Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb.
"Report" xəbər verir ki, Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Keniya Prezidentinə çatdırıb.
Görüşdə iki ölkə arasında əlaqələr, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. İkitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Leyla Əliyeva Fondun "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi çərçivəsində həyata keçiriləcək layihələrin əhəmiyyətini qeyd edib.
Təhsil, səhiyyə, ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə mübarizə və mədəniyyət sahələrində layihələrin, habelə təhsil üzrə mübadilə proqramlarının həyata keçiriləcəyini, incəsənət nümunələrinin beynəlxalq layihələrdə birgə təqdimatı üzrə əməkdaşlıq ediləcəyini bildirib.
Prezident Ruto ölkəmizin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etdiyini deyib. Azərbaycan ilə Keniya arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluğunu ifadə edib.
O, iqlim fəaliyyəti, enerji, ticarət və sərmayələr, turizm, təhsil və digər sahələr daxil olmaqla, müxtəlif istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək və tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu bildirib. Dövlət səviyyəsində, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil, mədəniyyət, səhiyyə və digər humanitar sahələrdə həyata keçirilən layihələrin əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Keniya Respublikasının Prezidenti Uilyam Samoei Rutoya ölkəmizə səfərə dəvət məktubu təqdim edilib.
Prezident Ruto dəvətə görə təşəkkür edib, onu məmnuniyyətlə qəbul etdiyini bildirib.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 805 Tarix: 21 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNyu-Delhidə bina çöküb, ölənlər var
Nyu-Delhidə (Hindistan) kollec və universitetlərin yaxınlığında yerləşən bina çöküb, azı altı nəfər ölüb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nyu-Delhinin baş naziri Rexa Qupta bildirib. "Binanın zirzəmisində su yığılıb. Davam edən təmir işləri nəticəsində suyu
07.09.2026 146 "44" filminin premyera tarixi açıqlandı
Çoxdan gözlənilən "44" bədii filminin premyera tarixi açıqlanıb. Axşam.az xəbər verir ki, filmin premyerası oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Bu Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial şəbəkə hesabında məlumat verib. Bildirili
07.09.2026 189 "Qalatasaray"ın keçmiş oyunçusu Braziliyada yeni klub tapdı
Mərakeşli yarımmüdafiəçi Avropa futbolundan ayrılır və tezliklə Braziliya klublarından birinə qoşulacaq. -ın xarici mediaya istinadən xəbərinə görə, "Vidad"ın yarımmüdafiəçisi Hakim Ziyeş Braziliyaya gedəcək. 33 yaşlı mərakeşli ötən yay azad agent olub. Nəticədə, "Botafogo" oyunçun
07.09.2026 162 1,8 kilometrdə 200 min insan - Dünyanın ən izdihamlı çimərliyi
Çində yerləşən Dameyşa çimərliyi dünyanın ən izdihamlı çimərliklərindən biri hesab olunur. Bəzi günlər burada insanların sayı o qədər çox olur ki, istirahət edənlər nəinki qum üzərində boş yer tapmaqda, hətta dənizə çatmaqda belə çətinlik çəkirlər. xarici mediaya istinadla xəbər verir ki, Şençjen şəhərind
07.09.2026 189 Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: ABŞ nümayəndələri Kiyevdən nəticəsiz ayrıldı
Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, hələlik konkret razılaşma əldə olunmayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner Rusiya və Ukraynada keçirdikləri görüşlərdən sonra yeni danışıqla
07.09.2026 214 Nemo nöqtəsi: Yerin ən ucqar yeri haradır?
Cənub Sakit okeanında qurudan o qədər uzaq bir ərazi var ki, bəzən buraya ən yaxın insanlar Yer orbitində olan Beynəlxalq Kosmik Stansiyanın (BKS) astronavtları olur. Qaynarinfo xəbər verir ki, söhbət məşhur Nemo nöqtəsindən - okeanın əlçatmazlıq qütbündən gedir. "Mirror"un yazdığına görə
07.09.2026 116 Rusiyada Federal Təhlükəsizlik Xidmətinin generalı saxlanılıb
Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) general-mayoru Sergey Malkov yanacaq oğurluğuna görə saxlanılıb. Bu barədə Rusiya KİV-də məlumat yayılıb. Həmçinin digər yüksək rütbəli əməkdaşlar - FTX-nin Mərkəzi Mühafizə və Xüsusi Tədbirlər İdarəsinin rəisi, polkovnik Aleksey Suyarov və idarənin şöbə rəisi
07.09.2026 127 Binanın eyvanından şüşə qopdu, qadının başına düşdü - Video
Xırdalanda çoxmərtəbəli binada mənzillərin birinin eyvanının şüşəsi qoparaq küçədən keçən qadının başına düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Qadının xəsarət aldığı bildirilir. Hadisə ilə bağlı TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki
07.09.2026 335 Katz: "İran bizə hücum edərsə, onları daş dövrünə qaytaracağıq"
İranla ABŞ arasında yaşanan gərginlik fonunda İsrailin Livan istiqamətində Hizbullaha qarşı atdığı addımlar Tehranda ciddi etirazla qarşılanıb. xəbər verir ki, strateji təpənin Yerusəlim tərəfindən nəzarətə götürülməsinə İran sərt cavab verəcəyini bildirib. Lakin İsrailin müdafiə naziri Yisrael Kat
07.09.2026 154