"Dünyaca məşhur markanın siması seçilmişəm"

"Dünyaca məşhur markanın siması seçilmişəm""Çox insanlar elə düşünürlər ki, biz blogerlər durduğumuz yerdə foto çəkib, paylaşırıq. Mən izah edirəm ki, hansısa bir markanı çox istədiyim üçün onu səhifəmdə elə - belə reklam etmirəm. Bizim iş birliyimiz olur. Bunun nəticəsi olaraq bəlli bir gəlir əldə edirik. Milyonlarla izləyicisi olan xarici influenserlər bahalı avtomobil alanda yazırlar ki, halaldır, qazanır və alır. Bizdə isə dərhal yazıllar ki, bu haradandır. Necə yəni haradan? Bizim işimiz göz önündədir. Biz gecə-gündüz işləyirik. Demirəm ki, biz daş qaldırırıq və işimiz çox əziyyətlidir. Milyonlarla əziyyət çəkən insanlar var ki, bizim işimiz onların yanında çox asandı. Amma bizim işimizin ən çətin tərəfi hər cür insanlara "madur" qalmaqdır. Yəni həmin insanlar sosial şəbəkə adımızı yazıb bizə ürəyi istəyən sözü yaza bilir. Bizim işimizində bədəli də budur. Amma bu bizim öz seçimimizdir".

OLAY yazır ki, bu sözləri influenser Aynişan Quliyeva qonaq olduğu "YouTube" da yayımlan vizajist Sura Huseinə videomüsahibəsində deyib.

Aynişan bloger həyatının çətinliklərindən söz açıb:

"Heç zaman şikayət etməmişəm ki, mənə niyə belə şeylər yazıllar. Mən hansısa bir marka üçün video çəkib paylaşanda demirəm ki, mən bu qədər əziyyət çəkirəm. Bu minnəti başa düşə bilmirəm. Mən özüm üçün işləyib, özüm üçün də pul qazanıram. Mən izləyiciyə pis çıxmasın niyə minnət qoymalıyam ki, mən əziyyət çəkirəm".

Quliyeva bildirib ki, blogerlik fəaliyyətinə görə 2016-cı ildən rəsmi şəkildə dövlətə vergi ödəyir:

"Mənim çox gözəl iş birliklərim var. Hamısını da qanun çərçivəsində, rəsmi sənədlərlə edirəm. Vergisini də ödəyirəm. Keçən səfər yazıblar ki, Aynişan yalan danışır, blogerlərə vergi tətbiq edilmir. Burada yalan bir şey yoxdur. Biz 2016-ci ildən hamımız dövlətə vergi veririk. Bu isə çox yaxşıdır ki, bizim işimiz ciddiləşib və peşəkarlaşıb. Buna isə çox sevinirəm".

Aynişan dünyaca məşhur bir markanın siması seçildiyini açıqlayıb:

"Mən dünyaca məşhur bir markanın siması seçilmişəm. İllər əvvəl həmin bu marka türk influenseri Fransada defileyə çıxartmışdı. Məndə o zaman özümə dedim ki, məndə istəyirəm bu marka ilə çalışım. Amma təbii ki, heçnə yox idi. O marka mənimlə Rusiyadan əlaqə saxladı və mənimlə işləmək istədiklərini yazdılar. O marka Azərbaycandan iş birliyini ilk mənimlə qurdular. Bu il evdə, dəhlizdə gəzirdim və birdən beynimdən keçdi ki, mən bu markanın simasıyam. 10 dəqiqə keçdikdən sonra mənə mesaj gəldi ki, sizinlə işləmək istəyirik. Məndə bütün həyatım hər zaman belə olub. Qoç bürclərin enerjisi kosmosdan olur".

Qeyd edək ki, Aynişan Quliyeva Əməkdar artist Aybəniz Haşımovanın qızıdır.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1376   Tarix: 06 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20.09.2026 807
.

Yeni layihəsi bəlli oldu

"Haysiyet" serialının aktyor heyətinə yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Emin Günenç rol alacaq. O, "Ender" adlı obrazı canlandıracaq. Qeyd edək ki, Emin sonuncu dəfə "Arafta"da çəkilib

27.09.2026 197
.

Həyat yoldaşını bu sözlərlə təbrik etdi

Aktyor Taleh Yüzbəyov həyat yoldaşı, bloger Xatirə Yüzbəyovanı doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Taleh sosial media hesabında ailə fotosunu paylaşaraq həyat yoldaşına duyğusal sözlər ünvanlayıb. "Bu həyatda hamıya onunla yol yoldaşı olacaq adam lazımdır. Onunla bütü

26.09.2026 240
.

Rusiyada uşaqlara Burak adını verirlər

Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula

19.09.2026 281
.

"Alatoranlığ"ın aktyoru ata oldu

"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner ata olub. Axşam.az xəbər veirr ki, Tey Doumay adlı xanımla ailəli olan aktyorun qızı dünyaya gəlib. Cütlük övladlarına Lennon adını qoyublar. Qeyd edək ki, cütlük 2022-ci ildən evlidir

24.09.2026 340
.

ABŞ Qrenlandiyada iki yeni hərbi baza açacaq

Məsələ ilə tanış olan üç mənbənin sözlərinə görə, ABŞ çərşənbə axşamı Danimarka və Qrenlandiya ilə imzalanacaq müqavilə çərçivəsində cənubi Qrenlandiyada Soyuq Müharibə dövründən qalma hərbi bazanı bərpa etməyi və şərq sahilində hazırda Danimarka it xizək patrulunun istifadəsində olan daha bir baza qurmağ

22.09.2026 306
.

10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl

27.09.2026 492
.

Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?

Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb

13.09.2026 461
.

Afra Saraçoğlu saxlanıldı

Türkiyəli aktrisa Afra Saraçoğlu saxlanılıb. Axşam.az xəbər verir ki, aktrisa narkotik maddələrlə bağlı keçirilən əməliyyat çərçivəsində tutulub. Qeyd edək ki, daha əvvəl aktyor Aras Bulut İynemli, müğənni Seyfullah Sağır (Sefo), aktrisa Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten və keçmiş futbolç

18.09.2026 524
.