Heydər Əliyev məktəbinin ən uğurlu məzunu və Azərbaycanın müasir Öndəri...

Heydər Əliyev məktəbinin ən uğurlu məzunu və Azərbaycanın müasir Öndəri..."Müasir dövrümüzdə çox nadir dövlət başçıları var ki, qlobal siyasi və hərbi gərginliklər fonunda ölkəsinin milli maraqlarını təkcə müdafiə etməsin, həm də xalqın, dövlətin istəklərini, missiyasını uğurla yerinə yetirsin. Qlobal güclərin yaratdıqları siyasi prosesləri düzgün analiz etmək, yaranan təlatümlərdən qalib çıxmaq üçün hər bir liderdən xüsusi siyasi səriştə, yüksək analitik qabiliyyət və uzaqgörənlik tələb olunur. Etiraf edək ki, dünyada bu kriteriyaları özündə cəmləşdirə bilən çox az siyasi lider vardır. Biz bunu dünya ölkələrindəki hərbi və siyasi çaxnaşmaların qurbanına çevrilən liderlərin timsalında aydın görə bilirik. Təbii ki, qlobal güclər zaman-zaman Azərbaycanda da xaos yaratmaq, xalq-dövlət münasibətlərinə xələl gətirmək istəyiblər, daxili radikal qüvvələrdən yararlanmağa cəhd ediblər. Ən əsası Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda qələbəsinə mane olmaq, 44 günlük Vətən Müharibəsindən sonra Zəfərimizə kölgə salmaq üçün əllərindən gələni əsirgəmədilər. Amma məqsədlərinə çata bilmədilər. Çünki Azərbaycanı idarə edən siyasi lider ölkəmizə qarşı qurulan çirkin plan və oyunları pozmaq qabiliyyətinə malikdir. Cənab Prezidenti İlham Əliyevin Qarabağ Zəfərindən sonra yürütdüyü daxili və xarici siyasət sayəsində ölkəmizlə bağlı çirkin kampaniyalar, siyasətlər arxa plana keçdi".

Modern.az-ın məlumatına görə, bunu bunu Azərbaycan Milli Məclisinin deputatı Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, bütün şüurlu ömrünü Azərbaycan xalqının rifahının yüksəlməsinə, dövlət və ölkəmizin dirçəlməsinə, müstəqilliyimizin möhkəmlənməsinə həsr edən cənab İlham Əliyevin hakimiyyətdə olduğu illər çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılır: "Möhtərəm Prezident Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm layihələr, tədbirlər xalqımızın tam dəstəyini qazanıb. Müasir dünyanın çox mürəkkəb geostrateji bölgəsində yerləşən ölkəmizi layiqli şəkildə idarə edən Cənab Prezident siyasətdə, iqtisadiyyatda, hərb işində bir çox uğurlar əldə edib. Möhkəm siyasi iradəyə, siyasi biliyə, idarəçilik təcrübəsinə malik olan dövlətimizin başçısı həm də səmimi, təvazökar, insanların qayğılarına həssas münasibət bəsləyən, yüksək mənəvi keyfiyyətlərə malik bir insandır. "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" deyən Cənab İlham Əliyev vətəndaşların hər bir qayğısına həssaslıqla yanaşır. Dövlət başçımızın döyüş meydanında qətiyyətli siyasi lider, şəhid ailələri ilə görüşlərində isə kövrək ölkə rəhbəri təsiri bağışlaması onun dövlətə sadiqliyindən, xalqa məhəbbətindən xəbər verir. Prezident cənab İlham Əliyev hakimiyyətdə olduğu son 21 ildə xalqa verdiyi hər bir vədini şərəflə yerinə yetirib. 24 dekabrda doğulan Cənab Prezident heç vaxt özünə təmtəraqlı ad günü qeyd etməyib və bununla da bütün məmurlara nümunə göstərib. O, hər il öz ad gününü xalqla birlikdə, hansısa əlamətdar hadisəni qeyd etməklə keçirib. Prezident cənab İlham Əliyevin iki il öncə ad günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu barədə maraqlı açıqlaması olmuşdu. "Mən əvvəlki dövrdə adətən 24 dekabr günündə məcburi köçkünlərlə bir yerdə olurdum, doğum günümü heç vaxt qeyd etməmişəm, ancaq ailə üzvlərimlə qeyd etmişəm. Hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm...Əlli yaşım olanda Ağcabədidə məcburi köçkünlərlə bir yerdə idim və onlara demişdim ki, gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, qarşılayacaqsınız, mən sizin diyarınıza qonaq gələcəyəm və o gün gəldi. O gündən doqquz il sonra biz artıq Şuşada idik, bayrağımız da Şuşada dalğalanırdı. Altmış yaşımı Cıdır düzündə qeyd etmişəm, ondan əvvəl azad edilmiş Hadrutda hərbi hissənin açılışında iştirak etmişəm". Hazırda dünyada bu cür üstün keyfiyyətlərə malik siyasi xadim tapmaq çox çətindir".
