Azərbaycanda toyda dava: Qonaqlar bir-birini döydülər

Azərbaycanda toyda dava: Qonaqlar bir-birini döydülərSabirabad rayonunda 1981-ci il təvəllüdlü Elşən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Sadiqə xəsarət yetirib.

BiG.AZ Demokrat.az-a istinadla xəbər verir ki, hadisə 28 may 2024-cü ildə, saat 20:00-da Sabirabad rayonunun Kovlar kəndində baş verib.

Kənd sakini Elşən həmkəndlisi Əfsərin həyətində keçirilən toy məclisində, alkoqol təsiri altında Sadiqin çayçını yüksək səslə çağırmasına görə, əsaslı səbəb olmadan sonuncunu nalayiq ifadələrlə söyərək təhqir edib.

Elşən yumruqla Sadiqin sağ qaş nahiyəsinə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bu əməlləri ilə Elşən xuliqanlıq hərəkətləri törədib.

Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, həmkəndlisi Sadiqlə əvvəllər heç bir ədavət və düşmənçiliyi olmayıb, normal münasibətləri olub:

"Mayın 28-də, saat 17:00-da həmkəndlim və qohumum Əfsər məni həyətində keçirilən oğlunun kiçik toy məclisinə dəvət edib. Mən həmin vaxt Əfsərin həyətinə toy məclisinə getdim. Həmkəndlim Sadiq də toyda iştirak edib. Təxminən 2-3 saat sonra, saat 20:00-da çay verildi. Sadiq də mənim oturduğum cərgənin sonunda musiqiçilərin yaxınında əyləşmişdi. Aramızda isə iki-üç nəfər tanımadığım şəxslər oturub. Bu zaman gördüm ki, Sadiq qışqıraraq çayçını çağırır.

Elə başa düşdüm ki, Sadiq söyüş söyüb. Ona dedim ki, anqırma, camaat var. Sadiq isə mənə nəsə dedi. Lakin başa düşə bilmədim. Sadiqin yüksək səslə çayçını çağırması, həm də özünün içkili olmağı istər-istəməz mənə pis təsir etdi. Yerimdən durub ona yaxınlaşdım və yumruq zərbəsi vurdum. Sadiq sağ gözünü tutub başını aşağı əydi, onun sağ qaşı partlayıb qanadı. Mən artıq orada durmadım və getdim. Bir müddət sonra Sadiqin Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət verməsini eşitdim".

İş üzrə zərərçəkmiş Sadiqin sözlərinə görə, həmkəndlisi təqsirləndirilən Elşən ilə münasibətləri normal olub, ədavətləri olmayıb:

"Həmkəndlim və qohumum olan Əfsər mayın 28-də məni oğlunun kiçik toy məclisinə dəvət etdi. Məclisdə mən Elşənlə bir sırada oturmuşdum. Orada başqa yerdən gəlmə tanımadığım kişi qonaqları da olub. Məclisdə çörək yeyib araq da içdim. Təxminən 40 dəqiqə keçdi, hava isti olduğundan toydan çıxaraq evimə getdim. Yuyunaraq paltarımı dəyişdim, yenidən toya qayıtdım. Təxminən saat 20 radələrində toy məclisi öz qaydasında davam etdi.

Toy məclisinə qayıdarkən Elşən də orada öz yerində oturmuşdu. Mən keçib eyni cərgədə musiqiçilərin yanında sonuncu sırada əyləşdim. Aramızda 2-3 nəfər qonaq əyləşmişdi, onlar gəlmə olduğu üçün tanımamışam. Toy məclisində oturandan sonra çayçını səsləyib çay gətirməsini xahiş etdim. Bu zaman Elşən mənə irad bildirdi ki, niyə anqırırsan, səsindən qonaqlar narahat olur. Dedim ki, qışqırmıram, musiqinin səsindən eşidilmir, bu səbəbdən çayçını səsləyirəm. Bu söhbətə görə aramızda yüngül narazılıq olub.

Üstündən 2-3 dəqiqə keçdikdən sonra Elşən yaxınlaşdı, məni nalayiq söyüşlərlə təhqir edərək qəflətən sağ qaşımın üstünə yumruq zərbəsi vurdu. Mən sifətimi tutaraq əyildim, sağ qaşımın üstü yarılaraq qanadı. Təkrar söyüb vurmaq istəyərkən tanımadığım qonaqlar onun qarşısını aldılar.

