"Gənclər və idman sahəsində geniş layihələr təqdim etmək lazımdır" - Müşfiq Cəfərov

"Gənclər və idman sahəsində geniş layihələr təqdim etmək lazımdır" - Müşfiq Cəfərov"Qanunvericilik baxımından deputat 1 və ya 2 komitədə təmsil oluna bilər. Yenə də iki komitədə təmsil olunmağı planlaşdırıram və müraciət etmişəm. Ancaq bu dəfə Aqrar Siyasət yox, İqtisadi Sənaye və Sahibkarlıq komitəsində, həmçinin Gənclər və İdman komitəsində təmsil olunmağı planlaşdırmışam. Tərəfdaşlar, iş adamları ilə əlaqələrin qurulması, idmanda sponsorluq həm iqtisadiyyatı həm idmanı əhatə edir. Ona görə hesab edirəm ki,idmanın inkişafı, biznes mühütinin yaxşılaşması ölkəmiz üçün çox vacibdir".

Bu sözləri Milli Məclisin deputatı Müşfiq Cəfərov BiG.AZ-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

-Müşfiq bəy yenidən deputat seçilmisiz. Bu fəaliyyətiniz dövründə Milli Məclisdə hansı təkliflər irəli sürməyi və yeniliklər etməyi düşünürsüz?

- 6-cı çağırış dövründə 2 komitədə təmsil olunurdum: Aqrar komitəsi və Gənclər və İdman komitəsi. Hər iki komitədə çalışırdıq ki, təkliflərlə çıxış edək. 7-ci çağırış növbədənkənar namizədlər Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüldü və mən öz təşəkkürümü YAP rəhbərinə və idarə heyətinə bildirirəm. Mənə təkrar etimad göstərildi və namizədliyim irəli sürüldü. Bu dəfə namizədlik dairəm tək şəhər yox, eyni zamanda Samux rayonu və Goranboy kəndləri də oldu. İşimizi davam etdirəcəyik. İşimizi davam etdirəcəyik, xüsusilə vətəndaşlarla görüşlər keçiriləcək. Qanunvericilik baxımından deputat 1 və ya 2 komitədə təmsil oluna bilər. Yenə də iki komitədə təmsil olunmağı planlaşdırıram və müraciət etmişəm. Ancaq bu dəfə Aqrar Siyasət yox, İqtisadi Sənaye və Sahibkarlıq komitəsində, həmçinin Gənclər və İdman komitəsində təmsil olunmağı planlaşdırmışam. Təbii ki, layihələr, planlar çoxdu. Layihələr gəldikcə öz təkliflərimizi verəcəyik. Mənim idman və gənclər sahəsində daha çox təcrübəm olduğu üçün geniş layihələr təqdim etmək lazım olduğunu düşünürəm. Tərəfdaşlar, iş adamları ilə əlaqələrin qurulması, idmanda sponsorluq həm iqtisadiyyatı həm idmanı əhatə edir. Ona görə hesab edirəm ki,idmanın inkişafı, biznes mühütinin yaxşılaşması ölkəmiz üçün çox vacibdir. Buna görə də mən iki komitəni seçmişəm.7-ci çağırış müddətində seçimimi bu iki komitədə davam etdirmək niyyətindəyəm.

-Son vaxtlar Azərbaycan-Ermənistan sülh prosesində bir durğunluq müşahidə olunur. Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Bakıya COP29-a kimi sülh bağlamağı təklif edib. Bu müddətdə sülh müqaviləsinin imzalanması mümkündür?

