Aqressivlik, xəyal qırıqlığı: Yayda payız havasının mənfi təsirləri - ARAŞDIRMA

Aqressivlik, xəyal qırıqlığı: Yayda payız havasının mənfi təsirləri - ARAŞDIRMASon illər yay fəslində tez-tez havaların qeyri-sabit keçdiyini müşahidə edirik. Yayın ortasında qəfildən leysan yağışları, havaların soyuması halları baş verir. Bu baxımdan bu il də istisna olmadı. İyulun son günlərində müşahidə olunan qeyri-sabit, yaya xas olmayan hava insanları təəccübləndirdi.

Bəs bu cür havalarda necə davranmaq lazımdır? Səhhətimizi necə qorumalıyıq? Diqqət etməli olduğumuz məqamlar hansılardır?

"Kaspi" qəzetinin növbəti məqaləsində bu və digər suallara cavab tapmaq olar.

Ürək-damar, diabet xəstələri diqqətli olmalıdırlar

Terapevt Fəxriyyə Əhmədova belə hava dəyişikliklərində xroniki xəstəlikləri olanları daha diqqətli olmağa çağırıb:

"Revmatik xəstələr belə havaları daha pis keçirirlər. Onlarda oynaqlarda ağrılar, üşütmə, qızdırma, baş ağrısı, halsızlıq kimi hallar meydana gələ bilir. Ürək-damar xəstəlikləri olan şəxslərin də belə havalarda özlərini narahat hiss etmələri mümkündür. Vegetativ damar distansiyası, yəni sinir sistemində narahatçılığı olan xəstələr də havaların kəskin dəyişməsinə ciddi reaksiya verirlər. Şəkərli diabet xəstəliyi olan şəxslər də risk qrupuna daxildirlər".

Dərhal dərman qəbul etməyin

Terapevt hesab edir ki, yayda soyuq havalar müvəqqəti olsa da, bəzi məqamlarda ehtiyatlı olmalıyıq:

"Belə havalarda dərhal dərman qəbuluna qaçmaq lazım deyil. Ən azından, bir qədər gözləmək məqsədəuyğundur. Əsas da qan təzyiqinə nəzarət etmək lazımdır. Bu cür yağışlı, tutqun havalarda dərmanlara köklənməkdənsə, geyimə, yuxu rejiminə fikir vermək tövsiyə edilir. Təzyiqə və şəkərə xüsusi nəzarət mütləqdir. Küləkli havalarda çalışmaq lazımdır ki, açıq havada çox olmayaq. Ürək-damar patologiyası olan insanlar qapalı yerlərdə daha çox zaman keçirməlidirlər. Bu havalar xüsusi xəstəlik yaratmasa da, xroniki halları kəskinləşdirə bilir. Soyuq havada dənizə getmək təhlükəlidir. Çalışmaq lazımdır bu havalarda dondurmadan, soyuq içkilərdən çox istifadə olunmasın. Xüsusilə də uşaqlara nəzarət gücləndirilməlidir".

"Hava soyuyan kimi qış paltarları geyinmək məsləhət deyil"

Allerqoloq Şahvələd Məmmədovun sözlərinə görə, belə dəyişkən havalar bədənin temperatur tənzimləməsinə təsir göstərir:

"İnsanlar havalar soyuyan kimi payız fəslinə aid paltarlara keçid edirlər. Bu da orqanizmin temperatur tənzimləməsinin pozulmasına gətirib çıxarır. Bir neçə gündən sonra yenidən havanın isinməsi orqanizmi yenidən dəyişikliyə məcbur edir. Bu da bir çox xroniki xəstələr üçün arzuolunmazdır. Belə havalar müəyyən geomaqnit qasırğaların yaranmasına və ağır ürək-damar, bronxial-ağciyər, xroniki şəkərli diabet, hipertoniya xəstələrinin ağırlaşmalarına gətirib çıxara bilər. Ona görə bu xəstələr belə havalarda daha diqqətli olmalıdırlar. İnsanlar belə dəyişkən havalara adaptasiya olunmalıdırlar. Yəni hava soyuyan kimi qış paltarları geyinmək də məsləhət deyil".

Belə havalara adaptasiya olmalıyıq

Tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, hazırda havaların soyuması ilə əlaqədar müəyyən viruslar aktivdir:

"Belə havalarda geyimimizə diqqət etmək lazımdır. İnsanlar yay geyimində soyuq havada olurlar. Bu zaman soyuqdəymə halları baş verir. Belə havalarda orqanizmin uyğunlaşma reaksiyaları dəyişdiyindən müəyyən virusların da fəallaşması müşahidə edilir. Bu gün ayrı-ayrı yerlərdə lokal epidemiyaların olmasını da müşahidə edirik. Hesab edirəm ki, yavaş-yavaş belə hava şəraiti dəyişikliklərinə uyğunlaşmalıyıq".

