"Döyüş meydanında artıq qisas almağın zamanı gəlib dedim"- Qazi Gündüz Əhmədov

"Döyüş meydanında artıq qisas almağın zamanı gəlib dedim"- Qazi Gündüz ƏhmədovOnlar dünyaya sağlam göz açır, sağlam böyüyürlər. Ancaq yaranan bir zərurət onların həyat planlarının və sağlamlıqlarının üzərindən xətt çəkir. O zərurət Vətəni düşməndən qorumaq və onu öz sahibinə qaytarmaqdı. Bu yolda sağlamlığından keçən igidlərimizdən biri kapitan Gündüz Əhmədovdur. 20 yanvarda anadan olduğundan bu günə kimi qəhrəmanımız heç vaxt doğum gününü qeyd etməyib. Hətta televizyaya verdiyi müsahibələrinin birində düşmənə duyduğu nifrətin elə o gündən başladığını deyib.

Uşaq vaxtından hərbiçi olmaq istəyən Gündüz Əhmmədov, böyüdüyü zaman bu arzusunu reallaşdırıb. Heydər Əliyev adı Azərbaycan Ali Hərbi məktəbinin Yer üstü artillerya ixtisasına qəbul olub. Azərbaycanın bir neçə hərbi hissəsində ixtisaslı hərbiçi kimi fəaliyyət göstərib. 2020-ci il sentyabrın 27-də o da digər yoldaşları kimi Vətən torpaqlarını qaniçən quldurlardan təmizləmək üçün döyüşə qatılıb. Və ağır döyüşlərin birində ayağından yaralanıb. Qospitalda döyüşə qatılacağı günü səbirsizliklə gözlərkən Azərbaycan Ordusunun düşmən üzərində qələbə qazandığı xəbərini alıb.

Qeyd edək ki, Gündüz Əhmədov "Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal", "Su qovuşanın azad olunmasına görə medal", "Döyüşdə fərqlənməyə görə medal" və digər mükafatların sahibidir.

Biz də bu igid qazimizlə söhbət etdik. Ona suallarımızı ünvanladıq.

"Döyüş meydanında artıq qisas almağın zamanı gəlib dedim"- Qazi Gündüz Əhmədov-Müharibə başlayanda çağırış kağızını əlinizə aldığınızda keçirdiyiniz hissləri xatırlayırsız?

-Həmin an çox qürurlandım. Müharibə olacağına inanmırdım. Düşünürdüm təlimdi, hazırlaşırıq. Döyüş meydanına girəndə bildim ki, artıq hər şey ciddidir. Qisas almağın zamanı gəlib.

-Müharibəyə hazırlıqlar, döyüş təlimləri necə gedirdi?

-Müharibəyə hazır idik. Çünki təlimlərimiz yetəri qədər güclü aparılmışdı. Gələn avtomobillər də silah-sursat və təchizatdan ibarət idi. Hər birimiz düşmən üzərinə əzmlə və təlimlər zamanı öz işini yaxşı öyrənən zabitlər, əsgərlər olaraq getdik.

-Müharibədən sizə qalan ən dəhşətli xatirə haqqında danışmağınızı isterdim.

-Döyüş gedirdi. Bizdən arxada bir qurup vardı. Ermənilər biz olan ərazini vururdular. Ərazi sıldırım qayalıqlardan ibarətdi. Bir nəfərin 300 metr dərinliyi olan qayadan yıxıldığını gördüm. Həmin sıldırımdan düşənin aşağından yardım edin deməyini eşitdim. Bir təhər həmin sıldırımdan aşağı düşüdüm. Ərazi minalı olduğundan sürətlə gedə bilmirdim. Axırda həmin yaralını tapdım. Sol əli qırılmışdı. Üstünə sıldırım qayalıqların torpağı düşmüşdü. Təmizlədim. Silahı düşmüşdü, tapdım. Sıldırımdan kürəyimə alıb çıxardım. Haqqında danışdığım bu şəxs tank əleyhinə tağımın komandiri baş leytenant Quliyev Rauf idi. Könüllü gəlmişdi. İndi sağdı, evində xoşbəxt yaşayır.

-Ən ağır döyüşlər hansı ərazilərdə gedirdi və iştirak edirdinizmi?

-Bildiyiniz kim müxtəlif bölgərədə ağır döyüşlər gedib. Qəhrəman əsgərimiz qanı, canı bahasına torpağımızı düşməndən alıb. Mən isə döyüşlərin ən qızğın nöqtəsi, ən çox şəhidimizin olduğu Suqovuşan döyüşlərində olmuşam. Bütün əməliyyatlarda iştirak edib, yaralandığım günə qədər vuruşmuşam.

-Müharibə dəhşətləri döyüş əsnasında səndə tərəddüd yaratdımı?

-Xeyir, tərəddüt yaratmadı. Biz haqlı davamızda qalib gələk deyə vuruşurduq.

"Döyüş meydanında artıq qisas almağın zamanı gəlib dedim"- Qazi Gündüz Əhmədov-Ən böyük cəsarət qorxaqlıqdan başlayır. 44 gün ərzində çox qorxduğunuz an oldumu?

-Kimsə deyirsə müharibədə qorxmadım, bu tamamı ilə yalandı. Qorxduğum anlar olub ama bu fikiri başımdan çıxarmışam. Özüm-özümə hər dəqiqə hər şey yaxşı olacaq deyirdim. Elə də oldu.

-Müharibənin dəhşətləri və problemləri var. Sizcə dəhşət nədə idi, problem nədə?

Müharibənin dəhşəti neçə-neçə igid zabitlərimizi, əsgərlərimizi itirməyimizdir. Ən böyük problem ərazini tanımamağımız idi. Bu da ərazidə sürətlə hərəkətimizi ləngidirdi.

-Müharibə hər zaman qorxunc və dəhşətli olub. Siz o dəhşətin arasında bu qədər həyat eşqini hardan aldınız?

-Müharibə dəhşətlidir, düzdür. Mənim bir oğlum var. Adı Elaydır. Sağ qalsam gəlib onu görəcəm fikiri məni hər zaman ruhlandırıb. Oğlumun gülüşünü xatırlamaq mənə həyat eşqi bəxş edib.

-Bu gün dövlətimiz qazilərimizi diqqətdə saxlayır. Bu baxımdan xalqımızdan və dövlətimizdən qazandığınız ən böyük imtiyazınız nə olub?

-Mən dövlətimin mənə qarşı diqqətindən, qayğısından razıyam. Bir qazi olaraq dövlət məni nə ilə təmin etməli idisə, hər birini edib. Buna görə də bir vətəndaş kimi həm xalqımın, həm də dövlətimin ixtiyarındayam. Ali Baş Komandanımız Cənab İlham Əliyəvə təşəkkür etmək istəyirəm ki, bizə qələbə qazanmaq, torpaqlarımızı azad etmək kimi qüruru yaşamaq şansı verdi. Sualınıza gəlincəsə, ən böyük imtiyazım xalqımın mənə olan sevgisi və hörmətidir.

"Döyüş meydanında artıq qisas almağın zamanı gəlib dedim"- Qazi Gündüz ƏhmədovNuray Nəzərova


BiG.Az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 9751   Tarix: 01 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ

Azərbaycanda ən uzunömürlü komediya serialının baş qəhrəmanı, adı çəkilən kimi tamaşaçıların üzündə gülüş yaranan, tanınmış aktyor Elməddin Cəfərov -ın qonağı olub. Aktyorla olan səmimi müsahibəni təqdim edirik:. Bir müsahibənizdə "Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm"

30.01.2020 3689
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlük

12.02.2020 5023
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

TOP MP3