KİV: Hakerlər Almaniya hökumətinin rabitə kanalları barədə məlumatları yayıblar
Berlin Senatının şəbəkəsini sındıran hakerlər şəhər administrasiyasının girov ödəməkdən imtina etməsindən sonra Almaniya hökumətinin fövqəladə hallar üçün nəzərdə tutulmuş rabitə kanalları barədə məlumatları açıq şəkildə yayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşrinə alman araşdırmaçı jurnalist Lars Vinkelstorf məlumat verib.
Şəhər administrasiyasının dəftərxanası avqustun 17-də Senatın şəbəkəsinin ələ keçirildiyini və hökumət orqanlarının araşdırmaya başladığını açıqlayıb.
Daha sonra RBB teleradio şirkəti "Rhysida" haker qrupunun Berlin hökumətinin 2 milyon avro girov ödəməkdən imtina etməsindən sonra Senatdan oğurlanmış təxminən 1.4 milyon faylı "darknet"də yayımladığını bildirib.
"Şəbəkədə təkcə əyalət kriminal polisinin araşdırmaları ilə bağlı sənədlər deyil, həm də müharibə şəraitində fəaliyyət planları, hətta Almaniya hökumətinin dünyanın sonuna hesablanmış məxfi rabitə kanalları da yayımlanıb", - Vinkelstorf deyib.
Bundan əlavə, Almaniya hökumət orqanlarının kimyəvi, bioloji, radioloji və nüvə təhdidləri ilə bağlı olduğu ehtimal edilən qovluq da ictimaiyyətə açıqlanıb.
Qəzetin məlumatına görə, paytaxt idarələrinin əməkdaşlarının şəxsi məlumatları, o cümlədən doğum haqqında şəhadətnamələri, telefon nömrələri və ev ünvanları da internetə sızdırılıb. Bundan başqa, hakerlər "darknet"də tikinti çertyojlarını və müxtəlif fövqəladə hallar zamanı istifadə üçün təlimatları yerləşdiriblər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 761 Tarix: 06 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVahid forma məktəblərdə bərabərliyi və intizamı gücləndirəcək
"Müasir təhsil sistemində məktəbin funksiyası yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır. Məktəb eyni zamanda sosial münasibətlərin formalaşdığı, uşaqların dünyagörüşünün inkişaf etdiyi, davranış mədəniyyətinin və vətəndaş məsuliyyətinin təməlinin qoyulduğu mühüm ictimai institutdur. Bu baxımda
09.10.2026 300 Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk
İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl
09.10.2026 305 Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi
09.10.2026 441 Qol saatı üstündə qohumunu bıçaqlamışdı, bu cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Azad Əliyevin 2 il sınaq müddəti olmaqla 3 il şərti cəzaya məhkum olunmasın
09.10.2026 283 Lənkəranın 5 kəndinə dolu düşdü - Foto
Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol
10:27 191 Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu
Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus
09.10.2026 328 Şagirdlər və müəllimlər üçün vahid geyim standartları: Məqsəd və gözləntilər
"Məktəblilərin vahid məktəb formasına, müəllimlərin isə vahid geyim standartlarına keçidi təhsil sistemində müzakirə olunmağa layiq məsələlərdən biridir. Bu mövzu ilk baxışdan yalnız geyim qaydaları ilə bağlı görünsə də, əslində, məktəb mühitinin formalaşdırılması, sosial bərabərliyin qorunması
09.10.2026 232 Stiven Hokinqin süni intellektlə bağlı son xəbərdarlığı: O, bəşəriyyətdən nə istəyirdi?
Stiven Hokinq süni intellektlə bağlı xəbərdarlıq edərək bildirirdi ki, yüksək inkişaf etmiş süni intellekt özünü yenidən layihələndirə və intellekt baxımından insan təkamülünü geridə qoya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Wion" yazıb. O, tədqiqatçıları süni intellektin məqsədlərin
09.10.2026 298 Əziz Əlibəyli: Orta məktəblərə sosial ədalət tətbiq edilir
Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin
09.10.2026 352