"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir.
Sərnişinlərin sözlərinə görə, "Xaliq Faiqoğlu" şirkətinə məxsus sözügedən avtobus dünən sürətli hərəkət etdiyinə görə cərimələnib. İddialara görə, bundan sonra marşrut sanki insanlardan "küsüb".
Dayanacaqlarda bir saata yaxın avtobus gözləyən insanlar haqlı olaraq sual edirlər: bu gecikmələrin səbəbi nədir? Sürücüdən vəziyyətlə bağlı soruşduqda isə onlara "Az qalıb, birdəfəlik bağlanacaq" cavabı verilir.
Bəs sərnişinlərin günahı nədir? İnsanlar işə, dərsə, vacib görüşlərə vaxtında çatmaq üçün niyə saatlarla dayanacaqda gözləməli, üstəlik, bu cür cavablarla qarşılaşmalıdırlar? İctimai nəqliyyatın əsas vəzifəsi vətəndaşlara xidmət göstərmək deyilmi? Bir marşrutun fəaliyyəti ilə bağlı yaranan problemə görə əziyyət çəkən yenə də gündəlik həyatını avtobusdan asılı şəkildə quran insanlar olmamalıdır.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanladıq.
"Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev BiG.AZ-a açıqlamasında bildirib ki, 9 saylı müntəzəm marşrut xəttində hazırda 12 avtobus sərnişinlərə xidmət göstərir:
"Nəqliyyat vasitələrindən 6-sı iritutumlu, digər 6-sı isə orta tutumludur. Xətt üzrə interval 10-12 dəqiqə müəyyən edilib.
Gün ərzində müşahidə edilən sıxlıq və tıxaclar, eləcə də digər məhdudiyyətlər bəzi hallarda interval pozulmalarına səbəb olur. Bu hal əsasən iş günlərində pik saatlarında müşahidə edilir. Xahiş edirik, məlumatları yayarkən şirkətin və rəsmi qurumların təqdim etdiyi rəsmi informasiyalara əsaslasınız".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 231 Tarix: 19 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakı-Ankara münasibətləri: Tarixi qardaşlıq və milli maraqların sərhədi
Türkiyə-Azərbaycan münasibətlərindəki soyuqluq, təəssüf ki, davam edir. Vəziyyəti daha da narahatedici edən isə AKP hakimiyyətinə yaxın media orqanlarının və sosial şəbəkələrdəki troll hesablarının Azərbaycan əleyhinə yalan, böhtan və qarayaxma kampaniyalarını davam etdirməsidir. Türkiyənin xarici işlə
11:24 135 Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca
18.10.2026 364 Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
Avropa ölkələri "Starlink" peyk rabitəsi sisteminin Ukraynada fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdən sonra ona alternativlərin hazırlanmasını aktivləşdiriblər. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelensk
18.10.2026 316 Məktəb direktorunun maşınının yandırılmasına görə o da həbs edildi - Video
Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı əməliyyatları davam etdirir. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, polisin keçirdiyi tədbirlərlə hadisən
11:59 68 İtaliyada kütləvi etirazlar: 60 nəfər yaralanıb
İtaliyada qiymət artımına qarşı keçirilən kütləvi etirazlar zamanı toqquşmalar baş verib, azı 60 nəfər yaralanıb. xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb. Məlumata görə, Milan və Bolonya şəhərlərində nümayişçilərlə polis arasında toqquşmalar yaşanıb. Milanda etirazçıla
10:54 156 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18.10.2026 329 Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib
İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub. xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Məlumata görə, İsrailin Kiyevdəki sabi
18.10.2026 339 Nizami rayonunda iki gün su olmayacaq
Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. BİG.AZ xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərl
10:00 168 Ekvadorda canlı yayım zamanı üzərinə xaç aşan keşiş öldü - Anbaan görüntü
Ekvadorun Quayakil şəhərindəki kilsələrin birində keşiş ibadət zamanı üzərinə xaçın düşməsi nəticəsində dünyasını dəyişib. bu barədə "Periodico" qəzetinə istinadən xəbər verir. Məlumata əsasən, ata Patrisio Alfredo Sançes Molinari oktyabrın 17-də gündəlik ibadət mərasimini həyata keçirirmiş
18.10.2026 369