Sonra qonaqlardan kimsə mənə salfet isladaraq verdi, qanayan qaşımın üstünə qoydum. Həmin vaxt toy sahibi Əfsər yaxınlaşaraq nə baş verdiyini soruşdu. Dedi ki, Elşənlə sözümüz oldu, yumruqla vurdu. Təxminən 15 dəqiqə orada oturandan sonra evimə getdim. Bir müddət gözlədim. Elşən gələrək üzrxahlıq etmədiyi üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Sonra da rayon polis şöbəsinə şikayət ərizəsi yazdım".

Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Elşən 1 000 manat məbləğində cərimə cəzasına məhkum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1020   Tarix: 05 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistana xəbərdarlıq: Rusiya ilə viza rejimi tətbiq edilərsə...

Rusiya ilə Ermənistan arasında viza rejiminin tətbiqi İrəvan üçün ağır zərbə ola bilər. xəbər verir ki, Ermənistanın keçmiş Milli Məclis üzvü Arman Abovyan "nsn.fm"ə müsahibəsində viza rejiminin tətbiqinin mümkün risklərini açıqlayıb. "Əgər iqtisadi əlaqələrin dağılmasından sonra turis

11:03 144
.

Azərbaycanda xəyanətə görə təzminat: Məbləğ necə müəyyənləşəcək? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda həyat yoldaşının xəyanətinə görə mənəvi təzminat tələb etmək artıq hüquqi müstəvidə mümkün olan məsələlərdən biridir. Ali Məhkəmənin Plenumunun 24 dekabr 2025-ci il tarixli qərarı ilə şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası ilə bağlı məhkəmə təcrübəsinə yeni yanaşmala

11:30 256
.

Rusiya ilə Ermənistan arasında gərginlik dərinləşir - Ekspertdən Paşinyanla bağlı açıqlama

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksandr Kamkin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri pozmaq üçün əlindən gələni etdiyini bildirib. xəbər verir ki, -ya açıqlama verən Kamkin Rusiya-Ermənistan münasibətlərini

13:32 115
.

"Uşağı dərsə məcbur etmək yox, öyrənməyə həvəsləndirmək lazımdır" - Təranə Paşayeva ilə MÜSAHİBƏ

Psixoloq Təranə Paşayeva: "Uşağın təhsilə marağı qiymətdən daha böyük məqsəddir". Yeni tədris ili ilə birlikdə valideynləri düşündürən əsas məsələlərdən biri uşaqların dərsə və ümumilikdə təhsilə marağının necə artırılmasıdır. Bəzi ailələrdə uşağın yüksək nəticə göstərməsi üçün ciddi nəzarə

13:22 136
.

Nyu-Yorkda məktəblilərə süni intellekt qadağası

ABŞ-nin Nyu-York şəhərində məktəblilər üçün süni intellektdən istifadə ilə bağlı yeni qaydalar tətbiq olunub. Axşam.az xəbər veirr ki, şəhərin dövlət məktəblərində 8-ci sinfə qədər şagirdlərin dərslər zamanı generativ süni intellekt alətlərindən istifadəsinə bir il müddətinə qadağa qoyulub. Qərar 2026-2027-c

06.09.2026 233
.

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs

10:20 264
.

KİV: Hakerlər Almaniya hökumətinin rabitə kanalları barədə məlumatları yayıblar

Berlin Senatının şəbəkəsini sındıran hakerlər şəhər administrasiyasının girov ödəməkdən imtina etməsindən sonra Almaniya hökumətinin fövqəladə hallar üçün nəzərdə tutulmuş rabitə kanalları barədə məlumatları açıq şəkildə yayıblar. xəbər verir ki, bu barədə "Bild" nəşrinə alman araşdırmaçı jurnalis

06.09.2026 231
.

Prezident Əziz Səncəri təltif etdi

Kimya üzrə Nobel mükafatçısı Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə gör

14:54 100
.

Argentina Malvin adalarında neft hasilatına görə sanksiyaları sərtləşdirəcək

Argentina Malvin (Folklend) adaları bölgəsində neft hasil edən müəssisələrə qarşı məhdudiyyətləri sərtləşdirməyə hazırlaşır. "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Xavyer Miley bəyan edib. Dövlət başçısı vurğulayıb ki, yaxın aylarda adalarda Böyük Britaniyanın "Rockhoppe

06.09.2026 228
.