Aqressivlik, xəyal qırıqlığı qaçılmazdır

Psixoloq Gülnarə Muxtarovanın sözlərinə görə, iqlim dəyişikliyi insanlara psixoloji də təsir edir:

"Son dönəmlərdə havaların dəyişkən, qeyri-sabit keçməsi, tez-tez yağışların yağması insanların planlarında dəyişiklik etmələrinə səbəb olur. Bu da birbaşa psixologiyaya təsir edir. Çünki əksəriyyət yay aylarında istirahət xəyalları qurur və tətil planlarını gerçəkləşdirmək istəyir. Hava şəraitinin gözlənilməyən şəkildə dəyişməsi, insanların gözləntilərinin qarşılanmaması aqressivlik, xəyal qırıqlığı yarada bilir. Təkrar işləməyə davam etmək tükənmişlik sindromu kimi psixoloji sindromların baş qaldırmasına, yaxud əgər varsa, daha da güclənməsinə imkan yaradır".

G.Muxtarova düşünür ki, insanlar hava şəraitindən asılı olmayaraq planlarını pozmamalıdırlar:

"Belə hallarda insanlar havaların bir az daha yaxşılaşmasını gözləyirlər. Amma tövsiyə edərdim ki, hava şəraiti necə olursa-olsun planlaşdırdıqları istirahəti yubatmasınlar. Sadəcə, hava şəraitinə uyğun B planları da olsun. Alternativ plan qurmaq daha məqsədəuyğundur, nəinki mövcud planı ləğv etmək".

Psixoloq Günel Hacızadənin fikrincə, hava şəraitinin insanlara təsiri fərdidir:

"Fəsillərin və hava şəraitinin dəyişməsi insanlara həm fiziki, həm də psixoloji cəhətdən ciddi təsir göstərir. Bəzi insanlara tutqun və buludlu hava pis təsir edərkən, bəzi insanlarda isti və günəşli hava mənfi təsirlər yaradır. Kəskin hava dəyişkənliyi isə əksər insanların motivasiyasına mənfi təsir göstərir. Xəyal etdiyi kimi dincələ bilməmək ruh düşkünlüyü, hətta depressiyaya səbəb ola bilər. İstirahət planı qurarkən, havanın dəyişkənliyini nəzərə almaq lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 499   Tarix: 04 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları

19.10.2026 351
.

Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır

ABŞ Prezidenti Donald Tramp miqrantların Fransada nəzarəti ələ keçirdiyini və hakimiyyətin təcili sərhədləri bağlamalı olduğunu bildirib. Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social"da yazıb. "Miqrantlar Fransanı ələ keçiriblər. Sərhədlər təcili bağlanmalıdır"

19.10.2026 436
.

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd

11:14 197
.

Sabah 28 dərəcə isti olacaq

Oktyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq

15:09 105
.

Azərbaycanda yumurta bahalaşdı

Azərbaycanda kənd yumurtasının qiyməti ötən illə müqayisədə artıb. Satıcıların sözlərinə görə, hazırda kənd yumurtası 35-40 qəpiyə satılır. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Ucar və Tovuz sakinləri qiymət artımını daşınma xərcləri, vasitəçilərin qazancı və payız mövsümündə toyuqları

19.10.2026 382
.

Netanyahunun siyasi taleyi sual altında: ABŞ də ondan üz döndərdi?

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens gələn həftə İsrail parlamentinə (Knesset) keçiriləcək seçkilərdə Baş nazir Benyamin Netanyahuya dəstək verməkdən imtina edib. Bu barədə o, 2WAY portalına müsahibəsində deyib. Netanyahuya dəstək məsələsi ilə bağlı sualı cavablandıran Vens bildirib:. "ABŞ-d

13:43 146
.

Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi

Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy

19.10.2026 398
.

1500 illik məzardan qızıl ayaqqabılar çıxdı: Alimləri təəccübləndirən tapıntı

Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığındakı qədim məzarlıqda təxminən 1500 il əvvələ aid gənc qadının məzarı aşkarlanıb. Məzarda qızıl örtüklü ayaqqabılar, qızıl bəzəkli baş geyimi və kəmər də tapılıb. Alimlər ayaqqabıların gündəlik istifadə üçün deyil, dəfn mərasimi üçün hazırlandığını ehtima

19.10.2026 442
.

Azərbaycanın milli maraqları hər şeydən üstündür: qanunsuz şəbəkələrə güzəşt olmamalıdır

Ölkənin suverenliyinə, dövlətçiliyinə və milli maraqlarına qarşı qanunsuz fəaliyyət göstərən dini-siyasi şəbəkələrin fəaliyyəti qanun çərçivəsində araşdırılmalıdır. Azərbaycanı hədəfə alan təşkilatların hüquqazidd əməlləri müəyyən edilməli, ölkə daxilindəki əlaqələri və mümkün maliyyə mənbələri hüquq

11:14 191
.