M.Vəliyeva onu da bildirdi ki, Cənab İlham Əliyevin təkcə 44 günlük Vətən Müharibəsində əldə etdiyi parlaq qələbə onun adının Azərbaycan tarixinə qızıl hərflərlə yazılmasına kifayət edir: "Hətta opponentləri də onun siyasi-diplomatik və sərkərdəlik məharətini etiraf edirlər. Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişdirən Cənab İlham Əliyevin əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası Azərbaycanı daha da gücləndirir, inkişaf etdirir. Onun həyata keçirdiyi iqtisadi islahatlar sayəsində Azərbaycanda ümumi daxili məhsulun dəyəri 2003-cü ildə 7,1 milyard manat olduğu halda, 2023-ci ildə 123 milyard manat təşkil edib. 21 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Qeyri neft-qaz sektorunda ÜDM-in həcmi 2003-cü ildəki 4,4 milyard manatdan 70 milyard manata çatdırılıb. Dövlət büdcəsinin gəlirləri 2003-cü ildə 1 milyard 221 milyon manat idisə, 2023-cü ildə bu rəqəmin 34 milyard manata yaxın olub. Azərbaycan çoxəsrlik tarixində heç vaxt bu qədər güclü olmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində ərazi bütövlyümüz təmin edildi".
Azərbaycanın günü-gündən dünyada nüfuzunun artdığını qeyd edən M.Vəliyeva bildirdi ki, mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi, Bakının beynəlxalq təşkilatlara üzv qəbul edilməsi həm dövlətimizə olan etimaddan, həm də bilavasitə cənab Prezidentə olan inamdan, böyük hörmətdən irəli gəlir: "Dünyanın ən mötəbər tədbirlərindən biri olan BMT-nin iqlim konfransının - COP29-un ölkəmizdə keçirilməsinə razılığın verilməsi aparılan düzgün xatici siyasətin, diplomatiyamızın gücünün nəticəsidir. Bu sammit qlobal iqlim böhranının həlli istiqamətində qəbul olunan ciddi qərarlarla yanaşı, Bakının öz siyasətini, öz imkanlarını dünyaya təqdim etmək baxımından mühüm əhəmiyyət kəsb edir. 2024-cü ildə Azərbaycanın əldə etdiyi digər vacib uğurlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsidir. 19 dekabr tarixində Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən dəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir. Ölkəmiz bütün bu etimadı məhz cənab Prezidentin yürütdüyü uzaqgörən siyasətin nəticəsində əldə edib".
Deputatın sözlərinə görə, hazırda Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda bayrağımız əzəmətlə dalğalanır: " 2022-ci il 16 noyabr tarixli Sərəncam ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən abadlıq-quruculuq işləri aparılır, otuz il yurd həsrəti ilə yaşayan keçmiş məcburi köçkün soydaşlarımız bu sevinc və fərəhlə dədə-baba yurdlarına qayıdırlar. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirildi. Bu möhtəşəm nailiyyətlər Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz Cənab İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atacaqdır. O, Heydər Əliyev məktəbinin ən uğurlu məzunu və Azərbaycanın müasir Öndəridir. Gücünü xalqdan alan Prezidentimizə 63-cü doğum günündə möhkəm can sağlığı, tükənməz enerji arzulayırıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 701   Tarix: 23 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.