SEPAH Haniyənin ölümünün TƏFƏRRÜATINI açıqladı

SEPAH Haniyənin ölümünün TƏFƏRRÜATINI açıqladıHƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmail Haniyə təxminən 7 kq ağırlığında döyüş başlığı olan qısamənzilli raketlə öldürülüb.

Oxu.Az-ın RBK-ya istinadla verdiyi məlumata görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yayımladığı bəyanatda deyilir.

"Araşdırma və təhlillərə əsasən, bu terror əməliyyatı qonaqların yaşadığı ərazidən kənarda, yaxın məsafədən atılan mərmi ilə həyata keçirilib", - deyə məlumatda vurğulanıb.

SEPAH-dan əlavə edilib ki, sui-qəsd ABŞ hökumətinin dəstəyi ilə İsrail tərəfindən planlaşdırılıb və həyata keçirilib.

"Şəhid Haniyənin qan qisasının alınacağı aydındır. Bu cinayətə görə qəti addımlar atılacaq. Münasib vaxtda, müvafiq yerdə və üsulla sərt cəza olacaq", - deyə bəyanatda xəbərdarlıq edilib.

Xatırladaq ki, İsmayıl Haniyə və bir cangüdəni İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına raket hücumu nəticəsində öldürülüb. İranın Ali Lideri ayətullah Əli Xamenei Haniyənin öldürülməsinə cavab olaraq hərbi qüvvələrə İsrailə birbaşa zərbə endirmək əmri verib. HƏMAS-ın Livandakı nümayəndəsi Mahmud Tah Haniyənin öldürülməsinə görə məsuliyyəti İsrail və ABŞ-nin üzərinə qoyub.

Bundan əvvəl "The New-York Times" öz mənbələrinə istinadla xəbər verib ki, SEPAH Haniyəyə Tehrandakı sui-qəsdlə əlaqədar ölkənin təhlükəsizlik xidmətinin işçiləri də daxil olmaqla kütləvi həbslər həyata keçirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 630   Tarix: 03 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bozbash pictures" buna görə dağılıb

"Biz əvvəldən dost olmuşuq. Layihədən əvvəl də münasibətimiz var idi. Gördük ki, alındı və "Bozbash pictures"i ciddi layihəyə çevirdik. Məqsədimiz bölgələrdə çəkilişlər etmək idi. Bəzi bölgələrə hətta ikinci dəfə getdik. Sonra düşündük ki, bir müddət ara verək. Kinoteatrlardan küsdük

16.07.2026 449
.

Xankəndidə güclü yanğın başladı

Xankəndi şəhərində güclü yanğın baş verib. "Qafqazinfo"nun əldə etdiyi xəbərə görə, hadisə şəhər ərazisində yerləşən, əvvəllər taxta emalı müəssisəsi kimi fəaliyyət göstərən binada qeydə alınıb. İlkin məlumata əsasən, yanğın qısa müddətdə geniş əraziyə yayılaraq yaxınlıqdakı binaya da keçib

16.07.2026 262
.

Zelenski Rusiya lideri ilə Ankarada görüşməyə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır. Kiyevin müharibəyə son qoyulması ilə bağlı real təklifləri var. Bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Kiyevdə Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə keçirdiyi birgə mətbuat konfransınd

16.07.2026 279
.

Ali Rada Zelenskinin namizədini Baş nazir postuna təsdiqlədi

Ukrayna Ali Radası Prezident Vladimir Zelenskinin təqdim etdiyi Sergey Koretskinin Baş nazir vəzifəsinə təyin olunmasına razılıq verib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, parlamentdə keçirilən səsvermə zamanı 289 deputat Koretskinin namizədliyini dəstəkləyib və bununla da o, ölkənin yeni hökumə

16.07.2026 218
.

AQTA sədri: "Palma yağı zərərli deyil" - Bəs həqiqət nədir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli palma yağı ilə bağlı cəmiyyətdə formalaşmış mənfi fikirlərin həqiqəti tam əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, palma yağı digər bitki yağları kimi insan qidası üçün yararlıdır və onu birbaşa zərərli məhsul kimi təqdim etmə

16.07.2026 330
.

Ukraynada hava həyəcanı: Ursula fon der Lyayen sığınacaqda gizləndi

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kiyevə səfəri zamanı hava həyəcanı səbəbindən mətbuatla görüşünü yarımçıq qoyaraq sığınacağa enmək məcburiyyətində qalıb. "AzPolitika" xəbər verir ki, bu barədə "Euractiv" nəşri məlumat yayıb. Bildirilib ki, Kiyev və Ukraynanın dah

16.07.2026 229
.

Azərbaycanlı dənizçilərə çağırış edildi

Xarici sularda üzən azərbaycanlı dənizçilərə çağırış edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb. "Dövlət Dəniz və Liman Agentliyi olaraq son aylar ərzində xarici sularda müxtəlif dövlətlərin bayraqları altında üzən gəmilərdə çalışan azərbaycanl

16.07.2026 223
.

Netanyahu Lindsi Qrahamın dəfn mərasimi təxirə salındığı üçün ABŞ səfərini iyulun sonuna təxirə saldı

Baş nazir Benyamin Netanyahunun ofisi The Times of Israel qəzetinə bildirib ki, gələn həftə ABŞ-a uçmayacaq. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, baş nazir senator Lindsi Qrahamın dəfn mərasiminin o vaxta qədər təxirə salındığını bildirərək, onun əvəzinə ayın sonunda uçacağını bildirib

16.07.2026 204
.

Nazirin keçmiş müavininə yeni vəzifə verildi

Bu gün Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə qurumun iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, toplantıda qəbul olunan qərara əsasən, Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru vəzifəsinə təyin edilib. Qey

16.07.2026 214
.

TOP MP3