"Həmrəy olmayan xalqlar hər zaman qlobal imperializmin qurbanı olurlar" Tural İsmayılov
2 gün sonra xalqımız 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününü qeyd edəcək.
Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi.
Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü bütün dünyada yaşayan soydaşlarımızı birləşdirən gündür. Həmrəylik gününün təsis edilməsi hansı coğrafiyada yaşamasından aslı olmayaraq dünya azərbaycanlılarının hər birinin Azərbaycanın maraqlarını, vətənimizin rifahını təbliğatı baxımından önəmlidir:
"Həmrəylik duyğusunu yaşayan xalqımız bunun ən ali örnəklərini 44 günlük Vətən müharibəsində dünyaya nümayiş etdirdi. Ondan sonrakı dövrlərdə də ölkəmizə qarşı beynəlxalq erməni şəbəkələri və onların əlaltılarının həyata keçirdiyi informasiya hücumlarının qarşısında da həmrəyliyimiz müqavimət formalaşdırdı. Dünya Azərbaycanlılarının Həmrəylik günü müstəsna əhəmiyyətə malik olan gün kimi xarakterizə edilə bilər. Dünyanın fərqli-fərqli ölkələrində yaşayan azərbaycanlılar bu gün ölkəmizin milli maraqları naminə bir araya gəlirlər.
Dünyada baş verən təlatüm və problemlər onu göstərir ki, hansı xalqlar ki, həmrəy deyil, hansı xalqlar ki, müstəsna və əhəmiyyətli günlərdə bir olmağı bacarmır, onlar hər zaman xaosun və qlobal imperializmin girdabına düçar olurlar. Həmrəyliyi ən üst səviyyədə yaşayan xalqlar isə hər zaman birlik nümayiş etdirir, onların coğrafiyaları xaosdan uzaq olur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 627 Tarix: 29 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBinanın eyvanından şüşə qopdu, qadının başına düşdü - Video
Xırdalanda çoxmərtəbəli binada mənzillərin birinin eyvanının şüşəsi qoparaq küçədən keçən qadının başına düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Qadının xəsarət aldığı bildirilir. Hadisə ilə bağlı TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki
07.09.2026 384 "Uşağı dərsə məcbur etmək yox, öyrənməyə həvəsləndirmək lazımdır" - Təranə Paşayeva ilə MÜSAHİBƏ
Psixoloq Təranə Paşayeva: "Uşağın təhsilə marağı qiymətdən daha böyük məqsəddir". Yeni tədris ili ilə birlikdə valideynləri düşündürən əsas məsələlərdən biri uşaqların dərsə və ümumilikdə təhsilə marağının necə artırılmasıdır. Bəzi ailələrdə uşağın yüksək nəticə göstərməsi üçün ciddi nəzarə
07.09.2026 210 İran Cənubi Koreyaya xəbərdarlıq edib ki, Hörmüzdəki mövcudluğu ABŞ-a dəstək kimi qəbul ediləcək və bunun "nəticələri" olacaq
İran Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi günü X/Twitter-də paylaşım edərək bildirib ki, Cənubi Koreyanın Hörmüz körfəzi və boğazındakı əməliyyatlarda hərbi iştirakı və ya iştirakı ABŞ-ın "təcavüzünə" dəstək kimi qiymətləndiriləcək və ciddi nəticələrə səbəb olacaq. BİG.AZ The Jerusale
07.09.2026 200 Qütb ayılarının neçə yaşı var? - Alimlər onların nə vaxt və harada yarandığını açıqladı
Qütb ayılarının məlum olan ən qədim fosilləri Şpitsbergen adasında və Norveçin şimalında tapılıb. Onların yaşı 115-130 min il olaraq müəyyənləşdirilib. Bu tarix sonuncu buz dövrünün başlanmasından əvvəlki dövrə təsadüf edir. Bununla belə, bəzi bioloqlar qütb ayılarının qonur ayılardan təxminən 600 mi
07.09.2026 185 Seda Sayan 7 milyon manat qazanacaq
Türkiyəli müğənni Seda Sayan reklam layihələrindən əldə edəcəyi yüksək qonorarla gündəmə gəlib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı 4 fərqli markanın reklamında yer alaraq kamera qarşısına keçəcək. Bildirilib ki, Seda Sayan hər bir reklam layihəsinə görə 50 milyon lirə qonorar alacaq
07.09.2026 197 Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın başlayıb - VİDEO
Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın başlayıb. -ın məlumatına görə, yanğının güclü külək səbəbindən genişləndiyi bildirilir. Yanğının ərazidə hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur
07.09.2026 212 Corc Kluni ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcək: Aktyor 2028-ci il üçün üç favoritini AÇIQLADI
Corc Kluni nəhayət özünün prezidentlik kampaniyasını istisna edib, lakin gözlənilmədən 2028-ci ildə partiyanı Ağ evə qaytarmaq üçün ən perspektivli namizəd hesab etdiyi üç demokratın adını çəkib. bildirir ki, "Daily Mail" qəzetinin yazdığına görə, Demokratlar Partiyasının ən nüfuzlu donorlarında
07.09.2026 207 Kim Kardaşyan ona görə Bakıya gələ bilər
Erməni əsilli amerikalı şou ulduzu Kim Kardaşyanın yeddiqat dünya çempionu, "Formula 1" pilotu Luis Hemiltonu dəstəkləmək üçün Bakıda keçiriləcək Qran-Pridə iştirak edə biləcəyi iddia olunur. -a istinadla xəbər verir ki, bir neçə məşhur şou platforması Kardaşyanın Hemiltonla münasibətlərini
07.09.2026 307 "40 ilin həkimi olan atamın müqaviləsinə vaxtından tez xitam verildi" - Video
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkimin əmək müqaviləsinə vaxtından əvvəl xitam verildiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkimin oğlu, poliqlot Aslan Məmmədzadə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, atası Etibar Məmmədov Lənkəran səhiyyəsində 40 i
07.09.2026 249