Azərbaycanın müstəqilliyinin ən parlaq göstəricisi Vətən müharibəsindəki qələbədir - RƏY

Azərbaycanın müstəqilliyinin ən parlaq göstəricisi Vətən müharibəsindəki qələbədir - RƏYAzərbaycanın müstəqilliyinin ən parlaq göstəricisi Vətən müharibəsində əldə olunan qələbədir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində əsas məqam regional və beynəlxalq təhlükəsizlik sisteminin çökdüyünü, bununla da savaşların ön plana çıxmasının vurğulanması idi:

"Bununla yanaşı, dövlət başçısı son dörd ildə Azərbaycanın öz milli maraqlarını uğurla təmin etməsini yeni era, mərhələ, dövr kimi xarakterizə edib".

O bildirib ki, bir sıra ölkələrin digər dövlətlər üzərində hökmranlıq etməyə çalışdığı dövrdə Azərbaycanın tam müstəqil siyasət yürütməsi böyük uğurdur:

"Müstəqillik yalnız deklorativ aktlar, bəyannamələr, hansısa konstitusional sənədlərlə müəyyənləşmir. Biz yaxşı görürük ki, son otuz ildə dövlətlər digərlərini necə öz təsiri altına salırlar. İqtisadi və siyasi cəhətdən digərlərinin üzərində hökmranlıq quraraq onlara diqtə edirlər. Hətta beynəlxalq siyasətə yön verən dövlətlər belə "üçüncü ölkələr"də hakimiyyətləri formalaşdırır, xalqın iradəsini müəyyənləşdirir, üzərlərində qəbuledilməz eksperimentlər həyata keçirirlər. Vaxtilə Əfqanıstandan Panamaya qədər hərbi vasitələrlə siyasi çevrilişlərə əl atılırdısa, hazırda bu planlarını fərqli mexanizmlərlə reallaşdırmağa çalışırlar. O baxımdan, indiki dövrdə Azərbaycanın tam müstəqil siyasət yürütməsi böyük uğurdur".

Z.Oruc Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığı daha da inkişaf etdirəcəyinə inandığını vurğulayıb:

"Biz nə region dövlətlərinin, nə də başqa ölkələrin forpostu deyilik. Bu gün Azərbaycan NATO və Rusiyanın yer aldığı qlobal savaşdan kənardadır. Yəni, Ermənistandan fərqli olaraq, Azərbaycan heç bir dövlətin ön cəbhəsi kimi çıxış etmir. Əminliklə deyə bilərik ki, Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığı daha da inkişaf etdirəcək. Vətən müharibəsində əldə etdiyimiz böyük qələbə ATƏT-in Minsk qrupunun timsalında bölgədəki beynəlxalq monopoliyaları ortadan qaldırıb. Hesab edirəm ki, 2025-ci ildə də xalqımızın həyati mənafelərinin təmin edilməsi üçün atılacaq addımlar məhz Azərbaycanın yürütdüyü müstəqil siyasətə əsaslanacaq".

Komitə sədri Azərbaycanın qazandığı uğurların gələcəkdə beynəlxalq münasibətlər sistemində Bakının yeni güc kimi iştirakına zəmin yaradacağını bildirib:

"Həqiqətən, son dörd ildə əldə olunan uğurlar Azərbaycanın gələcəkdə beynəlxalq münasibətlər sistemində yeni güc kimi iştirakına imkan verəcək. Prezident İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, Qarabağdan 300 kilometr uzaqlıqda yerləşən dörd kəndin və onların timsalında bütün itirilmiş torpaqların geri qaytarılması hesabına ölkəmiz qarşıdakı dövrdə də öz müstəqilliyini möhkəmləndirəcək. Eyni zamanda, beynəlxalq münasibətlərdə mühüm siyasi oyunçu və tərəf olaraq iştirak edəcək. Baxın, bizim üçün müstəqillik məhz bu deməkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 461   Tarix: 04 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadə

10:00 125
.

Nemo nöqtəsi: Yerin ən ucqar yeri haradır?

Cənub Sakit okeanında qurudan o qədər uzaq bir ərazi var ki, bəzən buraya ən yaxın insanlar Yer orbitində olan Beynəlxalq Kosmik Stansiyanın (BKS) astronavtları olur. Qaynarinfo xəbər verir ki, söhbət məşhur Nemo nöqtəsindən - okeanın əlçatmazlıq qütbündən gedir. "Mirror"un yazdığına görə

07.09.2026 244
.

"Qalatasaray"ın keçmiş oyunçusu Braziliyada yeni klub tapdı

Mərakeşli yarımmüdafiəçi Avropa futbolundan ayrılır və tezliklə Braziliya klublarından birinə qoşulacaq. -ın xarici mediaya istinadən xəbərinə görə, "Vidad"ın yarımmüdafiəçisi Hakim Ziyeş Braziliyaya gedəcək. 33 yaşlı mərakeşli ötən yay azad agent olub. Nəticədə, "Botafogo" oyunçun

07.09.2026 230
.

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib

Bakcell Peerstack Academy tələbələri üçün süni intellekt üzrə hakaton keçirib. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli çatbot hazırlayıblar. Komandalar süni intellekt alətləri, düzgün sorğu hazırlama və proqramlaşdırmadan istifadə edərək ideyalarını rea

11:44 100
.

Kiçik biznesdən böyük iqtisadi gücə: Azərbaycan sahibkarının qarşısındakı yol

"Azərbaycan iqtisadiyyatının inkişafından danışanda adətən böyük layihələri, iri investisiyaları, sənaye müəssisələrini və dövlət proqramlarını ön plana çəkirik. Bu, təbiidir. Böyük layihələr yeni istehsal sahələrinin yaradılması, iqtisadi potensialın artırılması və ölkəyə investisiyaların cəl

10:32 124
.

Bakıda yeni tikilən binada yanğın - Fotolar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələr

07.09.2026 267
.

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır. 1 unsiya qızılın qiyməti 7 605,49 manat təşkil edi

07.09.2026 231
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

07.09.2026 506
.

Qubada kanaldan meyit tapıldı

Quba rayonunun Gədikqışlaq kəndi ərazisində kanaldan meyit tapılıb. -ın məlumatına görə, meyiti tapılan şəxsin Xaçmaz rayon sakini 58 yaşlı Marina Bağırova olduğu bildirilir. Hadisənin təfərrüatları araşdırılır./APA

07.09.2026 247
.