Qazaxıstan rəsmisi: Ölkəmiz COP29-a böyük ümidlər bəsləyir

Qazaxıstan rəsmisi: Ölkəmiz COP29-a böyük ümidlər bəsləyirQazaxıstan bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) böyük ümidlər bəsləyir.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iqlim siyasəti departamentinin direktoru Saule Sabiyeva deyib.

O bildirib ki, ölkəsi iqlim maliyyəsinin əsas aspektləri, tərəflərin iqlim həllinə necə nail olmaq niyyətində olduqları və ümumilikdə karbon neytrallığı üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə konsensus əldə etməyi gözləyir:

"Bakıda keçiriləcək COP29 Qazaxıstan üçün vacibdir. Müvafiq olaraq, biz COP29-dan, su hövzələri, ehtiyatları və Xəzər dənizində çirklənmənin monitorinqi üzrə xüsusi regional əməkdaşlıqdan mühüm nailiyyətlər gözləyirik".

İqlim problemlərinin həlli yollarından danışan S.Sabiyeva bildirib ki, Qazaxıstan "yaşıl iqtisadiyyat"a nail olmaq baxımından "yaşıl maliyyə" bazarının və "yaşıl taksonomiya"nın inkişafı kimi birgə regional həll yollarına ümid edir:

"Bu, regiona ekoloji cəhətdən təmiz məhsul istehsalına yönəlmiş investorların diqqətini cəlb etməyə imkan verəcək".

Tarixən Mərkəzi Asiya dünyanın iqlim dəyişikliyinə qarşı ən həssas regionlarından biri olub. Dünya Bankının məlumatına görə, 2050-ci ilə qədər regionda temperatur 4-5 dərəcə yüksələ bilər ki, bu da buzlaqların əriməsinə, su qıtlığına və torpaqların deqradasiyasına səbəb ola bilər. Buna görə də region ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə və "yaşıl iqtisadiyyat"a keçid üçün birgə səyləri davamlı inkişaf üçün çox vacibdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 703   Tarix: 22 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İranın və Türkiyənin Azərbaycana münasibətində gözlənilməz təzad

İran uzun müddət davam edən səssizliyini pozdu. Özü də gözlənilməz şəkildə. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı çıxış edərək bildirib:. "Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların diqqətind

21.10.2026 308
.

Fatih Terim "Tuzlu kahve"də çəkiləcək?

Türkiyə milli futbol komandasının keçmiş baş məşqçisi Fatih Terim "Tuzlu kahve" serialında rol alacaq. Axşam.az xəbər verir ki, iddiaların yaranmasına səbəb məşqçinin serialda Hatun Aydınoğlu obrazını canlandıran Binnur Kayanın paylaşımına "Ümid edirəm, yaxın zamanda sizinlə bir duzl

21.10.2026 222
.

Torpağın çıxarışı var, amma ev qanunsuzdur - Alıcıları belə aldadırlar

Satışa çıxarılan bəzi evlərdə torpağın çıxarışının olduğu vurğulanır, lakin həmin çıxarışın əkin üçün nəzərdə tutulduğu, gələcəkdə təyinatının dəyişəcəyi ilə bağlı vədlər verilir. Bəs görəsən, bu vədlər nə dərəcədə inandırıcıdır? Əkin üçün nəzərdə tutulan torpağın üzərində yaşayış evi tikmək qanunidir

21.10.2026 224
.

Şahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...

Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd

21.10.2026 168
.

Qadınların ən uzun yaşadığı ölkələr açıqlandı (SİYAHI)

Dünyada qadınların ən yüksək ömür uzunluğuna malik olduğu ölkələr açıqlanıb. Siyahının zirvəsindəki ölkə isə çoxlarının ilk ağlına gələn yerlərdən biri olmaya bilər. Qaynarinfo xəbər verir ki, Avropanın kiçik ölkələrindən Asiyanın inkişaf etmiş iqtisadiyyatlarına qədər uzanan bu sıralama qadınların ort

21.10.2026 162
.

90 il sonra yenidən tapıldı: Nəsli kəsildiyi ehtimal olunan zəhərli heyvan AŞKARLANDI

İndoneziyada uzun illərdir təbiətdə mövcudluğu elmi şəkildə təsdiqlənməyən nadir primat növü yenidən aşkarlanıb. Alimləri təəccübləndirən bu heyvanın zəhərli xüsusiyyətə malik olması onu məməlilər arasında daha qeyri-adi canlılardan birinə çevirir. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, söhbə

21.10.2026 303
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21.10.2026 223
.

Ukrayna Rusiyanın səkkiz iri neft çənini məhv etdi

Ukraynanın dronlarla Rusiyanın Rostov-na-Donu şəhərindəki Novoşaxtinsk Neft Məhsulları Zavodunun neftyükləmə terminalına endirdiyi zərbə nəticəsində 12 iri çəndən ən azı 8-i zədələnib. Teleqraf xəbər verir ki, hücumun nəticələri barədə "Exilenova+" məlumat yayıb. Qeyd edilib ki, hücum zaman

21.10.2026 186
.

Azərbaycanda ərzaq bahalaşması: Daha hansı məhsulların qiyməti artacaq?

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər. Mövzu ilə bağlı BİG.AZ-a açıqlamasınd

21.10.2026 258
.