Əfsanəvi Lionel Messi Bakıya gəlir!
Futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Alba (Jordi Alba) Bakıya gəlirlər!
Dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu – dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaq.
İştirakçılar futbol ulduzları ilə birlikdə maraqlı, unudulmaz anlar yaşayacaq, Messinin futbol həyatını və mübarizəsini əks etdirən filmi izləyə biləcək. Filmdə izləyicilərə futbol ulduzunun həyatı və karyerası ilə bağlı unikal anlar təqdim olunacaq.
Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Bakı Kristal Zalının səhnəsində dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William), məşhur "Morandi" qrupu çıxış edəcək. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.
Tədbir yalnız futbolsevərlər üçün deyil, həm də musiqi həvəskarları üçün unudulmaz anlar vəd edir. Hər kəsi bu unikal təcrübəyə qoşulmağa dəvət edirik!
Biletləri iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
Bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 931 Tarix: 04 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTənqidi qətnaməyə baxmayaraq Gürcüstan ATƏT-dən imtina etmir
Gürcüstan hökuməti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyası ilə əməkdaşlığı davam etdirəcəyini açıqlayıb. Bu qərar Gürcüstan nümayəndə heyətinin qəbul edilən tənqidi qətnaməyə etiraz olaraq iclası tərk etməsinə baxmayaraq verilib. xəbər verir ki, bu barədə TAS
11:41 116 Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Media haqqında" Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Qeyd edək ki, jurnalist vəsiqəsini
11:34 121 BƏƏ İranın Hörmüz boğazında neft tankerlərinə raket zərbələri endirdiyini, bir dənizçinin öldüyünü bildirib
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Hörmüz boğazında iki BƏƏ neft tankerinin İranın kruiz raketləri ilə vurulması nəticəsində bir Hindistan ekipaj üzvü həlak olub, səkkiz nəfər yaralanıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə strateji su yolund
10:51 117 Vüsalənin verilişi bu tarixdən yayımlanmayacaq
Aparıcı Vüsalə Əlizadə yaxın günlərdə tamaşaçılarla sağollaşacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, onun aparıcılığını etdiyi "İncə səhər" verilişi cümə günü mövsüm finalı edəcək. Vüsalə Əlizadə yeni televiziya mövsümündə yeniliklərlə tamaşaçıların görüşünə gələcək
11:56 149 Qızı əşyalarını 7-8 manatdan satır…
Mərhum türk tarixçi professor İlber Ortaylının qızı Tuna Ortaylı atasına məxsus fincan, vaza və digər müxtəlif əşyaları "WhatsApp"dakı ikinci əl satış qruplarında 200-800 lirə arasında dəyişən qiymətlərlə satışa çıxarıb. OLAY yazır ki, bu paylaşımlar gündəmə gəldikdən sonra bəzi sosial medi
12:08 139 İlham Əliyev: "Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır" - VİDEO
"Xoşbəxtlikdən, bizim daxili risklərimiz yoxdur - hətta potensial risklərimiz belə yoxdur. Bütün risklər sərhədlərimizdən kənarda yaranır. xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində rusiyalı jurnalist Mixail Qusmanın sualını cavablandırarkən deyib
13.07.2026 287 Zəkası aşağı olan insanların ən çox seçdiyi üç rəng
İnsanların sevdiyi rənglərin onların xarakteri və düşüncə tərzi haqqında müəyyən ipucları verə biləcəyi uzun illərdir psixoloqların diqqət mərkəzindədir. Son araşdırmalardan birində Cənubi Koreyanın Hanayanq Universitetinin alimləri rəng seçimləri ilə insanın koqnitiv xüsusiyyətləri arasında mümkün əlaqən
13.07.2026 328 Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...
NASA-nın məlumatına görə, Saturnun peyki Titan Yer istisna olmaqla, Günəş sistemində səthində daimi maye mövcud olan yeganə məlum səma cismidir. Ekstremal şəraitə baxmayaraq, burada Yerinkinə bənzər tam hidrologiya dövranı fəaliyyət göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "SpaceDaily"
13.07.2026 243 ABŞ ordusu İrana son hücumların başa çatdığını bildirir
ABŞ Mərkəzi Komandanlığı İrana qarşı son hücumlarını tamamladığını bildirir və bu hücumlar təxminən 30 dəqiqə əvvəl bazar ertəsi günü saat 22:15-də (Çərşənbə axşamı saat 02:15 GMT) Vaşinqtonda başa çatıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Mərkəzi Komandanlıq Komandanlığının (CENTCOM) X-də verdiy
10:16 139