Ermənistan sərhədçiləri azərbaycanlı sürücünü öldürdülər
İyulun 12-də İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, İran vətəndaşı Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib.
BiG.AZ APA-yaistinadən xəbər verir ki, bu barədə məlumat Teleqram kanallarında yayılıb.
İnsident milli zəmində baş verib.
İran-Ermənistan sərhədinin "Nurduz" sərhəd-keçid məntəqəsində Ermənistan sərhədçiləri məntəqədən yalnız erməni əsilli sürücülərin keçidinə icazə verib. Bu isə ərazidə növbə gözləyən azərbaycanlı sürücülərin narazılığı ilə nəticələnib.
Mübahisə əlbəyaxa davaya çevrilib ki, bu zaman erməni sərhədçilər Amid Quluzadəyə ağır bədən xəsarətləri yetiriblər.
Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər əraziyə bir neçə saatdan sonra gəliblər.
Bu səbəbdən azərbaycanlı sürücü dünyasını dəyişib.
Hələlik baş verən hadisə barədə rəsmi açıqlama verilməyib.
Baş verən insident isə bir daha göstərir ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsində Ermənistan tərəfinə güvənməməkdə nə qədər haqlıdır. Ermənistan tərəfi son hadisə ilə nə qədər etibarsız tərəf olduğunu bir daha ortaya qoydu. İran vətəndaşı olan sürücü məhz milli mənsubiyyətinə - azərbaycanlı olduğuna görə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib.
Son hadisə bir həqiqəti gün üzünə çıxarır ki, Zəngəzur dəhlizində ayrıca üçüncü tərəfin təmin etdiyi təhlükəsizlik qaydaları və mexanizmi tətbiq olunmalıdır.
Bu mexanizmin tətbiqi zamanı təhlükəsizliyin təmin edilməsi ilə məşğul olacaq tərəf hər iki ölkənin analoji insidentlərin təkrarlanmaması üçün görməli olduğu tədbirləri müəyyənləşdirib, onların icrasını, sərhəddə vəziyyətin tam və hərtərəfli monitorinqini təmin etməlidir.
Əks halda uzunmüddətli münaqişədə məğlub olan Ermənistan tərəfinin özünün revanşizm ideyalarını istənilən dövlət üçün ən həssas məsələ sayılan sərhəd təhlükəsizliyinin pozulması kontekstində tətbiq edəcəyi istisna deyil.
Sərhəd istənilən ölkənin əsas təhlükəsizlik qapısı, həmin ölkədə sabitliyin bir nömrəli elementidir. Bu elementə veriləcək istənilən səviyyədə zərərdən həm ölkənin özü, həm də qonşu dövlətlər zərər çəkəcək. Məhz bu səbəbdən regionun sabitliyi Zəngəzur dəhlizi boyunca təhlükəsizliyin təminatının üçüncü tərəfə həvalə edilməsi aktuallıq qazanır.
Ermənistan tərəfinin bu amilin reallaşmasına mane olmaq üçün silsilə addımlar atacağı istisna deyil. Bu addımların qarşısı ilə tutarlı arqument olan regional təhlükəsizlik məsələsinin ön plana çəkilməsi ilə alınmalıdır.
Belə olarsa, rəsmi İrəvanın gələcəkdə törətmək niyyətində olacağı istənilən təhdidlərin önünə keçiləcək, hər cür bədxah niyyət necə deyərlər, elə beşikdəcə boğulacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1686 Tarix: 13 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu serial da uğursuz oldu
"Sevdam Karadeniz" serialının aqibəti bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 4-cü bölümdə final edəcək. Layihə gözlənilən reytinqləri toplaya bilməyib. Qeyd edək ki, serialın baş rollarını Meltem Akçöl və Erdem Adilce paylaşır
20.10.2026 227 Balın təbii olub-olmadığını yoxlamaq üçün sadə üsul
Bal alarkən hər kəs onun keyfiyyətli və təbii olduğuna əmin olmaq istəyir. Lakin bazarda satılan məhsullar arasında saxta və müxtəlif qatqılar əlavə edilmiş ballara da rast gəlmək mümkündür. Bəs laboratoriya müayinəsi olmadan balın təbii olduğunu müəyyən etmək mümkündürmü?. xəbər verir ki, sosial şəbəkələrd
20.10.2026 242 Dağ-mədən və metallurgiya sektorunda süni intellektin tətbiqi genişlənə bilər
Azərbaycanın dağ-mədən və metallurgiya sektorunun inkişafı üçün hazırlanmış yeni dövlət proqramı sənayenin gələcəyini rəqəmsal transformasiya və süni intellekt (Sİ) texnologiyalarının tətbiqi ilə əlaqələndirməyi hədəfləyir. İstehsal proseslərinin daha səmərəli, təhlükəsiz və ekoloji baxımdan dayanıql
20.10.2026 245 "Dərviş Parisi partladır": Fransanı silkələyən etirazların arxasında nə dayanır?
Azərbaycan tamaşaçısının yaddaşında "Dərviş Parisi partladır" filminin özünəməxsus yeri var. Dərvişin Parisə gəlişi, avropalıların adət-ənənələri ilə qarşılaşması, gözlənilməz hadisələr və milli yumor bu ekran əsərini illərdir sevilən filmlərdən birinə çevirib. Amma bu gün Parisə baxanda istər-istəmə
20.10.2026 237 Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılacaq. Nazirlər Kabineti Gəncə Memorial Kompleksini
20.10.2026 262 Bu məşhurların diplomları peşələri qədər təəccüblüdür
Dünya şöhrətli aktyorların bəzilərinin təhsili onların canlandırdıqları obrazlardan və seçdikləri peşədən tamamilə fərqlənir. Məsələn, "Mr. Bean" obrazı ilə tanınan Rowan Atkinson elektrik mühəndisliyi üzrə magistr dərəcəsi alıb, "Friends" serialında Phoebe Buffay obrazını canlandıra
20.10.2026 352 İranın Baş Qərargah rəisi qonşu ölkələri müharibə ilə hədələdi
"Regionda ABŞ-yə ev sahibliyi edən ölkələr bilməlidir ki, İrana qarşı yeni müharibə başlasa, onun alovu hamını cənginə alacaq". Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi deyib. Noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək seçkilərə toxunan Baş Qərarga
20.10.2026 196 Netanyahunun siyasi taleyi sual altında: ABŞ də ondan üz döndərdi?
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens gələn həftə İsrail parlamentinə (Knesset) keçiriləcək seçkilərdə Baş nazir Benyamin Netanyahuya dəstək verməkdən imtina edib. Bu barədə o, 2WAY portalına müsahibəsində deyib. Netanyahuya dəstək məsələsi ilə bağlı sualı cavablandıran Vens bildirib:. "ABŞ-d
20.10.2026 266 Çörçillin az bilinən istedadı: Siyasətdən uzaqlaşanda rəsm çəkirdi
Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçill təkcə siyasi fəaliyyəti və İkinci Dünya müharibəsindəki rolu ilə deyil, rəssamlığa olan marağı ilə də tanınıb. O, həyatının təxminən 40 ilini rəsm çəkməyə həsr edib və 500-dən çox əsər yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Çörçil
20.10.2026 251