Ovçuların tüfəngləri paslandı-ovçuluq mövsümü başlamadı

Ovçuların tüfəngləri paslandı-ovçuluq mövsümü başlamadıHər il sentyabr ayının əvvəllərində ov mövsümü açıq elan edilirdi. Lakin dekabr ayına qədəm qoymağımıza rəğmən mövsümün başlaması haqqında məlumat verilməyib. Bununla əlaqədar olaraq ovçular ov mövsümünün başlamamasından narahatdırlar. Onlar düşünür ki, mövsümün başlamaması qanunsuz ov edənlərin sayını artıracaq və bundan da təbiətin nadir heyvanları zərər görəcəkdir.
Bəs belə şəraitdə qanunsuz ovçuluğun qarşısı necə alınmalıdır? Qanunla icazəsiz ov edənləri hansı cəzalar gözləyir?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub:

Ovçuların tüfəngləri paslandı-ovçuluq mövsümü başlamadı"Bu əmələ yol vermiş şəxslər İnzibati Xətalar Məcəlləsinin 273-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.
Qanunsuz ov etmə xeyli miqdarda ziyan vurduqda isə Cinayət Məcəlləsinin 258-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Bu əmələ yol vern şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılırlar. Eyni əməllər külli miqdarda ziyan vurulmaqla törədildikdə, partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan başqa üsullardan istifadə etməklə törədildikdə, ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı törədildikdə, qoruqların ərazisində və ya ekoloji fəlakət və fövqəladə ekoloji vəziyyət zonasında törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, burada "xeyli miqdar" dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, "külli miqdar" dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 679   Tarix: 06 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail ordusu Qəzzada qoşunlara hücuma cavab olaraq HƏMAS-ın infrastrukturuna zərbələr endirib

İsrail ordusu bazar ertəsi səhəri bildirib ki, İsrail ordusu gecə saatlarında Qəzza zolağında HƏMAS terrorçularının infrastrukturuna zərbələr endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, hərbçilərin bildirdiyinə görə, zərbələr bazar günü Sarı Xəttdə İsrail Müdafiə Qüvvələrinin mühəndisli

12:20 175
.

Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb

Ukrayna son iki həftə ərzində Azərbaycandan enerji sahəsində ümumilikdə 36,55 ton yüksək gərginlikli kabeldən ibarət üç partiya yardım alıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. "Son iki həftə ərzində Ukrayn

06.09.2026 228
.

Başqasının kosmetikasından "ortaq" istifadə etmək olmaz - Nazirlik

"Kosmetik məhsullar alarkən sağlamlığınızı qorumaq, həm də saxta mallardan yayınmaq üçün, ilk növbədə məhsulun gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırmasına, həmçinin son istifadə tarixinə xüsusi diqqət yetirmək lazımdır". "Qafqazinfo" xəbər verir ki, bunu Səhiyy

11:34 158
.

"ABŞ-İran müharibəsini yalnız Yaxın Şərq münaqişəsi kimi qiymətləndirmək böyük səhv olardı" - BƏHRUZ QULİYEV

"Böyük Britaniyanın "The Telegraph" nəşrində səsləndirilən "ABŞ-İran müharibəsi NATO-nu parçalaya bilər" fikri, ilk baxışda, kifayət qədər sərt və sensasion görünə bilər. Lakin məsələyə daha dərindən yanaşanda bunun sadəcə jurnalist proqnozu deyil, Qərb daxilində getdikcə güclənə

10:02 317
.

3 aylıq körpə anasının qucağından yıxılıb öldü

Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib. Ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə H.Beydullayev əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsind

10:26 216
.

Ermənistandakı Rusiya hərbi bazası ilə bağlı açıqlama: "Çıxarılması ehtimalı azdır"

Erməni politoloq və İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan Rusiyanın Ermənistandakı hərbi bazasını çıxarması ehtimalının az olduğunu bildirib. xəbər verir ki, İsgəndəryan NSN-ə açıqlamasında Moskva ilə İrəvan arasında imzalanmış müqaviləyə əsasən, Rusiya qoşunlarının 2044-cü il

11:31 145
.

Müasir insan niyə daim TƏLƏSİR ? - AÇIQLAMA

Müasir insanın həyatı texnologiyanın inkişafı ilə asanlaşsa da, paradoksal olaraq vaxt çatışmazlığı hissi daha da artıb. İnsanlar səhərdən axşama qədər işə, mesajlara, sosial şəbəkələrə, görüşlərə və gündəlik öhdəliklərə çatmağa çalışır. Bəs bizi daim tələsdirən nədir? Sürətli həyatın görünməyən yükündə

15:57 79
.

Prezident Əziz Səncəri təltif etdi

Kimya üzrə Nobel mükafatçısı Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə gör

14:54 119
.

Rusiya ilə Ermənistan arasında gərginlik dərinləşir - Ekspertdən Paşinyanla bağlı açıqlama

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksandr Kamkin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri pozmaq üçün əlindən gələni etdiyini bildirib. xəbər verir ki, -ya açıqlama verən Kamkin Rusiya-Ermənistan münasibətlərini

13:32 129
.