"Rusiya təyyarəyə səhvən atəş açaraq vurduğunu etiraf etməlidir" - Bəhruz Məhərrəmov
Xəbər verdiyimiz kimi, İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalıb.
Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Rusiya təyyarəyə səhvən atəş açaraq vurduğunu etiraf etməli və bu məsələdə beynəlxalq hüququ və çoxəsrlik qonşuluq münasibətlərini rəhbər tutaraq davranmalıdır:
"Bakı-Qroznı reysi üzrə təyyarənin qəzası ilə əlaqədar istintaqın nəticələri hələ elan olunmasa da, istər hadisə baş verərkən çəkilən videokadrlar, istərsə də hava gəmisinin qalıqları üzərindəki izlər təyyarənin Rusiya hava məkanında vurulduğunu sübut edir. Bu mənada, indiki məqamda şimal qonşumuz informasiya maşınını səfərbər edərək məsələnin mahiyyətini ört-basdır etməyə çalışmaqdansa, təyyarəyə səhvən atəş açaraq vurduğunu etiraf etməli və bu məsələdə beynəlxalq hüququ və çoxəsrlik qonşuluq münasibətlərini rəhbər tutaraq davranmalıdır. Bildiyiniz kimi, Vətən müharibəsi dövründə Azərbaycan tərəfi gecə vaxtı heç bir işarə vermədən hərbi zonadakı mövqelərimizə yaxınlaşan Rusiya helikopterini vurduqdan sonra cənab İlham Əliyev Rusiya Federasiyası Prezidentinə zəng edərək dövlətimiz adına üzrxahlığını çatdıraraq hadisənin araşdırılması və şimal qonşumuza vurulan zərərə görə kompensasiyanın ödənilməsini dərhal təmin etdi. Amma, təəssüflər olsun ki, Rusiya tərəfi hələ ki, məsələnin ört-basdır edilməsi və bu istiqamətdə çoxsaylı əsassız versiyaları, o cümlədən təyyarədə balonun partlaması, yaxud hava gəmisinin quşlarla toqquşması kimi "səbəblər" tirajlamaqdadır. Təbii ki, biz şimal qonşumuzun bu davranışlarından çox narazıyıq və istər təyyarənin vurulması, istərsə bu istiqamətdə bilərəkdən dövriyyəyə yanlış versiyaların daxil edilməsini doğru hesab etmirik. Eyni zamanda təyyarənin səhvən vurulmasından sonra onun enişinə şərait yaratmamaq, mümkün olduğu halda insanların xilasından imtina etmək və təyyarədə olan insanların bilərəkdən ölümə göndərilməsi qeyri-insani davranış və yolverilməz cinayətdir. Heç şübhəsiz ki, Azərbaycan bütün imkanlarından və resurslarından istifadə edərək həqiqəti sübut edəcək, öz vətəndaşlarımız və faciədə həlak olanların mənsub olduğu bütün ölkələrdə həqiqətin üzə çıxması və ədalətin bərqərar olunmasını gözləyən insanların ümidlərini doğruldacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 958 Tarix: 28 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSuraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb
Paytaxt ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən rayonun 14 İyul küçəsi və ərazidəki parkda abadlıq işləri həyata keçirilib. Görülən işlər nəticəsində həm ərazinin infrastrukturunu yenilənib, həm də sakinlər üçün rahat istirahə
13:14 186 İsrail Müdafiə Qüvvələri ABŞ ordusu ilə koordinasiya yaradır və ABŞ və İran arasında döyüşlərin şiddətlənməsi ilə əlaqədar mümkün zərbələrə hazırlaşır
Bazar günü yüksək vəzifəli təhlükəsizlik rəsmisi bildirib ki, İsrail Müdafiə Qüvvələri (İMQ) ABŞ və İran arasında gərginlik fonunda bir neçə mümkün ssenari üzrə ABŞ ordusu ilə koordinasiya aparıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, bu ssenarilərdən biri ABŞ-ın cavabını gücləndirməs
11:16 178 "Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq"
"Türkiyə və Azərbaycan əhalisi dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə daha yaxın olan iki ölkədir. Əməkdaşlığın səviyyəsinə, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında olan münasibətlərə nəzər salın". "Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliye
11:36 185 Britaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb
Böyük Britaniyada 28 yaşlı kişi İcmalar Palatasının keçmiş deputatı Enn Uiddikombun qətlində şübhəli bilinərək saxlanılıb. "Report"un məlumatına görə, bu barədə Devon və Kornuoll qraflığı polisinin açıqlamasında bildirilir. "28 yaşlı kişinin 11 iyul axşamı Cənubi Yorkşirdə Enn Uiddikombu
12.07.2026 248 Sabah çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində iyulun 13-də müşahidə olunacaq hava şəraiti məlum olub. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah mülayim şimal-qərb küləyi əsəcək. Çimərliklərdə dəniz suyunun temperaturu aşağıdakı kimi olacaq:. - Şimal çimərlikləri (Sumqayıt
12.07.2026 298 "Zibil" ifadəsi Paşinyanı məhkəməyə apardı - keçmiş deputata iddia qaldırıldı
Ermənistanın Baş naziri Nikol Paşinyan "Mənim Addımım" fraksiyasından olan keçmiş deputat Sofiya Ovsepyana qarşı mülki iddia qaldırıb. xəbər verir ki, TASS-ın Datalex məhkəmə qeydləri sisteminə istinadən yaydığı məlumata görə, baş nazir təxminən 16,2 min ABŞ dollarına bərabər olan 6 milyo
09:27 170 Küveytdə ABŞ hədəflərinə zərbə: İİKK-dən yeni açıqlama
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Küveytdəki ABŞ hədəflərinə endirilən zərbələr zamanı HIMARS raket sistemlərini və onlara məxsus sursatları məhv etdiyini iddia edib. xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb. İİKK-nin bəyanatında deyilir:. "Bu əməliyyat zamanı İrana doğr
10:25 170 20 min tamştatlı müəllim yeri ayrılacaq: Təhsil sistemində nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması sistemi növbəti mərhələyə keçir. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, islahatlar çərçivəsində mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq və bu statusu qazanan müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb olunmayacaqlar
12:06 194 Səhvən su əvəzinə sirkə turşusu içdi
Ağdamda sirkə turşusundan zəhərlənən gənc qız Bakıya göndərilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Əfətli kəndində qeydə alınıb. Kənd sakini, 2008-ci il təvəllüdlü Aytac Hüseynova gecə saatlarında su əvəzinə bilməyərəkdən sirkə turşusu içib. Yaxınları tərəfində
12.07.2026 350