Ramil Səfərovun xanımı deputatlığa namizəd olur

Ramil Səfərovun xanımı deputatlığa namizəd olurBakı Dövlət Universiteti rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova deputatlığa namizəd olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

O, 119 saylı Ağdam seçki dairəsindən namizədliyini irəli sürəcək.

Qeyd edək ki, Şəbnəm Səfərova məşhur "Qarabağ Azərbaycandır" elektron platformasının və agdam.org saytının təsisçilərindən biri, ordumuzun zabiti Ramil Səfərovun həyat yoldaşıdır.

Şəbnəm Səfərova Ağdam şəhərində anadan olub. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin (indiki UNEC) "Beynəlxalq İqtisadi Münasibətlər" fakultəsində, Xüsusi İstedadlar qrupunda alıb. ADA universitetində "MBA - Biznesin İdarə Edilməsi" üzrə magistr dərəcəsini bitirib. "Layihələrin idarə olunması" üzrə ABŞ-ın Kaliforniya Universiteti, İrvine Məktəbində sertifikasiya proqramı keçirib.

Əmək fəaliyyətinə 2008-ci ildə Xarici İşlər Nazirliyinin "İqtisadi əməkdaşlıq və inkişaf" şöbəsində başlayıb. 2010-2012ci illərdə dünyanın 4 böyük audit şirkətindən (Big 4) biri olan PriceWaterhouseCoopersdə (PwC) auditor kimi çalışıb. 2012-2018-ci illərdə BP neft şirkətində "Maliyyə məsələləri üzrə analitik" vəzifəsində işləyib. 2020-ci ilin əvvəlinədək MedCmG (Medical Consulting & Marketing Group) şirkətinin direktoru olaraq çalışıb. Hazırda Bakı Dövlət Universitetində təhsilin rəqəmsallaşdırılması üzrə həyata keçirilən, ABŞ-a məxsus olan "Blackboard SaaS" layihəsinin rəhbəridir.

Korporativ fəaliyyətlə yanaşı 2013-cü ildən başlayaraq fərdi sahibkarlıq fəaliyyətilə məşğuldur. 2018-ci ildən başlayaraq ölkə universitetlərinin ingilisdilli fakultələrində müqaviləli-müəllim kimi fəaliyyət göstərir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1730   Tarix: 11 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cibinizdəki 2 avro minlərlə dəyərində ola bilər - Bu pulları yoxlayın

Adi görünən 2 avroluq sikkələr bəzən nominal dəyərindən yüzlərlə, hətta minlərlə dəfə baha satıla bilər. Nadir buraxılışlar və sikkələrin hazırlanması zamanı yol verilən istehsal xətaları onları kolleksiyaçılar üçün qiymətli əşyalara çevirir. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərin

20.10.2026 374
.

"Sürətlə Yeni Mövsümə" lotereyasının "Changan Q07" qalibi danışdı

və platformalarında keçirilən"Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindəndəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobilin sahibibilinib. Bəxtəvər qalib Rövnəq Əkbərov "Changan Q07" qazanıb. xəbə

20.10.2026 369
.

Fransada etirazlar və siyasi gərginlik: Makron hakimiyyəti sınaq qarşısında

Fransada son dövrlər müşahidə olunan hadisələr prezident Emmanuel Makronun rəhbərlik etdiyi hakimiyyət üçün ciddi siyasi problem yaradıb. Küçələrdə keçirilən etiraz aksiyaları, çoxsaylı saxlanılmalar və miqrasiya siyasəti ətrafında kəskinləşən müzakirələr ölkədə ictimai-siyasi gərginliyin artdığını göstərir

20.10.2026 285
.

Netanyahunun siyasi taleyi sual altında: ABŞ də ondan üz döndərdi?

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens gələn həftə İsrail parlamentinə (Knesset) keçiriləcək seçkilərdə Baş nazir Benyamin Netanyahuya dəstək verməkdən imtina edib. Bu barədə o, 2WAY portalına müsahibəsində deyib. Netanyahuya dəstək məsələsi ilə bağlı sualı cavablandıran Vens bildirib:. "ABŞ-d

20.10.2026 296
.

Fransanın Cənubi Qafqaz siyasəti və Azərbaycanla münasibətlərdə ikili yanaşma

Fransa ilə Azərbaycan arasında münasibətlər uzun müddətdir diplomatik gərginlik mərhələsindədir. Qarabağ münaqişəsi, Fransanın Ermənistanla siyasi və hərbi əməkdaşlığını genişləndirməsi, Parisin Azərbaycanın regional siyasətinə münasibəti və qarşılıqlı ittihamlar bu gərginliyin əsas istiqamətlərini təşki

20.10.2026 227
.

Ağ Evdən fermaya: ABŞ prezidenti dövlət işlərindən yorulanda nə edirdi?

ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauerin həyatı yalnız siyasət və dövlət idarəçiliyi ilə məhdudlaşmırdı. O, qolf oynamağı, rəsm çəkməyi, kart oyunlarını və fermasında heyvanlarla məşğul olmağı sevirdi. Prezidentin bu maraqları gərgin iş rejimindən uzaqlaşmaq üçün seçdiyi məşğuliyyətlər arasında idi

20.10.2026 363
.

Seysmologiya elminin inkişafına həsr olunan respublika elmi konfransı keçirilib

Oktyabrın 20-də "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda respublika elmi konfransı keçirilib. xəbər verir ki, konfransın açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini

20.10.2026 358
.

Azərbaycanın milli maraqları hər şeydən üstündür: qanunsuz şəbəkələrə güzəşt olmamalıdır

Ölkənin suverenliyinə, dövlətçiliyinə və milli maraqlarına qarşı qanunsuz fəaliyyət göstərən dini-siyasi şəbəkələrin fəaliyyəti qanun çərçivəsində araşdırılmalıdır. Azərbaycanı hədəfə alan təşkilatların hüquqazidd əməlləri müəyyən edilməli, ölkə daxilindəki əlaqələri və mümkün maliyyə mənbələri hüquq

20.10.2026 255
.

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı mərhumun yaxınları məlumat paylaşıb. Bildirilib ki, V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkar edilib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb

20.10.2026 430
.