Qarabağ Universitetinin İLK TƏLƏBƏSİ: "İzaholunmaz dərəcədə qürurvericidir"

Qarabağ Universitetinin İLK TƏLƏBƏSİ: "İzaholunmaz dərəcədə qürurvericidir"Qarabağ Universitetinə qəbul olunan ilk tələbə "Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı"na layiq görülən Atilla Muradlıdır. Ağdaşdan olan 17 yaşlı Atilla Muradlı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müsabiqədənkənar qaydada, yüksək göstəriciləri ilə Qarabağ Universitetinə qəbul olan ilk tələbə kimi öz adından bəhs etdirib.

Oxu.Az-ın əməkdaşı Atilla Muradlının təəssüratlarını öyrənmək üçün onunla əlaqə saxlayıb.

O bildirib ki, Qarabağ Universitetində təhsil almaq istəyi və qərarı özünə aiddir:

"Bu, mənim üçün böyük fəxrdir. 30 ildən sonra Prezidentimizin uzaqgörən siyasəti və rəhbərliyi ilə şəhidlərimizin qanı-canı hesabına alınan Qarabağda yaradılan universitetdə təhsil almaq, izaholunmaz dərəcədə qürurvericidir. Bundan əlavə, özüm də Qarabağımızın doğma təbiətinə, havasına, suyuna heyran biriyəm. Allah Ali Baş Komandanımıza uzun ömür versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin. Onların sayəsində biz gedib doğma torpaqlarımızda rahat təhsil ala biləcəyik. Qarabağ Universitetinə qəbul edilən ilk tələbə olmaq çox gözəldir.

Universiteti bitirdikdən sonra çox istərdim ki, Qarabağımızı abadlaşdırmaq üçün yeni layihələr təklif edim, inkişafı üçün əlimdən gələni edim".

Atillanın atası Ehtiram Muradlı da sevincinin hüdudunun olmadığını dilə gətirib:

"Mən həmişə demişəm ki, Prezidentimiz hara, biz də ora. Dövlət başçımızın yaratdığı perspektivli universitetin tələbəsi olmaq şərəfinə övladım nail oldu. Atillanın çoxsaylı mükafatları olduğu üçün Nazirlər Kabinetinin qərarına uyğun olaraq müsabiqədənkənar Qarabağ Universitetinə daxil oldu. Övladımın Xankəndidə təhsil alması valideyn və vətəndaş kimi bizim üçün ikiqat önəm daşıyır. Bu hadisənin mənəvi dəyəri böyükdür. Övladlarımızın istəklərinə heç vaxt qarışmamışıq, öz seçimidir, bizim də ürəyimizdən oldu".

Qeyd edək ki, A.Muradlı qəbul imtahanlarında yüksək nəticə (519.2 bal) göstərərək Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istəyir.

O, Mingəçevir şəhər 20 saylı tam orta məktəbin məzunudur. A. Muradlı Lütfizadə adına Respublika məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika Astronomiya olimpiadası, Fizika fənni üzrə Respublika fənn olimpiadalarının qalibi və mükafatçısıdır.
Elm və təhsil nazirinin müvafiq əmri ilə "Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı"na layiq görülüb.

A.Muradlı 17-27 avqust 2024-cü il tarixində Braziliyada keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasında ölkəmizi təmsil edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1223   Tarix: 12 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bağırsaq xəstəliyinin izləri 10 il əvvəl üzə çıxa bilər

Bəzi xroniki bağırsaq xəstəliklərinin ilkin əlamətləri diaqnoz qoyulmazdan illər əvvəl qanda özünü göstərə bilər. Yeni araşdırma bu xəstəliklərin daha erkən aşkarlanması və gələcəkdə ağırlaşmaların qarşısının alınması üçün ümid yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "The Guardian"

19.10.2026 288
.

Süni intellekt xəstələrə beyinləri ilə bağlı suallara cavab verə biləcək

Süni intellekt texnologiyası tibbdə yeni imkanlar yaradır. ABŞ-da Pensilvaniya Universitetinin alimləri pasiyentlərə tibbi cihazlarla mobil telefon vasitəsilə ünsiyyət qurmağa, sağlamlıq göstəriciləri barədə məlumat almağa və vəziyyətlərindəki dəyişiklikləri daha yaxşı anlamağa imkan verən sistem hazırlayıblar

19.10.2026 247
.

Soyuducunun üzərinə maqnit yapışdırılması təhlükəlidir?

Soyuducuların üzərinə yapışdırılan maqnitlər çox məşhur suvenirlərdir. İnsanlar onları adətən səfərlərdən gətirir və ya xatirə kimi hədiyyə alırlar. Lakin bəzi hallarda bu maqnitlərin müəyyən soyuducu modellərinin işinə təsir göstərə biləcəyi bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bel

19.10.2026 328
.

Həkimlikdən nazir postuna...

Xəbər verdiyimiz kimi, Anar Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" yeni nazirin dosyesini təqdim edir:. Yeni təyin olunan nazir Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. A.Bayramo

19.10.2026 482
.

Payızda xəstələnməmək üçün bunları EDİN - Həkimdən tövsiyələr

Fəsil dəyişikliyi, xüsusilə payızın gəlişi ilə havanın temperaturunda baş verən tez-tez dəyişikliklər insan sağlamlığına təsirsiz ötüşmür. Temperaturun dəyişməsi, soyuq havaların başlaması və mövsümi allergenlər bəzi insanlarda müxtəlif sağlamlıq problemlərinin yaranmasına və ya mövcud xəstəlikləri

19.10.2026 380
.

Kosmosda doğulan uşağın başına nə gələcək: alimlərin izahı

NASA Marsa missiyalar planlaşdırdığı bir vaxtda alimlər Yer kürəsindən kənarda uşağın dünyaya gəlməsinin mümkünlüyünü və bunun hansı nəticələrə səbəb ola biləcəyini araşdırırlar. Marsa uçuş planları getdikcə reallığa çevrildikcə insan orqanizminin kosmos şəraitində necə fəaliyyət göstərəcəyi ilə bağl

19.10.2026 373
.

Prezident onları təltif etdi - Siyahı

Azərbaycan energetikləri təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:. 2-ci dərəcəli "Əmək" ordeni ilə. Quliye

19.10.2026 390
.

"Heç kimin inancımı sorğulamağa haqqı yoxdur"

Türkiyədə məşhurlaşan aktrisa Nəsrin Cavadzadə son günlər sosial mediada haqqında yazılanlara münasibət bildirib. Axşam.az xəbər verir ki, aktrisa Azərbaycanda vahid məktəbli forması ilə bağlı paylaşıma dəstək olduqdan sonra ünvanına yazılan tənqidlərə etiraz edib:. "Son günlər sosial şəbəkələrd

19.10.2026 424
.

Payızda bu qidaları süfrənizdən əskik etməyin - Ürəyə faydalıdır

Payız mövsümündə yetişən meyvə və tərəvəzlər yalnız süfrələrə rəng qatmaqla kifayətlənmir, həm də orqanizmin ehtiyac duyduğu bir sıra vacib qida maddələrini təmin edir. Bəzi məhsullar lif, kalium, antioksidantlar və faydalı yağlarla zəngin olduğundan ürək-damar sağlamlığının qorunmasına dəstək verə bilər

19.10.2026 408
.