Regionda Gərginlik Artır: Körfəz Ölkələri Niyə Müharibəyə Qoşulmur? - POLİTOLOQDAN AÇIQLAMA

Regionda Gərginlik Artır: Körfəz Ölkələri Niyə Müharibəyə Qoşulmur? - POLİTOLOQDAN AÇIQLAMAYaxın Şərqdə gərginliyin sürətlə artdığı bir vaxtda, İsrail mediasında yayılan məlumatlar diqqət çəkən məqamları üzə çıxarır. Son xəbərlərə görə, hədəfə alınan İran rəsmiləri siyahısında bəzi yüksək vəzifəli şəxslərin adları yer alsa da, prezident Məsud Pezeşkianın bu siyahıda olmaması müxtəlif suallar doğurur. Bu isə müharibənin yalnız hərbi deyil, həm də siyasi və strateji çalarlarının olduğunu göstərir. Digər tərəfdən, münaqişənin genişlənməsi fonunda İranın Körfəz ölkələrinə yönələn hücumları regionda ciddi narahatlıq yaratsa da, həmin dövlətlərin açıq şəkildə müharibəyə qoşulmamaq mövqeyi diqqətdən yayınmır. Məlumatlara görə, İran tərəfindən müxtəlif hücumlara baxmayaraq, bu ölkələr daha çox gərginliyin azaldılmasına çalışır və münaqişədən kənarda qalmağa üstünlük verir.

Hətta rəsmi Tehran da bəzi hallarda qonşu ölkələrə qarşı hücumları dayandırmağa hazır olduğunu bildirib ki, bu da müharibənin daha geniş miqyas almasının qarşısını almağa yönəlmiş addım kimi qiymətləndirilir. Bütün bunlar fonunda ortaya çıxan əsas sual budur: region ölkələrinin bu ehtiyatlı mövqeyi strateji hesablanmış siyasətdirmi, yoxsa artan təhlükə qarşısında ehtiyatlı davranış - yəni qorxu faktorunun nəticəsidir? Bu sual ətrafında müzakirələr getdikcə daha da aktuallaşır.
Regionda Gərginlik Artır: Körfəz Ölkələri Niyə Müharibəyə Qoşulmur? - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, ilk növbədə onu qeyd edək ki, İsrail tərəfdən İran ərazisində vurulacaq hədəflərlə bağlı öncədən məlumatın paylaşılması və həmin bölgədə yaşayan insanlara xəbərdarlıq edilməsi onu deməyə əsas verir ki, İsrail həm İranla davam edən müharibədə müəyyən bir taktiki dəyişiklik nümayiş etdirir, eyni zamanda əsas strateji hədəf olan rejim dəyişikliyi ilə bağlıda konkret mesaj verməyə çalışır. Taktiki dəyişikliyin əsas mahiyyəti ondan ibarətdir ki, müharibənin ilk günlərində məhz məktəbin hədəfə alınması və bu istiqamətdə İran rəsmiləri tərəfindən davamlı olaraq beynəlxalq platformalarda İsrailə qarşı səsləndirilən tənqidlər və arqumentlərlə əsaslandırılmış mövqeyin nümayiş etdirilməsi, yəni beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının aydın ifadə edilməsi düşünürəm ki, İsrailin hərbi əməliyyatların gedişatında beynəlxalq humanitar hüququn norma və prinsiplərinə əməl edən mövqe nümayiş etdirməsi təssüratı yaradan əsas taktiki dəyişiklikdir. Digər bir istiqamətdə İsrail həm İran xalqına, həmdə dünya ictimayyətinə göstərməyə çalışır ki, onun əsas hədəfi rejim dəyişikliyidir. Yəni rejimlə bağlı problemlərin həll olunmasıdır. İran xalqının həyat və təhlükəsizliyi İsrail üçün önəmlidir. Hər hansı bir formada mülki hədəflər bu gün İsrail dövlətinin əsas strateji yanaşmalarında yoxdur və konkret olaraq daha öncədən onların həmin əraziləri tərk etməsi ilə bağlı xəbərdarlıqlar səsləndirilir. Qarşılıqlı olaraq İran tərəfindəndə Körfəz ölkələrinə münasibətdə həyata keçirilmiş hücumların nəticəsində mülki vətəndaşların həyatını itirməsi və kifayət qədər çox mülki hədəflərin seçilməsi onu deməyə əsas verir ki, hər iki tərəf beynəlxalq hüquq normalarını və beynəlxalq humanitar hüququn bütün prinsiplərini kobud şəkildə pozur və heç bir halda bu prinsiplərin pozulması ümumilikdə dünya ictimayyəti tərəfindən qəbul edilməməlidir. Onun sözlərinə görə, hər iki tərəfə münasibətdə bununla bağlı konkret mövqeyin nümayiş etdirilməsi və qətiyyətli yanaşmanın ortaya qoyulması insanların təhlükəsizliyi və həyatı üçün ən əsas prioritet istiqamət formalaşdırmalıdır: "Amma çox təssüflər olsun ki, biz beynəlxalq hüquq normalarının ardıcıl şəkildə pozulduğu bir beynəlxalq münasibətlər sistemini müşahidə edirik və ona görədə indiki məqamda bu istiqamətdə səsləndirilən fikirlər hər hansısa bir formada hüquqi əsas yaratmaqdan daha çox informasiya müharibəsinin bir tərkib hissəsi olaraq istifadə olunur və qarşılıqlı olaraq təsir mexanizmlərindən maksimum dərəcədə istifadə etməyə çalışırlar. Pezeşkian həm ABŞ, həmdə İsrail üçün əməkdaşlıq edilə biləcək İran lideri obrazını formalaşdırır. Xüsusi ilədə onu nəzərə alsaq ki, nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsi ilə bağlı müharibədən öncəki mərhələdə kifayət qədər konstruktiv mövqe nümayiş etdirmişdi. Eyni zamanda etirazçılarla danışıqların davam etdirilməsi istiqamətində konkret və aydın yanaşmaları var idi. Həmçinin müharibədən sonrakı mərhələdə Körfəz ölkələrinin, Türkiyənin və Azərbaycanın hədəf alınmasından sonra Pezeşkian tərəfindən konkret açıq şəkildə üzr istənilməsi və qonşu dövlətlərlə münasibətlərin gərginləşməsinin heç bir halda onların hədəfi olmadığını, bütün dövlətlərlə münasibətlərin əməkdaşlıq çərçivəsində inkişaf etdirmək niyyətində olduqlarını ifadə etməsi həm ABŞ, həmdə İsrail üçün onu təhdid yarada biləcək bir lider kimi görməməyə əsas verir.

