Avropada doğum səviyyəsi 1961-ci ildən bəri rekord həddə azalıb

Avropada doğum səviyyəsi 1961-ci ildən bəri rekord həddə azalıbAvropa İttifaqında doğulan uşaqların sayı 2023-cü ildə rekord həddə aşağı düşüb.

Lent.az-ın bildirdiyinə görə, "Financial Times" xəbər verir ki, bu, regionun demoqrafik problemlərinin ciddiliyini vurğulayır.

Keçən ay yenilənən məlumatlara görə, 2023-cü ildə Avropa İttifaqına üzv 27 ölkədə 3 milyon 665 min uşaq dünyaya gəlib. Qeyd olunur ki, bu, 1961-ci ildən bəri ən aşağı göstəricidir.
Avropa İttifaqında doğum səviyyəsi 2022-ci ilə nisbətən 5,5 faiz aşağıdır. Nəşr vurğulayır ki, bu, bütün müşahidələr tarixində ən böyük illik azalmadır.

Həmçinin, 2023-cü il göstəricisi "Eurostat"ın uzunmüddətli demoqrafik proqnozundan aşağı olub, buna görə regionda 4 milyon uşaq doğulmalı idi.

Jurnalistlər xatırladıblar ki, 1960-cı illərin ortalarında Avropa İttifaqında doğum səviyyəsi pik həddə çatıb. O zaman 7 milyon uşaq dünyaya gəlib, lakin sonradan bu rəqəm sürətlə azalmağa başlayıb.

Nəşrin əlavəsinə görə, ekspertlər hesab edirlər ki, doğum səviyyəsinin azalması dövlət maliyyəsinə böyük təzyiq göstərəcək, çünki əmək qabiliyyətli əhalinin sayı azalacaq, səhiyyə və pensiya xərcləri artacaq.

"İnsanların yaşadıqları qeyri-müəyyənliklər, məsələn, işin təminatsızlığı, yaşayış və mənzil qiymətlərinin artması, COVID-19 pandemiyası, geosiyasi gərginliklər və iqlim dəyişikliyi də daxil olmaqla çoxsaylı qlobal böhranlar fərdi reproduktiv qərarlara mənfi təsir göstərə bilər", - BMT-nin əhali məsələləri üzrə rəsmisi Quanyuy Çjan deyib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş iqtisadçısı Villem Adema jurnalistlərə bildirib ki, indi gənclərin əmək və mənzil bazarında özlərini reallaşdırması əvvəlkindən daha çətindir.

Romadakı Luis Universitetinin demoqrafiya professoru Mariya Rita Testa əmindir ki, indi avropalılar arasında uşaq sahibi olmaq qərarına beynəlxalq səviyyədə siyasi və iqtisadi gərginliklə bağlı olan yeni amillər təsir edir.

Bundan əlavə, Eurostat Avropa İttifaqında qadınların daha gec yaşlarda uşaq sahibi olmağa başladığını müəyyən edib. Qeyd olunur ki, 2022-ci ildə ilk övladını dünyaya gətirən qadınların orta yaşı 30-a yaxın olub.

Ekapertlərin sözlərinə görə, uşaqların doğum səviyyəsinin azalması tendensiyası daha çox İtaliya, İspaniya, Yunanıstan, Polşa, Finlandiya və Baltikyanı ölkələrdə özünü göstərir. Onlar vurğulayıblar ki, son on ildə orada doğulanların sayı ən azı dörddə bir azalıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 709   Tarix: 06 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail ordusu Qəzzada qoşunlara hücuma cavab olaraq HƏMAS-ın infrastrukturuna zərbələr endirib

İsrail ordusu bazar ertəsi səhəri bildirib ki, İsrail ordusu gecə saatlarında Qəzza zolağında HƏMAS terrorçularının infrastrukturuna zərbələr endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, hərbçilərin bildirdiyinə görə, zərbələr bazar günü Sarı Xəttdə İsrail Müdafiə Qüvvələrinin mühəndisli

12:20 175
.

Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb

Ukrayna son iki həftə ərzində Azərbaycandan enerji sahəsində ümumilikdə 36,55 ton yüksək gərginlikli kabeldən ibarət üç partiya yardım alıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. "Son iki həftə ərzində Ukrayn

06.09.2026 228
.

Başqasının kosmetikasından "ortaq" istifadə etmək olmaz - Nazirlik

"Kosmetik məhsullar alarkən sağlamlığınızı qorumaq, həm də saxta mallardan yayınmaq üçün, ilk növbədə məhsulun gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırmasına, həmçinin son istifadə tarixinə xüsusi diqqət yetirmək lazımdır". "Qafqazinfo" xəbər verir ki, bunu Səhiyy

11:34 158
.

"ABŞ-İran müharibəsini yalnız Yaxın Şərq münaqişəsi kimi qiymətləndirmək böyük səhv olardı" - BƏHRUZ QULİYEV

"Böyük Britaniyanın "The Telegraph" nəşrində səsləndirilən "ABŞ-İran müharibəsi NATO-nu parçalaya bilər" fikri, ilk baxışda, kifayət qədər sərt və sensasion görünə bilər. Lakin məsələyə daha dərindən yanaşanda bunun sadəcə jurnalist proqnozu deyil, Qərb daxilində getdikcə güclənə

10:02 317
.

3 aylıq körpə anasının qucağından yıxılıb öldü

Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib. Ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə H.Beydullayev əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsind

10:26 216
.

Ermənistandakı Rusiya hərbi bazası ilə bağlı açıqlama: "Çıxarılması ehtimalı azdır"

Erməni politoloq və İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan Rusiyanın Ermənistandakı hərbi bazasını çıxarması ehtimalının az olduğunu bildirib. xəbər verir ki, İsgəndəryan NSN-ə açıqlamasında Moskva ilə İrəvan arasında imzalanmış müqaviləyə əsasən, Rusiya qoşunlarının 2044-cü il

11:31 145
.

Müasir insan niyə daim TƏLƏSİR ? - AÇIQLAMA

Müasir insanın həyatı texnologiyanın inkişafı ilə asanlaşsa da, paradoksal olaraq vaxt çatışmazlığı hissi daha da artıb. İnsanlar səhərdən axşama qədər işə, mesajlara, sosial şəbəkələrə, görüşlərə və gündəlik öhdəliklərə çatmağa çalışır. Bəs bizi daim tələsdirən nədir? Sürətli həyatın görünməyən yükündə

15:57 79
.

Prezident Əziz Səncəri təltif etdi

Kimya üzrə Nobel mükafatçısı Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə gör

14:54 119
.

Rusiya ilə Ermənistan arasında gərginlik dərinləşir - Ekspertdən Paşinyanla bağlı açıqlama

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksandr Kamkin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri pozmaq üçün əlindən gələni etdiyini bildirib. xəbər verir ki, -ya açıqlama verən Kamkin Rusiya-Ermənistan münasibətlərini

13:32 129
.