Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər

Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilərBazarlarda, supermarketlərdə, çərəz dükanlarında ən çox qarşılaşdığımız mənzərə açıq vəziyyətdə satılan çərəzlərdir. Burada bir məqam var ki, çox vaxt aldığımız bu məhsulları yumadan yeyirik. Lakin ekspertlər bu halda bizi ciddi təhlükələrin gözləyə biləcəyi qənaətindədirlər.

"Kaspi" qəzeti mövzüya dair məqalə dərc edib.

"Yeni və ya köhnə olduğu bilinmir"

İstehsal meneceri Sayat Quliyevanın sözlərinə görə, bu məhsullar açıq şəkildə satıldıqda həm keyfiyyəti azalır, həm də çirklənməyə məruz qalır: "Günümüzdə çərəzlərin bazarlarda açıq halda çəki ilə, yaxud karton qutularda, şüşə vitrinlərdə, plastik qablarda satışı həyata keçirilir. Açıq halda satılan məhsullar fiziki və mikrobioloji çirklənməyə məruz qalır. Toz, havadakı həşəratların məhsulla təması, istehlakçıların açıq əllə toxunması kimi çirklənmə səbəblərini sadalamaq olar. Hətta sanitar qaydalara uyğun hesab etdiyimiz qapalı satış məntəqələrində də məhsulların çirklənməsini müşahidə etmək mümkündür. Bundan əlavə, çərəzlər vitrinə davamlı üst-üstə yığılır, yeni və ya köhnə olduğu bilinmir".

"Məhsulu kənar vasitələrlə çirkləndirirlər"

S.Quliyevanın fikrincə, təmiz hesab etdiyimiz vitrinlər əslində ən böyük təhlükədir: "Şüşə vitrinlərdə sadəcə bez parçalarla fiziki təmizlik aparılır, bu da mikrobioloji çirklənmənin əsas mənbəyidir. Satıcılar açıq əllə məhsula toxunmasalar da, məhsulu kənar vasitələrlə çirkləndirirlər. Daşıma qutularını birbaşa açıq çərəzlərin üzərində saxlayaraq vitrinlərə boşaldırlar. Açıq halda satılan çərəzlərə ilk toxunan biz olmuruq. Sonra bu çərəzləri yumadan qəbul edirik. Fiziki, mikrobioloji çirklənmə ilə yanaşı, günümüzdə geniş yayılan, mənşəyi məlum olmayan viruslar mövcuddur. Bunun bariz nümunəsi son illərdə yaşadığımız COVID virusudur".

Dadında dəyişiklik yaranır

Mütəxəssis bildirdi ki, çərəzlərin nəmliyini qorumaq üçün onlara müxtəlif maddələr vurulur: "Emal sahələrində çərəzlərin qabıqlarından təmizləmə prosesində quru təmizləmədən geniş istifadə edilir. Qabıqdan təmizləmə zamanı düzgün təmizləmə prosesi həyata keçirilməzsə, çərəzlərin çirklənməsi qaçılmazdır. Hazırlanan qabıqsız çərəzlərin hava ilə təması olmayan qablarda saxlanılması üçün bəzi kimyəvi maddələrdən istifadə edilir. Bunlardan ən geniş yayılmışı kükürddür. Çərəzlərin daxilində nəmlik olur. Yüksək temperaturda nəmlik azala və ya rütubətli məkanlarda arta bilər. Nəmlik azaldıqda məhsullar quruyur. Xarici görünüşü ilə yanaşı, dadında da dəyişiklik yaranır. Belə məhsulların qablaşdırılması, saxlanmasına düzgün əməl edilməzsə kiflənmə riski yüksəkdir".

S.Quliyeva təmiz və təhlükəsiz hesab etdiyimiz paketli məhsullardan da danışdı: "Məhsullara ilk toxunan olmaq üçün, çalışmalıyıq çərəzləri qabıqlı şəkildə alaq və evdə özümüz təmizləyək. Eyni zamanda, paket məhsullara üstünlük verək. Amma buna marketlərdəki paketlənmə aid deyil. Marketlərdə çərəzləri ya plastik qablarda qablaşdırırlar, ya da şəffaf paketlərə qoyurlar. Onlardan da uzaq durmalıyıq. Çünki bu zaman köhnə və yeni məhsulu qarışdırırlar. Aldığımız məhsulun istehsal tarixini, son istifadə müddətini itirmiş oluruq".

