Bu kərə yağı ilə bağlı şok İDDİA: Tapdalanıb qablaşdırılır? - VİDEO
Ötən gün sosial şəbəkələrdə kərə yağı ilə bağlı narahatedici görüntülər yayılıb. İddialara görə, gigiyenik qaydalara zidd şəkildə qablaşdırılan bu məhsul Ukrayna istehsalı olan və Azərbaycanda da satışda olan "Tulçinka" markalı kərə yağıdır.
Milli.Az xəbər verir ki, görüntülərdə iki nəfərin böyük həcmdə yerə tökülmüş yağı ayaqları ilə tapdaladığı, daha sonra isə onu kürəklə yerdən yığaraq qablaşdırmağa çalışdığı əks olunur.
Kadrlarda hadisənin hansı müəssisədə və hansı ölkədə çəkildiyi dəqiq müəyyən edilməyib. Lakin məhsulun Azərbaycanda da geniş istifadə olunması bu görüntülərin istehlakçılar arasında ciddi narahatlıq doğurmasına səbəb olub. İctimaiyyətdə belə bir sual yaranıb: görəsən, yayılan videodakı məhsul həqiqətən də marketlərdən aldığımız yağdırmı?
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, müasir istehsal və qablaşdırma texnologiyalarını nəzərə alsaq, sözügedən video həqiqəti əks etdirmir və saxta xarakter daşıyır:
"Bu cür görüntülər bəzən istehsalçılar arasındakı rəqabətdən qaynaqlana bilər. Bazara çıxarılan hər hansı yağın bu formada istehsalı mümkün deyil. Belə bir halın hansısa ölkədə baş verməsi real görünmür".
E. Hüseynov qeyd edib ki, "Tulçinka" markalı yağlarla bağlı əsas problem məhsulun etiketində "bitki yağı qarışığı" ifadəsinin yer alması, lakin konkret olaraq hansı bitki yağından istifadə olunduğunun göstərilməməsidir. Onun sözlərinə görə, istehlakçılar bu məsələ ilə bağlı tez-tez müraciət edir:
"Biz iki il əvvəl bu barədə AQTA-ya rəsmi müraciət etmişik ki, etiketdə bitki yağının mənşəyi açıq şəkildə göstərilsin. Təəssüf ki, məsələ hələ də həllini tapmayıb".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 139 Tarix: 17 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
102 yaşlı qadına 100 yaşa qədər yaşamaq arzulandı
Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendumda 102 yaşlı bir qadın iştirak edib. xarici mediaya istinadən xəbər verir ki, təqaüdçü qadının seçki məntəqəsinə gəldiyi bildirilir. Ən yaşlı seçicilərdən biri olan qadın hərarətlə qarşılanıb. Məlumata görə, seçki məntəqəsinin işçiləri ona fəal vətənda
19:00 168 İnsanlar ora girməməlidir: Ən ölümcül virus 200 metrlik mağarada yaşayır
Keniyada yerləşən Kitum mağarası "fil mağaraları"ndan biridir. Onlara belə ad verilib, çünki fil sürüləri mağaraya daxil olaraq oradan duz "çıxarırlar". Bəzən fil ailələrinin bütün üzvləri mağaraya daxil olur, divarları dişləri ilə cızır və sonra ayırdıqları duzu yeyirlər. Qaynarinf
22:30 1 İran və İraq neft tankerlərinin boğazdan keçməsini müzakirə ediblər
İraqın neft naziri Hayan Əbdül-Qani bildirib ki , İran və İraq Hörmüz boğazından neft tankerlərinin tranzitinə icazə vermək barədə danışıqlar aparırlar. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, bu barədə ölkənin dövlət xəbər agentliyi olan İraq xəbər agentliyi məlumat yayıb. Müharibə və boğazı
12:21 243 Polis rəisi maşınında ölü tapıldı
Təhlükəsizlik Baş İdarəsinin Terrorla Mübarizə İdarəsində çalışan polis rəisi Birson Ergene Ankarada boş bir sahədə ölü tapılıb. -ın Türkiyə mediasına istinadən məlumatına görə, o, intihar etməzdən əvvəl məktub yazıb. 34 yaşlı polis rəisi Ankarada boş bir sahədə avtomobilinin içərisində ölü tapılıb
19:15 225 DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Azərbaycanda tanınmış şəxslərə və dövlət rəsmilərinə qarşı xaricdə yaşayan bloqerlərin iştirakı ilə həyata keçirilən böyük bir şantaj və qarayaxma kampaniyasının üstü açılıb. İTV-yə istinadən xəbər verir ki, bu ilin əvvəlindən başlayaraq xaricdə yaşayan bloqerlər - Mehman Hüseynov, Emin Hüseynov, Qabi
21:39 144 İsrail İranın 3 şəhərində infrastruktur obyektlərinə zərbə endirdiyini bildirib
İsrail ordusu bazar ertəsi günü Tehran, Şiraz və Təbrizdə infrastruktura qarşı "birləşmiş zərbələr dalğası" keçirdiyini bildirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, hərbçilər bildirirlər ki, Tehrana endirilən zərbələr komanda mərkəzlərinə, buraxılış məntəqələrinə və hava hücumunda
12:35 229 Cəlilabadda iki maşın toqquşdu: ölən və xəsarət alanlar var
Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın verdiyi xəbərə görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Səbran Əliyevin idarə etdiyi "Kia Rio" markalı avtomobil Kamran Quliyevin idarə etdiyi "Changan" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsind
18:15 165 Rasim Balayevdən sevindirici xəbər: "Bakıya qayıdır"
Hazırda Türkiyədə müalicə olunan Xalq artisti Rasim Balayev yaxın günlərdə Bakıya dönəcək. Bunu Qaynarinfo-ya açıqlamasında nəğməkar şair Baba Vəziroğlu deyib. Şair aktyorun səhhətində böyük irəliləyiş olduğunu vurğulayıb:. "Müalicə artıq yekunlaşır, vəziyyəti çox yaxşıdır. Ayaqları açılıb, yerim
11:20 241 Bir bankda faiz 10-12, digərində 25-30: Kredit faizləri niyə FƏRQLİDİR?
Vətəndaşların bank kreditlərinə müraciəti mütəmadi davam edir. Lakin bankların təklif etdiyi kredit faizləri fərqlənir. Bəs buna səbəb nədir? . xəbər verir ki, bankların kredit faizləri bir neçə əsas amilə görə formalaşır. Bura bankın maliyyə resurslarının dəyəri, risk səviyyəsi, krediti növü və müddəti
21:15 94