Lənkəranda xəstəxanada vəfat edən müəllimin ölüm səbəbi AÇIQLANDI
"Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Sədaqət Nəsir qızı Nəsirovanın əməliyyatı uğurla icra olunub və xəstənin vəziyyəti əməliyyata uyğun olub".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verib.
Məlumatda qeyd olunub ki, 10.07.2024-cü il tarixində Lənkəran rayonu Aşağı Nüvədi kənd sakini, 1972-ci il təvəllüdlü (qadın cinsli) şəxs uşaqlıq yolunun dəqiqləşdirilməmiş qanaxması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya edilib:
"Xəstə obyektiv müşahidə olunduqdan sonra dərhal əməliyyat blokuna alınıb. Əməliyyat uğurla icra olunub və xəstənin vəziyyəti əməliyyata uyğun olub.
11.07.2024-cü il tarixində xəstədə fiziki aktivlik müşahidə olunub, lakin növbəti dəfə yerindən durarkən vəziyyəti qəflətən pisləşib, tənəffüs çatışmazlığı müşahidə olunub. Xəstəyə ağciyər arteriyalarının tromboemboliyası diaqnozu qoyulub.
Vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb".
13:20
Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Sədaqət Nəsir qızı Nəsirovanın vəfatı ilə bağlı bəzi məqamlar bəlli olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, miomadan əməliyyat olunub. Əməliyyat Lənkəranda baş tutub.
Ölüm səbəbi hələ məlum deyil.
Qeyd edək ki, S.Nəsirovanın 26 yaşlı bir oğlu var, subaydır.
12:24
Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Sədaqət Nəsir qızı Nəsirova vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, müəllim keçirdiyi əməliyyatdan sonra vəfat edib.
Həmçinin, Sədaqət Nəsirova 20 gün öncə müəllimlərin sertifikasiya imtahanında iştirak edərək mümkün 60 baldan 54 bal toplayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2088 Tarix: 12 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılacaq. Nazirlər Kabineti Gəncə Memorial Kompleksini
20.10.2026 334 "Çılgın Dondurmacı" Azərbaycanda dövlət qeydiyyatına alındı
"Çılgın Dondurmacı" MMC Azərbaycanda dövlət qeydiyyatına alınıb. xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 55 00 manat, qanuni-təmsilçisi isə Dinç Ramazan Nuridir. MMC-nin hüquqi ünvanı Baki şəhəri Səbail rayonu, Abbasqulu Abbaszadə ev.25 m.58-dir. Qeyd edək ki, "Çılgın Dondurmacı"
20.10.2026 407 Qulaqlarınızı cingildətməyin!
Bir müddət əvvəl bu köşədən dilə gətirmişdim: "Ağanın paltosunu tutan çox olar" deyə. Bəziləri bunu öz üzərinə götürüb, yanlış anlayıb, ya da elə işinə gəldiyi üçün qəribə bir təlaşla lazımsız giley-güzarlara, müxtəlif hallara bürünməyə başlayıb. Açıq və dəqiq deyim: Heç vecimə də deyilsiniz
20.10.2026 333 Toyda iylənmiş ət verilən "Çıraq Palace"da yoxlama - Video
Mediada "Çıraq Palace" şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib. "Qafqazinfo" xəbər verir ki, yoxlama Bakı şəhəri
20.10.2026 423 Azərbaycan-Türkiyə münasibətlərinə kimlər zərbə vurmağa çalışır? - Politoloqdan İDDİA
"Azərbaycan-Türkiyə münasibətləri nə Türkiyədəki islamçı və ya hökumətə yaxın trolların, Azərbaycandakı uzantılarının poza biləcəyi münasibətlərdir. Bəli, hazırda bir böhran var. Lakin bunu Azərbaycan-Türkiyə münasibətlərinin pozulması kimi qiymətləndirmək düzgün yanaşma deyil". Bu sözlər
20.10.2026 288 Dağ-mədən və metallurgiya sektorunda süni intellektin tətbiqi genişlənə bilər
Azərbaycanın dağ-mədən və metallurgiya sektorunun inkişafı üçün hazırlanmış yeni dövlət proqramı sənayenin gələcəyini rəqəmsal transformasiya və süni intellekt (Sİ) texnologiyalarının tətbiqi ilə əlaqələndirməyi hədəfləyir. İstehsal proseslərinin daha səmərəli, təhlükəsiz və ekoloji baxımdan dayanıql
20.10.2026 263 Çörçillin az bilinən istedadı: Siyasətdən uzaqlaşanda rəsm çəkirdi
Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçill təkcə siyasi fəaliyyəti və İkinci Dünya müharibəsindəki rolu ilə deyil, rəssamlığa olan marağı ilə də tanınıb. O, həyatının təxminən 40 ilini rəsm çəkməyə həsr edib və 500-dən çox əsər yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Çörçil
20.10.2026 269 Azərbaycanın milli maraqları hər şeydən üstündür: qanunsuz şəbəkələrə güzəşt olmamalıdır
Ölkənin suverenliyinə, dövlətçiliyinə və milli maraqlarına qarşı qanunsuz fəaliyyət göstərən dini-siyasi şəbəkələrin fəaliyyəti qanun çərçivəsində araşdırılmalıdır. Azərbaycanı hədəfə alan təşkilatların hüquqazidd əməlləri müəyyən edilməli, ölkə daxilindəki əlaqələri və mümkün maliyyə mənbələri hüquq
20.10.2026 254 "Sürətlə Yeni Mövsümə" lotereyasının "Changan Q07" qalibi danışdı
və platformalarında keçirilən"Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindəndəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobilin sahibibilinib. Bəxtəvər qalib Rövnəq Əkbərov "Changan Q07" qazanıb. xəbə
20.10.2026 357