"Sosial şəbəkələrin yayımını tənzimləyən qanuna ehtiyac var"-Üzeyir Şəfiyev

"Sosial şəbəkələrin yayımını tənzimləyən qanuna ehtiyac var"-Üzeyir ŞəfiyevSon günlər sosial şəbəkələrədə qanunsuz kazino və loto qrupları aktivləşib. Xüsusilə də, telegram platformasında yaradılan bu qruplarda iştirakçılara onlayn kazino, loto oyunları, guya sərfəli mərc imkanları təklif edilir. Bununla da bir çox hallarda həmin şəxslər böyük məbləğdə pul itirir. Təəssüflər olsun ki, bu cür qruplara artıq kiçik yaşlı uşaqlar da cəlb edilib. Hətta, valideynlərinin kartından istifadə edərək oyunlara mərcə pul qoyan yeniyetmələr də mövcuddur.

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, sosial şəbəkələrdə qanunsuz davranışlar nümayiş etdirən paylaşımlar geniş yayılıb.Təəssüf ki, biz sosial şəbəkə "reallığında" yaşayırıq. Artıq real həyatda olan bir sıra fəaliyyət növləri, sosial şəbəkələrə sızıb. Orada artıq özlərinə yer tapmağa başlayıb. Bu da onu göstərir ki, sosial şəbəkələrin yayımını tənzimləyən qanuna ehtiyac var:

"Sosial şəbəkələrin yayımını tənzimləyən qanuna ehtiyac var"-Üzeyir Şəfiyev"Ölkə başçısının gənclərin zərərli informasiyalardan qorunması haqqında mühüm qanuna imza atıb. Dövlətin bu məsələlərdə həssaslığı yüksək səviyyədədir.
Əfsuslar olsun ki, bütün bunlara baxmayaraq bu gün sosial şəbəkələrdə hüquqa və əxlaqa zidd davranışlar davam edir.
Biz sosial şəbəkələrə süzgəc sistemi tədbiq etməliyik. Mənəvi dəyərlərə zidd olan informasiyalar, uşaqlar və gənclərin tərbiyəsinə pis təsir edəcək oyunlar və səhifələr qadağan edilməlidir. Bu da şübhəsiz ki, qanunla tənzimlənməlidir.
Gənc və yeniyetmələrin törətdiyi cinayət və qanuna zidd əməlləri təhlil etdikdə görürük ki, xarici ölkələrdə baş verən hadisələr onlar tərəfindən təqlid edilir. Buna görə də valideynlər uşaqlarla, müəllimlər şagidlərlə xüsusi iş aparmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 487   Tarix: 19 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qayğının, həmrəyliyin və qadın həmrəyliyinin ünvanı - QHT sədrləri "LOQOS" Qadın Uzunömürlük Rezidensiyasında

Cəmiyyətin inkişafı yalnız iqtisadi göstəricilər və yeni layihələrlə ölçülmür. Əsl inkişaf insanın həyatının müxtəlif mərhələlərində özünü nə qədər güvənli, dəyərli və qayğı ilə əhatə olunmuş hiss etməsi ilə də müəyyənləşir. Xüsusilə yaşlı insanların sosial həyata inteqrasiyası, onların ləyaqətli v

07.09.2026 154
.

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə məsələ Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-ü keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilə

07.09.2026 218
.

Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın başlayıb - VİDEO

Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın başlayıb. -ın məlumatına görə, yanğının güclü külək səbəbindən genişləndiyi bildirilir. Yanğının ərazidə hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

07.09.2026 148
.

Qubada kanaldan meyit tapıldı

Quba rayonunun Gədikqışlaq kəndi ərazisində kanaldan meyit tapılıb. -ın məlumatına görə, meyiti tapılan şəxsin Xaçmaz rayon sakini 58 yaşlı Marina Bağırova olduğu bildirilir. Hadisənin təfərrüatları araşdırılır./APA

07.09.2026 189
.

Prezident Əziz Səncəri təltif etdi

Kimya üzrə Nobel mükafatçısı Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə gör

07.09.2026 194
.

İpoteka, gəlirlər, tikinti xərcləri... Mənzil qiymətlərini nə bahalaşdırır?

"Mənzil qiymətlərinin artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada eyni vaxtda bir neçə fundamental amil fəaliyyət göstərir. Torpaq sahələrinin qiyməti, tikinti xərcləri, əmək və material məsrəfləri, infrastruktur xərcləri, əhalinin gəlirləri, ipoteka və kredit imkanları, həmçini

07.09.2026 169
.

Çin iqtisadiyyatında ixrac artımı sürətlənə bilər

Çinin ixracında avqust ayında artımın sürətlənəcəyi gözlənilir. Reuters-in 35 iqtisadçı arasında keçirdiyi sorğuya əsasən, ölkənin ixracının avqustda illik ifadədə 25% artacağı proqnozlaşdırılır. İyul ayında bu göstərici 23,9% olub. Analitiklərin gözləntilərinə görə, Çinin idxalı da avqust ayında əhəmiyyətl

07.09.2026 203
.

Sahibkarların ən çox etdiyi vergi səhvləri: Hansı yanlışlıqlar cəriməyə səbəb ola bilər?

"Sahibkarlıq fəaliyyətində gəlir əldə etmək qədər vergi öhdəliklərinin düzgün və vaxtında yerinə yetirilməsi də mühüm əhəmiyyət daşıyır. Təcrübə göstərir ki, bəzi sahibkarlar vergi qanunvericiliyinin tələblərini kifayət qədər bilmədikləri, mühasibat uçotuna lazımi diqqət yetirmədikləri və ya sənədləşm

07.09.2026 238
.

"Mənə bacı deməyin" - Bülent Ersoydan estetik əməliyyat açıqlaması

Türkiyə musiqisinin divası hesab edilən Bülent Ersoy bu dəfə estetik əməliyyatdan sonrakı görünüşü ilə gündəmə gəlib. yerli mediaya istinadən xəbər verir ki, 74 yaşlı sənətçinin üzündəki dəyişiklik izləyicilər tərəfindən diqqət çəkib. "Üzümü lolita kimi etdirdim. Mənə bacı deməyin", - o bildirib

07.09.2026 247
.