"Məleykə Abbaszadə çıxıb cavab verməlidir" - İmtahan narazılığı səngimir

"Məleykə Abbaszadə çıxıb cavab verməlidir" - İmtahan narazılığı səngimir"Dövlət İmtahan Mərkəzi (DİM) həmişə iddia edir ki, onlar məktəb proqramdan kənara çıxmırlar. Lakin yenə də müəyyən narazılıqlar yaranır. DİM sədri Məleykə Abbaszadə çıxıb buna aydınlıq gətirməlidir".

Bunu "Yeni Sabah" açıqlamasında sabiq deputat, təhsil məsələləri üzrə ekspert Etibar Əliyev deyib.

O bildirib ki, buraxılış imtahanlarının mart ayında keçirilməsinin əsas zərlərindən biri də şagirdlərin dərsə davamiyyətini azaltmasıdır: "Bu imtahandan sonra heç kəs məktəbə getmək istəmir".

E.Əliyev imtahanlarla bağlı əsas şikayətlərdən biri də vaxtın azlığıdır:

"Bu da təxminən bir sual üçün 3 dəqiqəyə qədər vaxt deməkdir. Bunun qarşısını almaq üçün sualların sayını azaltmaq, ya da mətnləri yügülləşdirmək olar.

O ki, qaldı çətinlik dərəcəsinə, dünyada bu məsələlər belə ajiotaja səbəb olmur. Əslində suallar sadədən mürəkkəbə doğru verilir. Lakin bu çətinlik dərəcəsi proqrama uyğun olmalıdır. Bunu isə məktəb hazırlaşdırmalıdır. Bu gün isə həmin məsuliyyət repititorlar və kursların boynuna yıxılır. Məleykə Abbaszadə də onları günahlandırır, lakin bu nə repitiorların, nə də kursların günahıdır. Onlar standart testlərlə uşaqlarda müəyyən bilgilər formalaşdırırlar".

Ekspert bu işilərin məktəbin görməli olduğunu deyib:

"Məktəbin isə buna imkanı çatmır. Dərsliklər çox bərbad vəziyyətdədir, müəllimlərin çoxu keçdikləri fənni tədris edə bilmir, dərslərə davamiyyət çox aşağıdır. Belə olan şəraitdə ən sadə sual da abituriyentə çətin gələcək. Mürəkkəb sualları da cavablandıra bilməyəcəklər. Bu isə uşaqlarda tənqidi təfəkkürü və izahetmə duyğusunu məhv edir.

Dəfələrlə demişəm, indi də deyirəm ki, bir fənni tək dərsliklərlə mənimsəmək mümkün deyil. Dərslikləri və müəllifləri nəşriyyat seçir. Onlar da qüsurlarla doludur. Çox təəssüflər olsun ki, bunların hamısı gözardı edilir. Uşaqlar da aşağı nəticə göstərəndə heç kim məktəbi qınamır. Repititorlar da qiyməti artırır, keyfiyyəti isə azaldır".

Etibar Əliyev bütün bu proseslərin əsas məntiqi əsaslandırılımasının vacibliyini vurğulayıb:

"Narazılığın qarşısını almaq üçün kütləvi şəkildə apelyasiya şikayəti vermək olar. Lakin bütün bunlardan əlavə mən hələ müəllimlərin əsaslı şikayətlərini görməmişəm. Biri çıxıb hansısa testi müzakirə edərək, fikirlərini əsalandırmır. Yalnız təhsil ekspertləri münasibət bildirir. Onların da çoxu ali məktəbi normal başa vurmayıblar. Çıxıb izah etmirlər ki, filan test proqramdan kənardır. DİM də təcrübəli bir qurumdur. İllərdir bu işi aparırlar. Bu qədər narazılıqların səbəbini isə dəqiq şəkildə araşdıran yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1079   Tarix: 17 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

00:48 258
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

03.10.2026 155
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yen

00:31 243
.

Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

03.10.2026 180
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 211
.

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind

03.10.2026 196
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

03.10.2026 255
.

Buryatiyada insanların həyatına təhlükə yaradan 330-dan çox ayı zərərsizləşdirilib

Mütəxəssislər Buryatiyada yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaradan 330-dan çox ayını zərərsizləşdiriblər. "Report" xəbər verir ki, bu barədə TASS "Burprirodnadzor"a istinadən məlumat yayıb. "İnsanlar üçün təhlükə yaradan 331 ayı zərərsizləşdirilib. Buryatiyad

03.10.2026 170
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

00:35 212
.