Hərbi Prokurorluqla Hərbi İnstitutun birgə keçirdiyi tədbirdə ekoloji qanun pozuntularından danışılıb

Hərbi Prokurorluqla Hərbi İnstitutun birgə keçirdiyi tədbirdə ekoloji qanun pozuntularından danışılıbAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55 illiyi münasibətilə və ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Hərbi İnstitutunun yüksəkrütbəli hərbi qulluqçuları birgə tədbir keçiriblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən BiG.AZ-a bildirilib ki, DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutunda təşkil edilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə general-mayor Elçin Məmmədov, Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi ədliyyə polkovniki Elmir Süleymanlı, hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev və başqaları çıxış ediblər. Onlar çıxışlarında Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən bəhs ediblər. Çıxışçılar, eyni zamanda, Ulu Öndərin Azərbaycanın parlaq gələcəyinə hesablanan mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddətdə ölkəmizdə həyata keçirilən köklü islahatlardan, bütün sahələrdə qazanılan nailiyyətlərdən, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşdırılmasından, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından danışıblar.

Daha sonra ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb. Bundan əlavə, hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, eləcə də onların qayğı və problemləri ilə maraqlanılıb.

Sonda birgə ağaclar əkilib.
Hərbi Prokurorluqla Hərbi İnstitutun birgə keçirdiyi tədbirdə ekoloji qanun pozuntularından danışılıbHərbi Prokurorluqla Hərbi İnstitutun birgə keçirdiyi tədbirdə ekoloji qanun pozuntularından danışılıbHərbi Prokurorluqla Hərbi İnstitutun birgə keçirdiyi tədbirdə ekoloji qanun pozuntularından danışılıbHərbi Prokurorluqla Hərbi İnstitutun birgə keçirdiyi tədbirdə ekoloji qanun pozuntularından danışılıbHərbi Prokurorluqla Hərbi İnstitutun birgə keçirdiyi tədbirdə ekoloji qanun pozuntularından danışılıbHərbi Prokurorluqla Hərbi İnstitutun birgə keçirdiyi tədbirdə ekoloji qanun pozuntularından danışılıbHərbi Prokurorluqla Hərbi İnstitutun birgə keçirdiyi tədbirdə ekoloji qanun pozuntularından danışılıbHərbi Prokurorluqla Hərbi İnstitutun birgə keçirdiyi tədbirdə ekoloji qanun pozuntularından danışılıbHərbi Prokurorluqla Hərbi İnstitutun birgə keçirdiyi tədbirdə ekoloji qanun pozuntularından danışılıbHərbi Prokurorluqla Hərbi İnstitutun birgə keçirdiyi tədbirdə ekoloji qanun pozuntularından danışılıb


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 745   Tarix: 08 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ən güclü evliliyi məhv edə bilən söz

Demək olar ki, hər münasibətdə fikir ayrılıqları olur. Tərəflərin pula, məişətə, uşaqların tərbiyəsinə və ya istirahətə münasibəti fərqlənə bilər. Fərqli düşünmək özlüyündə evlilik üçün təhlükə deyil. Əsas məsələ cütlüyün yaranan problemləri necə müzakirə etməsidir. xarici mediaya istinadla xəbər veri

20.10.2026 383
.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağ

12:43 0
.

Ermənistanın AİB-dən çıxması iqtisadi risklər yarada bilər

Avrasiya İqtisadi Birliyi Ermənistanın təşkilata üzvlüyünün dayandırılmasının mümkün nəticələri ilə bağlı birgə hesabat hazırlayıb. xəbər verir ki, sənəd təşkilatın rəsmi saytında dərc olunub. Hesabatda bildirilir ki, həm Avrasiya İqtisadi Birliyi (AİB), həm də Avropa İttifaqı (Aİ) çərçivəsində inteqrasiy

11:05 124
.

Seysmologiya elminin inkişafına həsr olunan respublika elmi konfransı keçirilib

Oktyabrın 20-də "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda respublika elmi konfransı keçirilib. xəbər verir ki, konfransın açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini

20.10.2026 364
.

Qulaqlarınızı cingildətməyin!

Bir müddət əvvəl bu köşədən dilə gətirmişdim: "Ağanın paltosunu tutan çox olar" deyə. Bəziləri bunu öz üzərinə götürüb, yanlış anlayıb, ya da elə işinə gəldiyi üçün qəribə bir təlaşla lazımsız giley-güzarlara, müxtəlif hallara bürünməyə başlayıb. Açıq və dəqiq deyim: Heç vecimə də deyilsiniz

20.10.2026 347
.

Ramiz Əzizbəylinin kürəkəni həbs olundu

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. APA-ya istinadən xəbər verir ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsində qərar qəbul edilib. Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində 1 ay müddətinə həbs qətimka

11:44 123
.

Şərq-Qərb istiqamətində tranzit yükdaşımaların həcmi 20,2 faiz artıb

2026-cı ilin doqquz ayında tranzit daşımalarının həcmi 12 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib. Teleqraf Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çoxdur. Xüsusilə tranzit yükdaşımaların həcm

20.10.2026 339
.

Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq

Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyənləşir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb

20.10.2026 368
.

Elçin Əfəndidən "İmtahan sualları çətin idi" deyənlərə SƏRT REAKSİYA

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı yaranan narazılıqlara münasibət bildirib. Məleykə Abbaszadə bu barədə sosial şəbəkə hesabında paylaşım edib. DİM sədri qeyd edib ki, imtahanların çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün il

20.10.2026 476
.