Azərbaycanda HONOR 200 və HONOR 200 Pro flaqman smartfonlarının satışına start verilib

Azərbaycanda HONOR 200 və HONOR 200 Pro flaqman smartfonlarının satışına start verilibAvqustun 8-də Bakıda, Daş Salnamə Muzeyində HONOR beynəlxalq brendi yeni məhsul xəttinin - HONOR 200 və HONOR 200 Pro modellərinin, rəsmi təqdimatını keçirib. Yeni məhsulların öndə gedən xüsusiyyəti Harcourt Paris fotoşəkil studiyası ilə birlikdə hazırlanmış və süni zəka texnologiyaları üzərindən işləyən unikal portret çəkiliş rejimidir. Təqdimat mərasimində qonaqlar Harcourt Studio-nun peşəkrlığını səciyyələndirən, Harcourt Portret rejimində professional fotoşəkillər çəkməkdən zövq alaraq, smartfonu sınaqdan keçirmək imkanı əldə ediblər.

Yeni seriya istifadəçilərə yüksək dərəcəli flaqman xüsusiyyətləri təqdim edərək, ilk alıcılarına həm də xüsusi hədiyyələr təklif edir. Gəlin sizi yeni məhsullar ilə daha yaxından tanış edək.

Foto çəkiliş imkanları. Hər iki smartfonu mobil fotoqraflar üçün peşəkar həll olaraq təqdim etmək olar. HONOR 200 və HONOR 200 Pro həm foto, həm də video çəkilişlər üçün nəzərdə tutulan unikal həllərə yiyələnərək, hər iki halda mükəmməl təcrübə təmin edirlər. Belə ki, hər İki modelin əsas sensoru 50 meqapikseldi r, lakin HONOR 200-də Sony IMX906-dən, HONOR 200 Pro-da isə HONOR Magic6 Pro kamera telefonunda olduğu kimi OmniVision H9000-dən istifadə edilib. Modellər həmçinin 2,5x optik böyütmə və optik sabitləşdirməni özündə birləşdirən 50 MP telefoto kamera ilə təchiz ediliblər. 12 meqapiksellik ultra geniş bucaqlı kamera isə, 112° çəkiliş bucağı ilə məzmun qeydə etməklə yanaşı, həm də 2,5 sm məsafədən super makroçəkiliş də həyata keçirməyə qadirdir.

Yüksək keyfiyyətli sensorlar, burada üz xüsusiyyətlərini öyrənən süni zəkanın heyrətamiz gücü ilə bir araya gələrək, xüsusi alqoritmlərdən istifadə edib, ideal fon və işıqlandırma seçimlərini təqdim edirlər. Portret çəkilişlərinin biliciləri dünyaca məşhur Fransanın portret studiyası ilə birgə ərsəyə gətirilmiş Harcourt filtrlərini də yüksək qiymətləndirəcəklər.

Çox pilləli görmə qorunması ilə təchiz edilmiş möhtəşəm ekran. HONOR 200 və HONOR 200 Pro, görmə qabiliyyətinizi qorumaq üçün bir sıra qabaqcıl texnologiyaları özündə birləşdirən, AMOLED matrislər ilə təchiz edilmişdir. Belə ki, buraya görüntü titrəməsini aradan qaldıran, 3840 Hz ultra yüksək PWM tezliyi və istifadə ssenarilərindən asılı olaraq rəng temperaturunda axarı dəyişikliyə malik sirkadiyalı gecə rejimi və zərərli mavi işığın səviyyəsinin texniki təchizat vasitəsi ilə azaldılması daxildir.

Bundan əlavə, HONOR 200 Pro displeyi işıqlandırılma səviyyəsini daha dəqiq müəyyənləşdirilməsi üçün iki sensorla təchiz olunub. Həmçinin, sistem ətraf mühitin rəng temperaturunda dəyişiklikləri təhlil edərək, matrisin tonlarını yüksək dəqiqliklə tənzimləyir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, HONOR 200 Pro-nun displey diaqonalı HONOR 200-dən bir qədər böyük olub, müvafiq olaraq 6,78" və 6,7" təşkil edir.

Silikon-karbon akkumulyatoru. Yeni nəsil 5200 mAh tutuma malik akkumulyator istənilən yerdə və zamanda, bütün gün fasiləsiz işləmə təcrübəsini təmin edir. Həmçinin, smartfonla birlikdə güclü 100 W HONOR SuperChagre naqilli yükləmə cihazı da təqdim edilir ki, onun köməyi ilə smartfonunuz cəmi 15 dəqiqə ərzində 50%-ə qədər şarj ediləcək. Əlavə olaraq, HONOR 200 Pro 66 Vt simsiz dolumu da dəstəkləyir.

