Prezidentlə xanımı Nəbatat Bağında görülən işlərlə tanış oldu - Fotolar

Prezidentlə xanımı Nəbatat Bağında görülən işlərlə tanış oldu - FotolarPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni inşa olunmuş binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar.

"Qafqazinfo" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına və birinci xanıma Mərkəzi Nəbatat Bağında həyata keçirilən yenidənqurma və tikinti işləri barədə məlumat verib.

Bildirilib ki, 45 hektardan artıq ərazini əhatə edən bağda 247 növ ağac və 162 növ kol bitkisi qorunur. Yenidənqurma zamanı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun 1935-1938-ci illərdə inşa edilən inzibati binası qəzalı vəziyyətdə olduğu üçün burada yeni bina tikilib. Beş mərtəbədən ibarət olan yeni binanın ümumi sahəsi 3700 kvadratmetrdir. Binanın birinci mərtəbəsi laboratoriya sektorlarından ibarətdir. Burada bitki ehtiyatları və etnobotanika, həmçinin toxum bankı, bitki introduksiyası şöbələri yerləşir. Binanın ikinci mərtəbəsində 80 nəfərlik akt zalı, üç laboratoriya, müdafiə şurası, Botanika İnstitutunun elmi şurasının katibliyi, mühasibatlıq yerləşir. Üçüncü mərtəbədə isə geobotanika, ictimaiyyətlə əlaqələr, eksperimental botanika və beynəlxalq əlaqələr şöbələri fəaliyyət göstərəcək. Ali bitkilər sistematikası və herbari fondu dördüncü mərtəbədə yerləşir. Botanika İnstitutunun Herbari Fondu 1936-cı ildə institut yarandığı vaxtdan fəaliyyət göstərir. Burada Azərbaycanla yanaşı, digər ölkələrin altı yüz minə yaxın flora növü qorunur.

Eyni zamanda, Mərkəzi Nəbatat Bağının 1937-ci ildə tikilmiş və tamamilə yararsız hala düşmüş 900 kvadratmetrlik aypara şəkilli inzibati binası da əsaslı təmir edilib.

Mərkəzi Nəbatat Bağı ərazisində tikintisi davam etdirilən müasir tipli oranjereyaya da baxış keçirildi. Bildirildi ki, oranjereyanın eni 19, uzunluğu 47, hündürlüyü isə 15 metrdir. Daxilində yerdən 3 metr hündür körpü və hər iki qapını birləşdirən piyada yolu var. Oranjereya müasir tipli isitmə, soyutma və nǝmləndirmə avadanlıqları ilə təchiz olunacaq. Üzərindəki şüşə sisteminin 40 ədədi avtomatik açılaraq mövsümə uyğun havalandırmanı təmin edəcək.

Qeyd edək ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində dövlət siyasəti məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmağa başlayıb. Hazırda Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bitki biomüxtəlifliyinin qorunması və səmərəli istifadə olunması məsələlərinə xüsusi diqqət yetirilir. Mərkəzi Nəbatat Bağında yenidənqurma işləri məhz Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq həyata keçirilib.

Hazırda Mərkəzi Nəbatat Bağında "Bitki ekologiyası", "Dekorativ bitkilərin introduksiyası və seleksiyası", "Qida və dərman bitkilərinin biokimyası", "Oduncaqlı bitkilər", "Tropik və subtropik bitkilər" laboratoriyaları ilə yanaşı, "Strateji inkişaf, beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması", "Bioloji kolleksiyalar", "Bağçılıq və landşaft quruculuğu", "Təchizat və xidmət" və digər şöbələr fəaliyyət göstərir.

Botanika İnstitutunda elmin informasiya təminat sisteminin təkmilləşdirilməsi və gücləndirilməsi məqsədinə xidmət edən 4 yerli və 2 beynəlxalq məlumat bazası fəaliyyət göstərir.

