Efirdə dünyasını dəyişən atasından danışıb ağladı - Video
Əməkdar artist Qorxmaz Əlilicanzadə "Elgizlə izlə" verilində mərhum atası aktyor və rejissor Məmməd Əlilidən danışıb.
Axşam.az xəbər verir ki, atası ilə bağlı xatirələrini bölüşən aktyor efirdə ağlayıb.
"O vaxt mükafat almaq üçün siyahıda atamın adı da verilmişdi. Amma atamın adı keçmədi. Zəng edib maraqlandı, fəxri adı olmadığına görə mükafata layiq görülməmişdi. Moskvadan gəlib bir baş birinci katibin otağına girmişdilər ki, bu adama hələ də ad verməmisiniz? O ad ona veriləndən 5-6 ay sonra onu işdən çıxartdılar. Düşmənlər, gözü götürməyənlər var idi. Cəfər Cabbarlı sevməyənlər var idi, atam onun dostu idi.
Elə olmuşdu ki, anam rəhmətlik pəncərədən atama uşaq üçün dəftər al demişdi. O da əli ilə göstərib ki, haradan alım? Bilirsən ki, yoxdur. Yolda Rəsul Rza ona rast gəlib. O, atamın üzünü görəndə vəziyyəti başa düşüb. Bilir ki, neçə aydır atamı işdən çıxarıblar. Ona deyir ki, utanmırsan, nə vaxtdır səni axtarıram, məni tutdurmaq istəyirsən? Atam soruşur ki, nə olub? Deyir ki, sənə neçə aydır maaş yazdırmışam, bilirəm, işdən çıxarıblar səni. Atamın gözünə işıq gəlib. Aparıb atama 3 aylıq maaşa qol çəkdiriblər. Biz o aclığı, çətinliyi görmüşük.
Mənə gündə 1 abbası pul verirdi. Elə olurdu, verə bilmirdi. Həyatda mərd böyümüşəm, heç vaxt alçaq hərəkət etməmişəm, kiməsə pisliyim dəyməyib. Yaxşılığı Allah yolunda etmişəm. Elə bir hərəkət etməmişəm ki, arxamca desinlər ki, gəldi əclaflıq etməyə. Məni Allah yaxşılıq etmək üçün yaradıb.
4-cü kurda oxuyanda atam mənə 4 manata şalvar, 3 manata isə köynək aldı. Onu indiki cavanları 99 faizinə versən, deyərlər ki, bunu geyinmərəm. İdman ketası ilə qışda qarın üstündə piyada gedib gəlirdim. Atamın üzünə ağ olmamışam. İndi cavanlar valideyni qınayır ki, məni niyə dünyaya gətirdin? Kaş burada doğulmayaydım. Belə övlad olar? Övlad ata-ana qədri bilməz? Elə övladlara nifrət edirəm. Ata-anasına hörmət etməyən dostlarımdan bir neçəsinə buna görə küsmüşəm. Çünki ata-anasını seməyən övlad nə sevgilisini, nə dostunu sevər. O özü üçün yaşayır. Onun üşün pul hər şeydən vacibdir" deyə, Qormaz Əlili söyləyib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar
ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind
18.09.2026 458 "Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı
27.09.2026 295 Uzun illərdən sonra efirə qayıdır
Aparıcı Ceyran Rəhimova uzun fasilədən sonra efirə qayıdır. "Qafqazinfo" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Aparıcı çəkiliş meydançasından fotosunu paylaşaraq "Tezliklə" yazıb. Axşam.az-ın məlumatına görə, C.Rəhimova yeni mövsümdə Space TV-də efir
23.09.2026 416 Həmin obraz ona verilmişdi - Etirazlardan sonra dəyişiklik
Xəbər verdiyimiz kimi, aktyor Serhat Mustafa Kılıçın ölümündən sonra "Teşkilat"dakı rolu həmkarı Savaş Özdemirə həvalə edilib. Axşam.az-ın məlumatına görə, sosial media izləyiciləri yayım şirkətinin bu addımını tənqid edib və Serhatın ruhuna hörmətsizlik kimi qəbul ediblər. Onlar səhhətindək
13.09.2026 465 "Deyirlər ki, Mələkxanımın bloger qızı, amma..."
Xalq artisti Mələkxanım Eyubova bloger qızı Nəzrindən danışıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" verilişində övladının yaradıcılığından söz açıb. O bildirib ki, hər yerdə Nəzrinin onun bloger qızı kimi təqdim edirlər:. "Deyirlər ki, Mələkxanımın bloger qızı. Nəzrin hazırd
19.09.2026 292 "Ayrılıb öz ayağı üstə duran qadın qınanır"
"Yeni nəsil tam fərqli böyüyür. Amma düzgün azadlığı qəbul edib həyat qursunlar. Sosial mediadakı azadlıqdan faydalanmasınlar. Daxili seçim azadlığından faydalansalar, yaxşı olar. Mənim də layihələrim bunlardan irəli gəlir". Axşam.az xəbər verir ki, aktrisa Sevinc Əliyeva "Arxa plan"
19.09.2026 286 Vəfaya "iPhone 18 Pro Max" hədiyyə olundu, ilk paylaşımını etdi - VİDEO
Vəfa Şərifovaya "iPhone 18 Pro Max" hədiyyə olunub. Ona telefondan əlavə, hədiyyə olaraq gül və şokolad göndərilib. Müğənni həmin anları sosial media hesabında paylaşıb. O bildirib ki, telefonunu dəyişmək fikrində olmayıb. Vəfa Şərifova yeni "iPhone" modellərini ilk əldə edənlər sırasınd
27.09.2026 452 Ən çox gəlir gətirən aktyor oldu
Britaniyalı aktyor Tom Holland kino tarixinin ən çox gəlir gətirən aktyorları siyahısında birinci pilləyə yüksəlib. Axşam.az xəbər verir ki, aktyorun rol aldığı filmlərin ümumi dünya üzrə gəliri 15,48 milyard dolları keçib. Bununla Holland Zoi Saldana və Skarlett Yohanssonu geridə qoyub. Aktyorun il
19.09.2026 224 Almaxanım HƏYAT YOLDAŞI İLƏ - YENİ GÖRÜNTÜLƏRİ
Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanımın sosial mediada yeni görüntüsü yayımlanıb. Fotoda onu
20.09.2026 272