Yüksək performans. HONOR 200 Pro yalnız yüksək işləmə gücü ilə deyil, həm də generativ süni zəka funksiyalarını dəstəkləyən, ən son, üçüncü nəsil Snapdragon 8s çipi ilə də təchiz edilmişdir. Qeyd edək ki, HONOR 200 modeli isə üçüncü nəsil Snapdragon 7 çipinə sahibdir.

Hər iki smartfon 12 GB RAM və 512 GB yaddaşa malikdir. Həmçinin, HONOR 200 8/256 GB versiyasında da mövcuddur.

Və bu hələ hamısı deyil! HONOR 200 və HONOR 200 Pro incə dizaynı, yüksək səsli stereo dinamikləri, HONOR Histen fəza səsi, eSIM dəstəyi və qabaqcıl MagicOS 8 əməliyyat sistemi ilə seçilir.

***
HONOR 200 Seriyasının satışına İrşad, Kontakt Home, Soliton, Elit Optimal, Umico, Music Gallery, Smart Electronics və Digital Home mağazalar şəbəkəsində 9 avqust tarixindən start veriləcəkdir. Smartfonları 15 sentyabr tarixinə qədər əldə edənlər, xüsusi hədiyyələrdən də faydalana biləcəklər, belə ki, HONOR 200 alarkən, HONOR CHOICE Watch, HONOR 200 Pro alarkən isə HONOR Watch 4-dü hədiyyə olaraq əldə etmək şansı qazanacaqlar.

Beləliklə, HONOR 200 Pro-nu 1899.99 AZN-ə əldə etmək mümkün olacaq. Həmçinin smartfon, Ay İşıyı Ağı, Qara və Okean Mavisi rənglərində təqdim olunacaq. Həmçinin, 12 QB RAM və 512 QB daxili yaddaşla təqdim olunan HONOR 200 modelinin qiyməti 1399.99 AZN, sözü gedən smartfonun 8/256 GB-lıq versiyasnın qiyməti isə 1249.99 təşkil edəcək. Adi çəkilən smartfon, Ay İşıyı Ağı, Zümrüdü Yaşılı və Qara rənglərində satışa çıxarılacaq.

Azərbaycanda HONOR 200 və HONOR 200 Pro flaqman smartfonlarının satışına start verilibAzərbaycanda HONOR 200 və HONOR 200 Pro flaqman smartfonlarının satışına start verilibAzərbaycanda HONOR 200 və HONOR 200 Pro flaqman smartfonlarının satışına start verilibAzərbaycanda HONOR 200 və HONOR 200 Pro flaqman smartfonlarının satışına start verilibAzərbaycanda HONOR 200 və HONOR 200 Pro flaqman smartfonlarının satışına start verilibAzərbaycanda HONOR 200 və HONOR 200 Pro flaqman smartfonlarının satışına start verilibAzərbaycanda HONOR 200 və HONOR 200 Pro flaqman smartfonlarının satışına start verilibAzərbaycanda HONOR 200 və HONOR 200 Pro flaqman smartfonlarının satışına start verilibAzərbaycanda HONOR 200 və HONOR 200 Pro flaqman smartfonlarının satışına start verilibAzərbaycanda HONOR 200 və HONOR 200 Pro flaqman smartfonlarının satışına start verilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1393   Tarix: 09 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd

11:14 149
.

Dünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək

Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad

19.10.2026 347
.

Sabah pensiyalar tam ödəniləcək

Oktyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək

19.10.2026 408
.

Şəbnəmin qızı Amerikada universitetə qəbul olub

Müğənni Şəbnəm Tovuzlunun qızı Günel Amerikaya köçür. Axşam.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev məlumat verib. O bildirib ki, Günel Amerikada universitetə qəbul olub. O, əvvəlcə Fransada kursa gedəcək, yanvardan isə Amerikaya yollanacaq

12:08 156
.

Hərbçilərin, deputatların və dövlət qulluqçularının pensiyası dəyişir - YENİ QAYDA

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. Bu qayda əsasən dövlət qulluqçularına, hərbi və hüquq-mühafiz

13:01 1
.

"Sabah" - "Barselona" matçının biletləri satışda

UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d

19.10.2026 411
.

Almaniya kansleri Trampı Avropanın əhəmiyyətinə inandırmağa çalışır

Almaniya kansleri Fridrix Merts bildirib ki, hər görüşdə ABŞ prezidenti Donald Trampı sabit Avropanın Vaşinqtonun maraqlarına uyğun olduğuna inandırmağa çalışır. xəbər verir ki, Merts bu barədə "Der Spiegel" jurnalına verdiyi müsahibədə danışıb. "Bu, amerikalıların da öz maraqlarına xidmə

10:55 144
.

Həkimlikdən nazir postuna...

Xəbər verdiyimiz kimi, Anar Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" yeni nazirin dosyesini təqdim edir:. Yeni təyin olunan nazir Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. A.Bayramo

19.10.2026 497
.

İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları

19.10.2026 336
.