Azərbaycanda müğənni həbs edildi

Azərbaycanda müğənni həbs edildi2022-ci ilin fevral-avqust ayları ərzində Salyan rayonunun Yenikənd və Şəkərli kəndləri ərazisində beş evdən oğurluq etmiş və iki evdə quldurluq əməli törətmiş 1992-ci il təvəllüdlü Vüsal Cəfərovla bağlı bəzi faktlar məlum olub.

Publika.az-ın məlumatına görə, hadisələri törədən V.Cəfərov rayonda müğənni kimi tanınıb və şənliklərdə iştirak edirmiş.

Bildirilib ki, o, qumar oyunlarına pul qoyduğuna görə borca düşüb və buna görə oğurluq, quldurluq kimi əməllərə əl atıb. V.Cəfərov gecə saatlarında gizli şəkildə evlərə girərək oğurluq edirmiş. İki dəfə isə Vüsal evdə yaşayan şəxslərlə qarşılaşdığından onlara qarşı quldurluq edərək qaçıb.

Baş vermiş müəmmalı hadisələrə görə xüsusilə Yenikənd kəndində uzun müddət həyəcanlı vəziyyət yaranıb və əhali təşviş keçirib.

Vüsal Cəfərov polis tərəfindən saxlanıldıqdan sonra əməlini etiraf edib. Onun barəsində Cinayət Məcəlləsinin 177 və 181-ci (Oğurluq və quldurluq əməlləri) maddələri ilə cinayət işi açılıb.

İyunun 7-də isə Lənkəran Ağır Cinayətlər Məhkəməsində Vüsal Cəfərova hökm elan edilib. O, məhkəmədə günahsız olduğunu, baş vermiş hadisələrin boynuna qoyulduğunu iddia edib.

Məhkəmənin hökmü ilə gənc müğənni doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Azərbaycanda müğənni həbs edildi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1240   Tarix: 21 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hörmüz boğazında gəmilərin hərəkəti 90% azalıb

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda Hörmüz boğazında gəmilərin hərəkəti ötən həftə ilə müqayisədə 90% azalıb. bu barədə BBC-yə istinadən xəbər verir. Məlumatda qeyd olunub ki, Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkəti azalmaqda davam edir, çünki bir çox neft tankeri bu su yolundan keçərkə

04.03.2026 260
.

Bakıda 8-ci mərtəbədən yıxılan oğlan öldü

Bakının Xətai rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1998-ci il təvəllüdlü Elxan Orduxanov yaşadığı Gəncə prospektindəki binanın 8-ci mərtəbəsindəki evin eyvanından yıxılıb. O aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Xətai Rayo

10:43 137
.

Gədəbəydə məmura "mükafat" verən şəxs həbs olundu

Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "jurnalist" kimi bəzi qurumların adından "mükafat" verən Fəqani Hüseynov həbs olunub. BİG.AZ "Teleqraf"a istinadla xəbər verir ki, rayon məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barədə 1

04.03.2026 312
.

Quşların səsi, təbiətdə gəzinti stressi necə azaldır? - ARAŞDIRMA

Alimlər müəyyən ediblər ki, təbiətdə cəmi 30 dəqiqəlik gəzinti stress səviyyəsini nəzərəçarpacaq dərəcədə azalda bilər. Xüsusilə quş səslərinə diqqətlə qulaq asmaq bu müsbət təsiri daha da gücləndirir. xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Tübingen Universitetinin tədqiqatçıları tərəfində

04.03.2026 226
.

İran kürd müxalifət qrupunun qərargahına pilotsuz təyyarə ilə zərbə endirib

Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, İraqın Dekala şəhərində yerləşən İran kürd müxalifət qrupunun qərargahına edilən hücumda pilotsuz təyyarə silah anbarına zərbə endirib və iki döyüşçünü yaralayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu həftə İran kürd döyüşçülərinin son günlərd

04.03.2026 1427
.

SON DƏQİQƏ! Tehranın Şərqində və Qərbində partlayış səsləri eşidilib

Tehranda şahidlər şəhərin qərbində və Kərəc istiqamətində partlayışlar eşidiblər. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, sakinlər həmçinin Tehranın şərq hissələrində də partlayış səsləri eşidiblər. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

11:07 89
.

Yeyib-içdiyi dostunu 20 bıçaq zərbəsi ilə öldürdü - TƏFƏRRÜAT

Bakıda 46 yaşlı kişinin qətli ilə bağlı bir sıra təfərrüatlar məlum olub. -ın məlumatına görə, hadisə dünən axşam saatlarında Ramana qəsəbəsində baş verib. Məlumata əsasən, Hüseyn Həsənov kirayə yaşadığı evdə Zəfər Məmmədovla yeyib içiblər. Ancaq içki məclisindən sonra dostlar arasında naməlum səbəbdə

04.03.2026 304
.

Azərbaycanda 100 kişi atalıq məzuniyyətinə çıxdı

Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. xəbər verir ki, artıq 81 işəgötürən tərəfindən 100-dək işçiyə uşağının doğulması ilə bağlı 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib

04.03.2026 1411
.

Pezeşkian qonşu və dost ölkələrin liderlərinə müraciət etdi

"İran diplomatiya yolu ilə ABŞ və İsraillə müharibədən qaçınmağa çalışıb, lakin onların hərbi təcavüzü müdafiə olunmaqdan başqa seçim qoymayıb". xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian "X" platformasında qonşu və dost ölkələrin liderlərinə müraciətind

04.03.2026 395
.

TOP MP3