Məşhur aparıcı "Neftçi"də vəzifəyə gətirildi - RƏSMİ
Rüstəm Əfsərlinin "Neftçi"nin PFK-nın Media üzrə koordinatoru vəzifəsinə təyin edilməsi xəbəri rəsmi təsdiqini tapıb.
Oxu.Az xəbər verir ki, "Neftçi" PFK-nın sosial şəbəkə hesablarında müvafiq paylaşım edilib.
"Azərbaycanın ən yaxşı idman jurnalistlərindən biri olan Rüstəm Əfsərli 2005-ci ildən idman mətbuatındadır. 2015-ci ildən etibarən isə o, "CBC Sport" kanalında çalışıb. Bu müddətdə müxtəlif layihələrin yaradıcısı və iştirakçısı olub, telekanalda Şərhçilər qrupuna rəhbərlik edib və Proqram direktoru kimi fəaliyyət göstərib. Həm milli, həm də beynəlxalq idman yarışlarında şərhçi, aparıcı və prodüser kimi işləyib, 2018 və 2020-ci illərdə "İlin ən yaxşı şərhçisi" mükafatını qazanıb.
Uşaqlıqdan "Neftçi" azarkeşi olan və bunu müsahibələrində də gizlətməyən Rüstəm Əfsərlini yenidən böyük "Neftçi" ailəsinin bir parçası olması münasibəti ilə təbrik edirik! Evinə xoş gəlmisən!"
10:12
"Neftçi"nin Mətbuat Xidmətinin rəhbəri Emin Əfəndinin klubdan ayrılığı sonrası onu əvəz edəcək şəxs bəlli olub.
Oxu.Az xəbər verir ki, ötən gün klubu tərk edən Emin Əfəndinin yerinə, əvvəllər də "Neftçi"nin Mətbuat Xidmətinin rəhbəri kimi çalışan Rüstəm Əfsərlinin təyinatı ehtimal olunur.
Qeyd edək ki, Rüstəm Əfsərli daha öncə 2015-2017-ci illərdə bu vəzifədə çalışıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 830 Tarix: 09 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQızılın bugünkü qiyməti açıqlanıb
Azərbaycanda qızılın 3 sentyabr 2026-cı il tarixinə olan qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 322,0020 manat, 1 qram qızıl isə 235,41 manat təşkil edir. 99 əyarlı təmiz qızılın 1 qramı 235,41 manat, 750 əyarlı İtaliya qızılının 1 qramı 176,73 manat, 585 əyarl
03.09.2026 172 Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var
Bakının Sabunçu rayonunda maraqlı hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, Maştağa qəsəbəsinin Tavaylıq adlanan hissəsində "Khazar" markalı minik avtomobili bir neçə digər maşını əzib. Hadisəni törədən 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) polis əməkdaşları tərəfində
03.09.2026 383 Besant İrana köməklik edən dövlətləri hədələdi
ABŞ-ın Maliyyə Naziri Skott Besant İrana dəstək verən və ya ona yardım edən ölkələri hədələyən bəyanatla çıxış edib. xəbər verir ki, o, ABŞ İranı dəstəkləyən bütün ölkələrə qarşı sistematik şəkildə sanksiyalar tətbiq etmək niyyətindədir. Besant bildirib İranla münaqişənin başa çatmasında maraqlıdırlar
03.09.2026 143 Rusiya-Ukrayna müharibəsində son durum: Putin sülh sazişinin mümkünlüyünü istisna etmədi
Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı razılaşmanın əldə olunmasının mümkün olduğunu bildirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Putin qeyd edib ki, ABŞ və Çin də daxil olmaqla bir sıra ölkələrin səyləri diplomatik prosesə dəstək verir. Onu
03.09.2026 314 Azərbaycanda uşaq kitabxanaları azalır: "Valideyn kitab oxumursa, uşaq da oxumayacaq"
Azərbaycanda son illərdə uşaq kitabxanalarının və onların kitab fondunun sayında azalma müşahidə olunur. 2001-ci ilin əvvəlinə ölkədə Mədəniyyət Nazirliyi sistemi üzrə 112 uşaq kitabxanası fəaliyyət göstərib. 2006-cı ildə onların sayı 103-ə, 2011-ci ildə 102-yə, 2016-cı ildə 97-yə, 2021-ci ildə isə 87-y
03.09.2026 193 Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası"nı
03.09.2026 221 Diabet bir gündə yaranmır: Xəstəliyə aparan əsas vərdişlər
"Fast-food qidaları təkbaşına xəstəliklərin səbəbi kimi qiymətləndirmək düzgün deyil. Bu qidalar xəstəlik riskini artıran amillərdən yalnız biridir. Xüsusilə 2-ci tip diabet və digər metabolik xəstəliklərin yaranması, əsasən, uzun müddət ərzində bir neçə risk faktorunun üst-üstə düşməsi ilə əlaqəlidir"
03.09.2026 301 Süni intellekt təhlükədir, yoxsa imkan? - İnsan nə vaxt düşünməyi dayandırır?
"Süni intellektin insanın təfəkkürünü zəiflədəcəyi ilə bağlı narahatlıqları müəyyən qədər başa düşmək mümkündür. Çünki həqiqətən də insanlar bəzi hallarda düşünmək və araşdırmaq əvəzinə hazır cavabdan istifadə etməyə üstünlük verməyə başlayırlar. Burada əsas məsələ isə süni intellektin özü deyil
03.09.2026 177 İran ABŞ-ın Küveyt və BƏƏ-dəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqladı
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi mövqelərinə qarşı yeni hücumlar həyata keçirdiyini açıqlayıb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, İran ordusunun məlumatına görə, raket və hücum tipli pilotsuz uçuş aparatları ilə Küveyt və Birləşmiş Ərəb Əmirliklərində ABŞ qüvvələrinin istifadə etdiy
03.09.2026 199