Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
Müğənnilərin toy qiymətləri yenə müzakirə olunur. Xüsusən də Məhərrəmlikdən sonra toylara dəvət ediləcək müğənnilərin qiyməti maraqlı olur.
BiG.AZ xəbər verir ki, "Cebheinfo.az" şou biznes ulduzlarının son toy qiymətlərini araşdırıb.
Bəlli olub ki, toy bazarında istənilən qiymətə oxuyan müğənnilər var. 50-100 manatdan başlayaraq 10, hətta 20 minə toy idarə edən müğənnilər var. Mügənnilərin qiyməti adətən onun reytinqinə və statusuna görə dəyişir.
Əsasən yarım saatda 4-5 mahnı ifa edən müğənnilərə qiymət daha əlçatan olduğu üçün müraciət edilir. Amma toyu əvvəldən-axıra qədər idarə edən müğənnilər ansambl, aparıcı, rəqs qrupu və ümumi şou-proqramın xərclərini də əlavə edir və bu, daha baha başa gəlir.
Müğənni Nadir Qafarzadə "Cebheinfo.az" açıqlamasında deyib ki, o, bütün toyu idarə etmək üçün 10 min manat istəyir:
"Ortaq qiymətə razılığa gəlirəm. Şadlıq evində toy başlayandan bitənə qədər məclisi peşəkarcasına idarə edirəm. Mənim idarə elədiyim toyda bayağı musiqilərdən söhbət gedə bilməz. Bəzən qonaqlar mənim ifamı, üslübumu birmənalı qarşılamırlar ki, niyə bu mahnını ifa etmirsiniz? Amma mən hər dəfə onlara demişəm ki, yalnız öz üslubuma uyğun olaraq ifa edirəm".
Başqa bir mügənni- Luna Əliyeva adı ilə tanınan Aygün Səfərliyevanın prodüseri bildirib ki, o, toylara razılaşma yolu ilə gedir:
"Luna xanım daha çox bölgələrdə toylara dəvət olunur. Qiymət isə razılaşma yolu ilə müəyyən olunur. Normal halda bölgələrdə toy şənlikləri olduqda qiymət 2000-3000 arası dəyişir. Amma Bakıya yaxın ərazilərdə olduqda daha münasib qiymətə razılaşmaq olur".
Digər məşhur mügənnilərin yarım saatlıq, həm də bütöv toy qiymətləri təxminən 1000-20 min arası dəyişir:
Vasif Məhərrəmli - 2500 - 10 000 AZN
Sevda Yəhyayeva - 3000 - 9000 AZN
Manaf Ağayev - 3000 - 6000 AZN
Brilliant Dadaşova - 7000 - 20 000 AZN
Tünzalə Ağayeva - 4000 - 15 000 AZN
Zamiq - 3500 AZN - 4000 - 10 000 AZN
Aygün Kazımova - 5000 - 10 000 AZN
Zülfiyyə Xanbabayeva - 4500 - 5000 AZN
Xumar Qədimova - 4000 - 5000 AZN
Elton Hüseynəliyev - 3500 - 4000 AZN
Miri Yusif - 8000 - 10 000 AZN
Nigar Camal - 3500 - 4000 AZN
Günay İbrahimli - 3500 AZN.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVəfaya "iPhone 18 Pro Max" hədiyyə olundu, ilk paylaşımını etdi - VİDEO
Vəfa Şərifovaya "iPhone 18 Pro Max" hədiyyə olunub. Ona telefondan əlavə, hədiyyə olaraq gül və şokolad göndərilib. Müğənni həmin anları sosial media hesabında paylaşıb. O bildirib ki, telefonunu dəyişmək fikrində olmayıb. Vəfa Şərifova yeni "iPhone" modellərini ilk əldə edənlər sırasınd
27.09.2026 452 Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"
20.09.2026 822 Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb
Gürcüstanda uşaq bağçalarında baş verən zəhərlənmə səbəbindən 100-dən çox azyaşlı xəstəxanaya yerləşdirilib. ölkənin birinci kanalına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Mixeil Sarcveladze məlumat yayıb. Nazir qeyd edib ki, qeydə alınan halların heç birində hər hansı bir fəsad və ya ciddi təhlük
19.09.2026 243 Hakan Sabancı Bakıda
Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl
25.09.2026 320 Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO
Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib
19.09.2026 297 3 il aradan sonra seriala çəkilir
Türkiyəli aktyor Tolqahan Sayışman uzun aradan sonra kamera qarşısına keçəcək. Axşam.az xəbər verir ki, aktyor "Ölüm bizi ayırana dek" serialında baş rolu ifa edəcək. O, "Uygar Soykan" adlı inşaat mühəndisinə həyat verəcək. Ekran işi 10 bölümdən ibarət olacaq. Qeyd edək ki, Tolqaha
19.09.2026 266 Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə
20.09.2026 300 Gülay Zeynallı tanınmaz halda - ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI
Müğənni Gülay Zeynallının yeni görünüşü diqqət çəkib. Onun fərqli obrazda çəkdirdiyi fotolar sosial şəbəkədə maraqla qarşılanıb. Müğənninin yeni saç düzümü və makiyajı izləyicilərin diqqətindən yayınmayıb. Gülayın əvvəlki görünüşlərindən fərqlənən stili müzakirələrə səbəb olub. Bəzi izləyicilər Zeynallın
19.09.2026 552 ABŞ Qrenlandiyada iki yeni hərbi baza açacaq
Məsələ ilə tanış olan üç mənbənin sözlərinə görə, ABŞ çərşənbə axşamı Danimarka və Qrenlandiya ilə imzalanacaq müqavilə çərçivəsində cənubi Qrenlandiyada Soyuq Müharibə dövründən qalma hərbi bazanı bərpa etməyi və şərq sahilində hazırda Danimarka it xizək patrulunun istifadəsində olan daha bir baza qurmağ
22.09.2026 306