- Biz 44 günlük müharibədən və antiterror əməliyyatlarından sonra öz təkliflərimizi vermişik. Belə desək, artıq top onlar tərəfdədir. Müəyyən məqamlarda tərəddüd nümayiş etdirirlər. Çünki görünən odur ki, Ermənistan hakimiyyətində özünə güvən yoxdur. Daha çox kənar qüvvələrin diqtəsi altında idarəetmə var. Ona görə qərralaşdıra bilmirlər ki, sülhmü istəyirlər yoxsa müharibə istəyirlər. Çünki Ermənistanın Fransa tərəfindən silahlandırılması göstərir ki, onlar heç də sülhə meylli deyillər. Bizim üçün müharibə bitib. Bir neçə gün öncə də cənab prezidentin sərəncamı ilə suverenliyimizi bütün dünyaya elan etdik. Bundan sonrakı addımlar bölgəyə sülh və əmin-amanlıq gətirməkdir. Hətta Qərbi Azərbaycanla bağlı qarşı tərəfin narahatçılığı var. Bizim müharibə edərək o torpaqlara getmək niyyətimiz yoxdur. Bizim niyyətimiz odur ki, qaçqın olaraq köçən vətəndaşlarımızın oraya qayıdışı cənab prezidentin dili ilə desək, tankla deyil, öz avtomobilləri ilə olsun. O da Ermənistanın mövcud qanunvericiliyində edəcəyi dəyişikliklərdən asılıdır.

-Ermənistan 2027-ci ilə kimi konstitusiyasında dəyişiklik planladığını bildirib. Sülh müqaviləsinin bağlanmasının 3 il ləngiməsi Azərbaycanın əleyhinə ola bilərmi?

- Bu, heç kimin xeyrinə olmayacaq. Təbii ki, inkişafdan kənarda qalan yenə Ermənistan olacaq. Bizim inkişaf yolumuz, tərəfdaşlarımız var. Necə ki, Ermənistan 30 il müəyyən layihələrdən kənarda qaldı, belə görünür ki, 2027-ci ilə kimi bunu davam etdirmək niyyətindədir.

-Ölkəmiz noyabr ayında COP29-a ev sahibliyi edəcək. Bu tədbiri Azərbaycana nə qazandıracaq?

- COP29 dünyanın ən böyük tədbiri hesab edilir. Burada 100-dən artıq liderin bir araya gəlməyi, 10minlərlə istirakçının olması ölkəyə dünyanın etibarını göstərir. Çünki təklif məhz ölkənin özündən gəlir. Bu qərar 1 il öncə verilmişdi. Tanıtım baxımından çox yaxşı imkandır. O cümlədən, yeni əlaqələr, tərəfdaşlar əldə etmək baxımından çox yaxşı imkandır. Hətta ölkə haqqında çox az məlumatı olan insanlar gəlib öz gözləri ilə ölkədəki inkişafı, reallıqları görürlər. Biz hər zaman dünyaya açıq ölkə olmuşuq. 44 günlük müharibədə cənab prezident 30-a yaxın dünya mediasına müsahibə verdi və açıq-aydın şəkildə hardan-hara gəldiyimizi açıqladı. Bizim böyük ərazimiz yoxdur, ancaq bu imkanlarla 30 ildə 15 respublika arasında ən irəlidə olan ölkələrdənik. Bu, ölkəmizin imicidir və bunu dünyaya tanıtmalıyıq. Əməkdaşlığımızı bu tədbirlərlə gücləndirməliyik.


BiG.Az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 9109   Tarix: 02 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Əgər yazıçı oxucu olmadığından şikayət edirsə problem onun özündədir" - Yazıçıdan AÇIQLAMA

Bəşəriyyətin yaratmış olduğum ən böyük kəşflərdən biri kitabdır. Təbiət, cəmiyyət və insanlar daha çox kitablar vasitəsilə əlaqələnir, formalaşır, inkişaf edir. Bəs bu gün kitabların nəşr edilməsi və oxucuların kitablara marağı qaneedicidirmi? . Mövzu ilə bağlı -a açıqlama verən yazıçı Ülviyyə Tahi

03.09.2024 9611
.

"Gənclər və idman sahəsində geniş layihələr təqdim etmək lazımdır" - Müşfiq Cəfərov

"Qanunvericilik baxımından deputat 1 və ya 2 komitədə təmsil oluna bilər. Yenə də iki komitədə təmsil olunmağı planlaşdırıram və müraciət etmişəm. Ancaq bu dəfə Aqrar Siyasət yox, İqtisadi Sənaye və Sahibkarlıq komitəsində, həmçinin Gənclər və İdman komitəsində təmsil olunmağı planlaşdırmışam. Tərəfdaşlar

02.10.2024 9108
.

