"Bizimləsən" və "Rəngarəng"in Yerinə ATV-də Hansı Verilişlər Gələcək? - TELEKANALDAN AÇIQLAMA - ÖZƏL
"Azad Azərbaycan" (ATV) telekanalında iki məşhur verilişin qəfil efirdən çıxarılması televiziya məkanında yeni müzakirə dalğası yaradıb. Kanal rəhbərliyinin qərarı ilə Bizimləsən və Rəngarəng layihələrinin yayımı dayandırılıb. Məlumat rəsmi şəkildə təsdiqlənsə də, bu addımın arxasında duran səbəblər və gələcək planlar hələ də açıq qalır. Əsas sual isə bundan sonra nə baş verəcəyidir: bağlanan verilişlərin yerini hansı formatda layihələr tutacaq? ATV yeni və fərqli məzmun strategiyasına keçirmi, yoxsa bu sadəcə proqram şəbəkəsində texniki dəyişiklikdir?
Eyni zamanda, digər verilişlərin də efirdən çıxarılması gözlənilirmi? Mövzu yalnız proqramlarla məhdudlaşmır. Tamaşaçıları düşündürən digər məqam isə bu layihələrin aparıcıları - Zaur Baxşəliyev və Zaur Nəbioğlu ilə bağlıdır. Onlar yeni layihələrlə yenidən ekranlara qayıdacaqlarmı, yoxsa ümumiyyətlə kanaldan uzaqlaşdırılıblar? Digər tərəfdən, yayılan məlumatlara görə, ARB TV kanalında da efir siyasətində ciddi dəyişikliklərin olacağı gözlənilir. Bu isə ümumilikdə Azərbaycan televiziya məkanında daha genişmiqyaslı yenilənmə prosesinin başladığı ehtimalını gündəmə gətirir. Bəs bu dəyişikliklər tamaşaçıya nə vəd edir - keyfiyyət artımı, yoxsa sadəcə format dəyişikliyi?
Mövzu ilə bağlı ATV kanalının mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli BiG.AZ-a açıqlamasında bildirdi ki, yayımı dayandırılan verilişlər olduqca məlumat veriləcək. Yaradıcı heyətlə rəhbərlik arasında müzakirələr davam edir. Bəs yayımı dayandırılan verilişlərin yerini hansı formatda proqramlar tutacaq? və verilişləri bağlanılan aparıcıları tamaşaçılar başqa layihələrdə görə biləcəklərmi sualına isə Ozal bəy cavab olaraq bildirdi ki, hələki rəhbərliklə yaradıcı heyət arasında müzakirələr davam edir. Əlavə informasiya olarsa ictimaiyyətə məlumat veriləcək".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1227 Tarix: 18 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999