur şou platforması Kardaşyanın Hemiltonla münasibətlərini

07.09.2026 398
.

Rusiyada Federal Təhlükəsizlik Xidmətinin generalı saxlanılıb

Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) general-mayoru Sergey Malkov yanacaq oğurluğuna görə saxlanılıb. Bu barədə Rusiya KİV-də məlumat yayılıb. Həmçinin digər yüksək rütbəli əməkdaşlar - FTX-nin Mərkəzi Mühafizə və Xüsusi Tədbirlər İdarəsinin rəisi, polkovnik Aleksey Suyarov və idarənin şöbə rəisi

07.09.2026 261
.

Uşaqları internetin görünməz təhlükələrindən necə qorumalı?

Müasir dövrdə internet uşaq üçün artıq seçim deyil, həyatın ayrılmaz hissəsidir. Lakin rəqəmsal mühit fiziki parklar və oyun meydançaları kimi təhlükəsiz deyil. Bəs valideynlər övladlarını bu görünməz təhlükələrdən necə qoruya bilərlər?. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən Azərbaycan Kibertəhlükəsizli

10:54 117
.

"Siyasi məhbus" ritorikası: ölkəyə qarşı qarayaxma kampaniyasına kimlər yanacaq verir?

Bəzi şəxslərin illərdir dəyişməyən bir ritorikası var: Azərbaycanda hər bir hüquqi məsələni siyasi rəngə boyamaq, hər bir cinayət işini "siyasi məhbus" kimi təqdim etmək və sonra da bu "məhbusların azad edilməsini" özlərinin siyasi xidməti kimi cəmiyyətə sırımaq. Novella Cəfəroğl

11:16 212
.

Kompüterlərin qiyməti bahalaşdı - İQTİSADÇIDAN AÇIQLAMA

Son dövrlərdə kompüter və noutbuk bazarında qiymət artımı diqqət çəkir. Qlobal bazarda yaddaş çiplərinə tələbatın artması, xüsusilə süni intellekt infrastrukturlarının sürətlə genişlənməsi kompüter istehsalına da təsir göstərir. "The Wall Street Journal"ın son məlumatına görə, 2026-cı ili

07.09.2026 365
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

07.09.2026 506
.

Seda Sayan 7 milyon manat qazanacaq

Türkiyəli müğənni Seda Sayan reklam layihələrindən əldə edəcəyi yüksək qonorarla gündəmə gəlib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı 4 fərqli markanın reklamında yer alaraq kamera qarşısına keçəcək. Bildirilib ki, Seda Sayan hər bir reklam layihəsinə görə 50 milyon lirə qonorar alacaq

07.09.2026 233
.

Paşinyan Rusiyanın Gümrü bazasına "ya saxla, ya çıxar" mesajı verdi

Ermənistanda yerləşən Rusiyaya məxsus 102-ci hərbi baza ətrafında siyasi qalmaqal son günlər yenidən gündəmə gəlib. Buna səbəb Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın istəyəcəyi təqdirdə Gümrüdəki bazanı "günü sabah" çıxara biləcəkləri barədə açıqlaması, Ermənistan Baş naziri Niko

10:49 122
.

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib

Bakcell Peerstack Academy tələbələri üçün süni intellekt üzrə hakaton keçirib. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli çatbot hazırlayıblar. Komandalar süni intellekt alətləri, düzgün sorğu hazırlama və proqramlaşdırmadan istifadə edərək ideyalarını rea

11:44 100
.