Xüsusi ilədə Pezeşkian və Əraqçinin bəyanatları bu istiqamətdə kifayət qədər konstruktivdir. Ona görədə düşünmürəm ki, indiki məqamda onun həyatı üçün ciddi təhükə olsun. Amma təbiiki buda istisna edilmir. Yəni hər bir halda İran ərazisində rəsmi mövqeydə olan istənilən şəxsin həyat və təhlükəsizliyi ilə bağlı konkret bir fikir ifadə etmək və ya hər hansısa bir formada belə bir zəmanətin olduğunu ifadə etmək doğru olmaz. Düşünürəm ki, Körfəz ölkələri heç bir halda hərbi əməliyyatların bir tərkib hissəsi olmaq istəmirlər. Xüsusi ilədə Fələstin-İsrail müharibəsi fonunda tarixi təcrübədən irəli gələn yanaşmaları nəzərə alsaq, indiki məqamda heç bir halda İranla ola biləcək müharibədə hər iki tərəfdən hər hansısa bir formada təmsil olunmaq onların maraqların uyğun deyil.

Sadəcə olaraq özlərinin təhlükəsizliyi strateji hədəfləri ilə bağlı təhdid olduğu halda cavab vermək hüquqlarını özlərində saxladıqlarını və bu istiqamətdə lazım olduğu məqamda konkret qərarın ifadə olunacağını, bir çox istiqamətdə rəsmilər tərəfindən ifadə edildiyini müşahidə etmişik. Amma maksimum dərəcədə proseslərin nəzarət altında saxlanılması və heç bir halda Körfəz ölkələrinin hər hansısa birinin müharibənin iştirakçısına çevrilməməsi onlar üçün əsas strateji hədəflərdən biridir və ona görədə çalışırlar ki, ola biləcək bütün provokasiyalara, yada onların müharibəyə cəlb olunması fonunda hərbi əməliyyatların arealının genişləndirilməsi cəhdlərinə qarşı mübarizə aparsınlar və qısa müddətdə hərbi əməliyyatlar dayandırılsın. Ən azından danışıqlar prosesi mərhələsinə keçid edilsin".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 983   Tarix: 17 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

00:11 207
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

00:51 195
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

00:29 226
.

"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı

Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind

03.10.2026 201
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

03.10.2026 207
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 236
.

İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar

11:10 123
.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

11:30 98
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

11:07 129
.