"Rusiya-Azərbaycan münasibətləri dövrünün ən gərgin günlərini yaşayır" - Ceyhun Məmmədov + VİDEOMÜSAHİBƏ

"Bu gün Rusiya-Azərbaycan münasibətləri dövrünün ən gərgin günlərini yaşayır. Rusiya ilə əlaqələimiz hər zaman yüksək səviyyədə olmuşdur. Azərbaycan təyyarəsi Rusiya səmasında vurulandan sonra münasibətlər gərginləşdi. Prezident İlham Əliyevin bununla bağlı çox prinsipial və qətiyyətli mövqeyi va

14.02.2025 8358
.

"Mən bu gün də səhnəyə çıxanda həyəcan keçirirəm" - Cavidan Novruzla MÜSAHİBƏ

"Məşhur olmaq üçün atamın adından heç vaxt istifadə etməmişəm". Bu sözləri -a müsahibəsində məşhur aktyor, müğənni Cavidan Novruz deyib. Gənc aktyor izləyicilərimizə sənət yolundan, məşhurluğun müsbət və mənfi tərəflərindən, sosial şəbəkələrdə yazılan rəylərdən və şəxsi həyatından danışıb

16.06.2022 16576
.

"Dövlət qapını aça bilər, amma o qapıdan keçmək sahibkarın işidir" - İŞ ADAMI ELŞAD QOQAYEVLƏ MÜSAHİBƏ

Bir sahibkar kimi Azərbaycanın son illərdəki iqtisadi siyasətini necə qiymətləndirirsiniz? Sizcə, bu siyasətin nəticəsini hansı prizmadan dəyərləndirmək daha doğrudur?. - Məncə, bir ölkənin iqtisadi siyasətinin nəticəsini anlamağın ən doğru yollarından biri sahibkarın gözündən baxmaqdır. Çünki sahibka

29.09.2026 457
.

Aqil Acalov:"Bizdə idmana sponsorluq etmək mədəniyyəti inkişaf etməyib" -VİDEOMÜSAHİBƏ

"İdmanın inkişafı sırf dövlətdən asılı deyil. İş adamlarının üzərinə böyük məsuliyyət düşür. Təəssüf ki, bizdə idmana sponsorluq etmək mədəniyyəti bir o qədər də güclü inkişaf etməyib. İdman yarışlarının təşkil olunması üçün çox böyük məbləğ tələb olunur". Bu sözləri Azərbaycan Braziliya Ciu-Cits

25.01.2024 11226
.

Meyxanaçı yoxsa iş adamı? - Aqşin Fatehdən maraqlı AÇIQLAMALAR - VİDEOMÜSAHİBƏ

İş adamı kimi fəaliyyətini davam etdirən meyxanaçı Aqşin Fateh restoranının ikinci filialının açılışını edib. Tanınmış meyxanaçı BİG.AZ-a özəl açıqlamalar verib. Müxbirimizin suallarını cavablandıran Fateh şəxsi iş fəaliyyətindən danışaraq, meyxana aləmini tərk etmək fikrində olmadığını vurğulayıb. Dah

03.03.2022 18876
.

Azərbaycan əsgəri ilə bağlı xatirəsindən danışarkən kövrələn Reza Deqati ilə VİDEOMÜSAHİBƏ

Dünyaşöhrətli fotoqraf, hərbi müxbir Reza Deqati -ın qonağı olub. Cənubi azərbancanlı olan fotoqraf İran inqilabı zamanı göstərdiyi fəaliyyətindən, Azərbaycanın dar günlərində iştirakından, müharibə xatirələrindən danışıb. 2-ci Qarabağ müharibəsi zamanı bir əsgərlə bağlı xatirəsindən söhbət açan Rez

05.05.2022 15524
.

Qayıdışın epik səsi: Şair-publisist Şəmsi Qoca ilə müsahibə

Budəfəki müsahibimiz ədəbi aləmdə özünəməxsus dəst-xətti, tarixi köklərə bağlılığı və qələminin gücü ilə tanınan tanınmış şair-publisist, tədqiqatçı Şəmsi Qocadır. Şəmsi müəllimin yaxın vaxtlarda çapdan çıxan və geniş oxucu kütləsinin rəğbətini qazanan "Azərbaycan Ağbabadan başlayır" adlı kitab

05.06.2026 1226
.