Hərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilib

Hərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilibİyunun 24-də Silahlı Qüvvələr günü münasibətilə Hərbi Prokurorluqda ictimaiyyət nümayəndələrinin iştirakı ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş hərbi qulluqçuları, o cümlədən qazilər və 17 nəfər Vətən müharibəsi qəhrəmanı ilə görüş keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən "Heydər Əliyev guşəsi"ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dahi insanın parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Sonra tədbir iştirakçıları tarixi şəxsiyyət Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz və unudulmaz xatirələrini bir dəqiqəlik sükutla anıb, qazilərə şəfa diləyiblər.

Tədbirdə çıxış edən Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev iştirakçıları, bütün qaziləri və şəhid ailələrini Silahlı Qüvvələr günü münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. Hərbi prokuror bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin elmi bilikləri, dərin düşüncəsi, uzaqgörən siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində dünyada baş verən neqativ proseslərə, o cümlədən postpandemiya dövrünə, eləcə də müharibədən çıxmış ölkə olmağımıza rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev vurğulayıb ki, ölkəmizin sürətli tərəqqisinə və qazanılan ardıcıl uğurlara, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsinə Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və zəngin fəaliyyəti mühüm töhfələr verir.

Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən hərbi prokuror Xanlar Vəliyev deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində son illər Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla zənginləşdirilib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhvali-ruhiyyəsi artırılıb, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığının yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb.

Xatırladılıb ki, qeyd edilənlər hərbi uğurlarımızı şərtləndirib və nəticədə düşmənin 2020-ci il sentyabrın 27-dən başlayaraq törətdikləri növbəti təxribatlarının qarşısının alınması, eləcə də antiterror əməliyyatları zamanı gedən döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini, hərbçilərimiz isə peşəkarlığını və yüksək döyüş hazırlığını əyani şəkildə sübut edib və zəfərlərimiz təmin olunub.

Vətən müharibəsindən, qazanılan möhtəşəm qələbədən bəhs edən Xanlar Vəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşlarının xidməti vəzifələrini layiqincə icra etmələrindən danışaraq qazanılan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini vurğulayıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev diqqətə çatdırıb ki, sentyabrda uğurla həyata keçirilən antiterror əməliyyatları bir daha təsdiq etdi ki, "Dəmir yumruq" yerindədir, istənilən təxribatın qarşısını qətiyyətlə almağa və düşmənin "başını əzməyə" qadirdir.

Millətinə xidməti həyat amalına çevirmiş dövlətimizin başçısı İlham Əliyevin xalq qarşısında verdiyi vədləri əməlləri ilə hər zaman doğrultduğunu xüsusi vurğulayan hərbi prokuror Xanlar Vəliyev əlavə edib ki, dövlət başçısı hərbi və siyasi-diplomatik yolla ölkəmizin əzəli ərazilərini işğaldan azad etməklə, növbəti vədini də yerinə yetirib. Qeyd edib ki, dövlət başçısının müstəsna fəaliyyəti digər dövlət başçılarına örnəkdir.

Milli Məclisin deputatları Aydın Mirzəzadə, Elşad Mirbəşir, Səbinə Xasayeva və Əməkdar incəsənət xadimi, ehtiyatda olan polkovnik Abdulla Qurbani, eləcə də çıxış edən digər şəxslər Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi qələbədən, eləcə də 44 günlük döyüşlərdə və antiterror əməliyyatlarında Hərbi Prokurorluğun özünəməxsus rolundan, onun Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və aidiyyəti təşkilatlarla birgə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs ediblər. Eyni zamanda, çıxışçılar Vətən müharibəsində iştirakçılarına, o cümlədən Vətən müharibəsi qəhrəmanlarına, qazilərə göstərilən diqqət və qayğıya görə Hərbi Prokurorluğun rəhbərinə, kollektivinə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda ədliyyə general-leytenantı Xanlar Vəliyev igid oğullara bir daha dərin təşəkkürünü bildirib və onlara hədiyyələr təqdim edib. Qəhrəman Vətən övladları isə görüşdən məmnunluqlarını ifadə etdilər.

Hərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilibHərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilibHərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilibHərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilibHərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilibHərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilibHərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilibHərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilibHərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilibHərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilibHərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilibHərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilibHərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilibHərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1318   Tarix: 24 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Çox yaşamaq istəyirsiniz? - İt saxlayın

Gündəlik gəzintilər, daha az stress və daha çox ünsiyyət - evdə it saxlamaq təkcə əhval-ruhiyyəyə deyil, həm də insan sağlamlığına müsbət təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər it saxlayan insanların daha aktiv həyat tərzi keçirdiyini və bunun uzunömürlülüklə əlaqəl

21:00 127
.

Hansı itlər daha az yaşayır və niyə?

İri cins itlər, adətən, kiçik cinslərə nisbətən daha az yaşayırlar. Alimlər təxminən 900 itin DNT-sini araşdıraraq bu fərqi izah edə biləcək dəyişikliklər aşkar ediblər. xəbər verir ki, iri itlər epigenetik səviyyədə kiçik cinslərə nisbətən daha sürətlə qocala bilər. Alimlər DNT-də müəyyən dəyişikliklə

19:45 166
.

Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü

Bakıda 65 yaşlı kişi gəlinini döyüb. -ın məlumatına görə, hadisə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Akif Ramazanovun (ad və soyadlar şərtidir) oğlu Sakit və Aqil ailə qursalar da, bir müddət ata evində yaşayıblar. Bir müddətdən sonra Sakit qonşuluqd

21:30 124
.

D vitamini hansı qidalarda var? - ARAŞDIRMA

D vitamini insan orqanizmi üçün ən vacib vitaminlərdən biridir. Sümüklərin və dişlərin möhkəmliyinin qorunmasında, kalsium və fosforun mənimsənilməsində, əzələlərin normal fəaliyyətində və immun sisteminin işində mühüm rol oynayır. Lakin digər vitaminlərdən fərqli olaraq, D vitamini təbii qidalarda məhdu

20:00 178
.

Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi

"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. *. "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabinet

17:20 132
.

Saç tökülməsinə qarşı kökündən HƏLL YOLU

Kişilərdə saç tökülməsinin müalicəsi üçün hazırlanan yeni dərman klinik sınaqlarda müsbət nəticələr göstərib. Tədqiqat zamanı preparatın saçların sayını artırmağa kömək etdiyi müəyyənləşdirilib. BİG.AZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. ABŞ-ın Veradermics şirkəti tərəfində

15:39 292
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

12:21 280
.

Tramp Avropanın sonunu görür: Aİ dağılacaq?

"Tezliklə Avropa deyə bir şey qalmayacaq". Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Avropadakı iqtisadi vəziyyəti və miqrasiya siyasətini tənqid edərək, ölkələrin yanaşmalarını dəyişməyəcəyi təqdirdə Avropa İttifaqının gələcəyinin təhlük

12:29 242
.

1 ay kanalda qalan köpəkbalığı xilas edildi

Cənubi Koreyanın Busan şəhərində bir aydan çox müddət ərzində kanalda qalan köpəkbalığı nəhayət açıq dənizə qaytarılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Bukangi" adı verilən dişi köpəkbalığı oktyabrın 21-də həyata keçirilən üçüncü xilasetmə əməliyyatı nəticəsində dənizə yönləndirilib

15:05 227
.