"15-60 dəqiqə soyuq suda saxlanılmalıdır"

Müsahibimizin sözlərinə görə, bu məhsulları dezinfeksiya etdikdən sonra istehlak etmək daha düzgündür: "Çərəzlərin istehsal prosesi onu göstərir ki, bu məhsulları yumadan qəbul etmək doğru deyil. Burada istifadə edilən kimyəvi maddələr orqanizmimizə daxil olur və zamanla müəyyən xəstəliklərin yaranmasına gətirib çıxarır. Alınan çərəzlər mütləq şəkildə sərtliyinə görə 15- 60 dəqiqə arasında soyuq suda saxlanılmalıdır. Digər çiy qəbul etdiyimiz qidaların təmizlənməsində istifadə edilən sirkə, qida sodası və s. vasitələri çərəzlərin yuyulmasında və dezinfeksiyasında istifadə edə bilərik. Sonra soyuq suyun altında durulamaq və nəmini qurutmaq lazımdır. Lakin bu məhlullar çərəzlərin üzərində qaldıqda dadına təsir edə, ağızda xoşagəlməz dadlar yarada bilər".

Mikrobioloji, çarpaz çirklənmə və s...

Qida məsələləri üzrə ekspert Ağa Salamov bu məhsulların təhlükəsinin qurudulma üsulundan asılı olduğunu bildirdi: "İki cür qurutma üsulu var. Birincisi, günəş şüaları altında, ikinci isə xüsusi aparatlarla qurudulmadır. Fərqləri odur ki, qurğu ilə qurudulmuş məhsullar yerində qablaşdırılırsa, yəni hava-damcı yolu ilə gələn virus və bakteriyalara açıq deyilsə, ətraf mühitin toz və çirkabından mühafizə olunursa, onları yumağa ehtiyac yoxdur. Amma günəş şüaları altında qurudulduqda virus və bakteriyalara, toza açıq olur. Mikrobioloji çirklənmə istehlakçının zəhərlənməsinə rəvac verə bilər. Heyvanlar toxunarsa, çarpaz çirklənmə ilə daha böyük fəsadların baş verməsi mümkündür".

"Suda çox qaldıqda keyfiyyətini itirir"

A.Salamov düşünür ki, həmin qidalar 70 dərəcə suda yuyulmalıdır: "Amma insanlar bəzən suda çox saxlayır, bu zaman isə artıq keyfiyyətini itirir. Dezinfeksiya etmək məqsədilə temperaturu 65 dərəcədən yuxarı isti suyun altında bir dəqiqə saxlamaq olar. Bəzi patogen bakteriyalar 70 dərəcədə ölməyə başlayır. Amma çox saxlamaq doğru deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 526   Tarix: 22 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 39 dərəcə isti olacaq

İyulun 14-də gözlənilən hava proqnozu açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündü

13:02 237
.

"Zəngəzur dəhlizi vacib layihədir"

"Onlar (ABŞ rəhbərliyi - red.) dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir, çünki bu, Azərbaycanı onun Naxçıvan bölgəsi ilə birləşdirəcək". "Qafqazinfo" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib. "Onlar çox səmərəl

12:37 194
.

İsrailin qərarı niyə dəyişdi? Azərbaycanın rolu diqqət mərkəzində

İsrail hökuməti qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı rəsmi prosedurları dondurub. Məlum olduğu kimi, iyunun 28-də İsrail hökuməti xarici işlər naziri Gideon Saarın təşəbbüsünü dəstəkləyərək Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasında baş vermiş hadisələrin "ermən

12:29 267
.

Küveytdə ABŞ hədəflərinə zərbə: İİKK-dən yeni açıqlama

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Küveytdəki ABŞ hədəflərinə endirilən zərbələr zamanı HIMARS raket sistemlərini və onlara məxsus sursatları məhv etdiyini iddia edib. xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb. İİKK-nin bəyanatında deyilir:. "Bu əməliyyat zamanı İrana doğr

10:25 179
.

Prezidentin hesablarında Forumdan video paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx yayımlanıb. "Qafqazinfo" həmin videoçarxı təqdim edir:

14:43 226
.

Azərbaycanda narkotiklə bağlı cinayət məsuliyyətinə cəlb edilən qadınların sayı

Bu ilin ilk 6 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2848 nəfər cəlb edilib. bildirir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında deyilir. Məlumatda qeyd edilib ki, onlarda

18:30 122
.

Pensiyalar sabah ödəniləcək

İyulun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxsləri

10:51 238
.

İranın Trampa qarşı sui-qəsd cəhdi təsadüfən baş tutmayıb - İDDİA

Donald Trampın İran hücumunun hədəfi olması planlaşdırılıb, lakin planlar uğursuz olub. Məlumatlara görə, İran ABŞ prezidenti Donald Trampı Türkiyəyə son səfəri zamanı öldürməyi planlaşdırıb. bildirir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Mənbələrə görə, xarici kəşfiyya

20:00 1
.

"Prezident Tramp sülhsevər insandır"

"Prezident Trampın yanaşması isə fərqli idi, o, sülhsevər bir insandır və sülhü gətirə biləcək insandır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında söyləyib. "O, (Tramp - red.) artıq dəfələrlə qeyd edib, dünyanı

11:53 216
.

TOP MP3