Qanunsuz mərc oyunlarına görə məşhur simalar saxlanılıb
Türkiyədə qanunsuz şans oyunlarına görə məşhur simalar saxlanılıb: Azərbaycanda da oxşar vəziyyət narahatlıq doğurur
İstanbul Cumhuriyyət Prokurorluğu Türkiyədə qanunsuz şans oyunlarına təşviq edənlərə qarşı geniş əməliyyat keçirib. Məşhur müğənni Sərdar Ortaç, aparıcı Mehmet Ali Erbil və sosial media fenomenləri də daxil olmaqla 16 nəfər saxlanılıb. Öz açıqlamasında Sərdar Ortaç bu əməli ilə cəmiyyətə mənfi təsir göstərdiyini etiraf edib: "Bəlkə də fərqində olmadan insanlara pis nümunə oldum və cəmiyyətə yanlış örnək göstərdim." Bu sözlər məşhurların təsir gücünün nə qədər əhəmiyyətli olduğunu göstərir.
Qanunsuz şans oyunlarına qarşı görülən bu tədbir, Türkiyədə olduğu kimi Azərbaycanda da oxşar problemlərin mövcud olduğunu gündəmə gətirir. Azərbaycanda da bəzi məşhur simalar "1Xbet", "Mostbet", "Pin-up", "10lineloto" kimi qanunsuz şans oyunlarının reklamında iştirak edir. Aktyor Azər Aydəmir, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, eləcə də müğənnilər Damla, Elgün Hüseynov və Qumral kimi tanınmış şəxslərin sosial media vasitəsilə bu cür oyunları təbliğ etməsi, qanunsuz fəaliyyətlərə təkan verir və vətəndaşların aldanmasına şərait yaradır.
Azərbaycanda da qanunsuz şans oyunlarına qarşı mübarizə gücləndirilib və artıq bu sahədə bir sıra hüquqi tədbirlər görülüb. Ölkədə Daxili İşlər Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının apardığı əməliyyatlar nəticəsində qanunsuz şans oyun fəaliyyətində iştirak edənlər, o cümlədən belə fəaliyyətləri təşkil edən şəxslər saxlanılıb. Bir neçə ay öncə bir sıra qanunsuz şans oyunu təşkilatçıları hüquqi məsuliyyətə cəlb edilib və onların qanunsuz əməliyyatlarına son qoyulub.
Qanunsuz şans oyun operatorlarının vergidən yayınma və dövriyyəni gizlətmə halları, dövlətə ciddi maliyyə ziyanı vurmaqla yanaşı, vətəndaşlar üçün də yüksək risklər yaradır. Bu qanunsuz platformalar sosial media üzərindən dələduzluq fəaliyyətlərini davam etdirərək insanları aldatmağa çalışırlar.
Bundan əlavə, bu cür fəaliyyətlərdə məsuliyyətli oyun standartlarının olmaması, iştirakçıların sosial və psixoloji sağlamlığı üçün də problemlər yaradır.
Azərbaycanın hüquq-mühafizə orqanları isə qanunsuz şans oyunlarına qarşı mübarizə tədbirlərini gücləndirərək cəmiyyətin və dövlətin maraqlarını qorumağa davam edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 509 Tarix: 12 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İftar süfrəsi üçün maraqlı reseptlər
Axşam.az "İftar menyusu"nu təqdim edir. Tutmaç şorbası. Ərzaqlar:. 1 stəkan yaşıl mərcimək. 1 ədəd soğan. 1 stəkan qatıq. 1 yumurta. 2 x.q un. Evdə kəsilmiş ərişdə. 2 x.q kərə yağı. Quru nanə, qırmızı bibər. Duz. Hazırlanması:. Soğanı xırda doğrayıb, yağda qovurun. Mərcini və suyu töküb qaynadın
17.03.2026 253 102 yaşlı qadına 100 yaşa qədər yaşamaq arzulandı
Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendumda 102 yaşlı bir qadın iştirak edib. xarici mediaya istinadən xəbər verir ki, təqaüdçü qadının seçki məntəqəsinə gəldiyi bildirilir. Ən yaşlı seçicilərdən biri olan qadın hərarətlə qarşılanıb. Məlumata görə, seçki məntəqəsinin işçiləri ona fəal vətənda
17.03.2026 306 Cəlilabadda iki maşın toqquşdu: ölən və xəsarət alanlar var
Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın verdiyi xəbərə görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Səbran Əliyevin idarə etdiyi "Kia Rio" markalı avtomobil Kamran Quliyevin idarə etdiyi "Changan" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsind
17.03.2026 275 DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Azərbaycanda tanınmış şəxslərə və dövlət rəsmilərinə qarşı xaricdə yaşayan bloqerlərin iştirakı ilə həyata keçirilən böyük bir şantaj və qarayaxma kampaniyasının üstü açılıb. İTV-yə istinadən xəbər verir ki, bu ilin əvvəlindən başlayaraq xaricdə yaşayan bloqerlər - Mehman Hüseynov, Emin Hüseynov, Qabi
17.03.2026 683 ABŞ İrana az zənginləşdirilmiş uran tədarükü təklif edib
ABŞ İrana misli görünməmiş bir uran təklifi elan edib. Sazişdə İslam Respublikasına enerji reaktorlarında istifadə üçün yararlı, az zənginləşdirilmiş uranın pulsuz və davamlı şəkildə tədarük edilməsi nəzərdə tutulur. xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb. Məlumata görə, İranın nüv
11:20 136 Azərbaycanda ən aşağı sürətli internet provayderlər...
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Azərbaycanda sabit genişzolaqlı internet bazarı üzrə 2026-cı ilin fevral ayına dair göstəriciləri açıqlayıb. "Ookla" şirkətinin metodologiyası və "Speedtest Intelligence" məlumatları əsasında hazırlanan təhlildə provayderləri
17.03.2026 343 "Bizimləsən" və "Rəngarəng" verilişlərinin yayımı - Dayandırılır
"Azad Azərbaycan" (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub. " "a istinadən xəbər verir ki, Zaur Baxşəliyevin təqdimatında olan "Bizimləsən" və Zaur Nəbioğlunun "Rəngarəng" verilişləri efirdən çıxarılıb. Kanalın mətbuat xidmətindən məlumatı
17.03.2026 543 İsrail rəsmisi bildirib ki, gecə hücumunda İranın kəşfiyyat naziri hədəf alınıb
İsrail rəsmisinin sözlərinə görə, İsrail İranın kəşfiyyat naziri İsmayıl Xətibi ölkənin yüksək vəzifəli təhlükəsizlik rəsmisi Əli Laricaninin öldürülməsindən bir gün sonra Tehranda gecə hücumu ilə hədəfə alıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, rəsmi bildirib ki, İsrail hələ onun ölümünü təsdiqləməyib
13:14 0 "Hərə evindən bir "şunur" sallayır" - Yanğının detalları+Video
Xəbər verdiyimiz kimi, Xətai rayonu, Xocalı prospekti 29-da yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın baş verib. "Qafqazinfo"nun məlumatına görə, bina sakinləri hadisə ilə bağlı danışıblar. Həmin sakinlər arasında məşhur aktyor İlkin Həsəninin xanımı Aysel Həsəni də var. "Hər
17.03.2026 429