Botanika İnstitutu bu il COP15-də təsis olunmuş "Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi İttifaqı"na (BCAA-Biodiversity Conservation Alliance for Arid Land) üzv seçilib.

Prezidentlə xanımı Nəbatat Bağında görülən işlərlə tanış oldu - FotolarPrezidentlə xanımı Nəbatat Bağında görülən işlərlə tanış oldu - FotolarPrezidentlə xanımı Nəbatat Bağında görülən işlərlə tanış oldu - FotolarPrezidentlə xanımı Nəbatat Bağında görülən işlərlə tanış oldu - FotolarPrezidentlə xanımı Nəbatat Bağında görülən işlərlə tanış oldu - FotolarPrezidentlə xanımı Nəbatat Bağında görülən işlərlə tanış oldu - FotolarPrezidentlə xanımı Nəbatat Bağında görülən işlərlə tanış oldu - FotolarPrezidentlə xanımı Nəbatat Bağında görülən işlərlə tanış oldu - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1002   Tarix: 21 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İranın və Türkiyənin Azərbaycana münasibətində gözlənilməz təzad

İran uzun müddət davam edən səssizliyini pozdu. Özü də gözlənilməz şəkildə. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı çıxış edərək bildirib:. "Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların diqqətind

21.10.2026 308
.

Fatih Terim "Tuzlu kahve"də çəkiləcək?

Türkiyə milli futbol komandasının keçmiş baş məşqçisi Fatih Terim "Tuzlu kahve" serialında rol alacaq. Axşam.az xəbər verir ki, iddiaların yaranmasına səbəb məşqçinin serialda Hatun Aydınoğlu obrazını canlandıran Binnur Kayanın paylaşımına "Ümid edirəm, yaxın zamanda sizinlə bir duzl

21.10.2026 222
.

Torpağın çıxarışı var, amma ev qanunsuzdur - Alıcıları belə aldadırlar

Satışa çıxarılan bəzi evlərdə torpağın çıxarışının olduğu vurğulanır, lakin həmin çıxarışın əkin üçün nəzərdə tutulduğu, gələcəkdə təyinatının dəyişəcəyi ilə bağlı vədlər verilir. Bəs görəsən, bu vədlər nə dərəcədə inandırıcıdır? Əkin üçün nəzərdə tutulan torpağın üzərində yaşayış evi tikmək qanunidir

21.10.2026 224
.

Şahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...

Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd

21.10.2026 168
.

Qadınların ən uzun yaşadığı ölkələr açıqlandı (SİYAHI)

Dünyada qadınların ən yüksək ömür uzunluğuna malik olduğu ölkələr açıqlanıb. Siyahının zirvəsindəki ölkə isə çoxlarının ilk ağlına gələn yerlərdən biri olmaya bilər. Qaynarinfo xəbər verir ki, Avropanın kiçik ölkələrindən Asiyanın inkişaf etmiş iqtisadiyyatlarına qədər uzanan bu sıralama qadınların ort

21.10.2026 162
.

90 il sonra yenidən tapıldı: Nəsli kəsildiyi ehtimal olunan zəhərli heyvan AŞKARLANDI

İndoneziyada uzun illərdir təbiətdə mövcudluğu elmi şəkildə təsdiqlənməyən nadir primat növü yenidən aşkarlanıb. Alimləri təəccübləndirən bu heyvanın zəhərli xüsusiyyətə malik olması onu məməlilər arasında daha qeyri-adi canlılardan birinə çevirir. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, söhbə

21.10.2026 303
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21.10.2026 223
.

Ukrayna Rusiyanın səkkiz iri neft çənini məhv etdi

Ukraynanın dronlarla Rusiyanın Rostov-na-Donu şəhərindəki Novoşaxtinsk Neft Məhsulları Zavodunun neftyükləmə terminalına endirdiyi zərbə nəticəsində 12 iri çəndən ən azı 8-i zədələnib. Teleqraf xəbər verir ki, hücumun nəticələri barədə "Exilenova+" məlumat yayıb. Qeyd edilib ki, hücum zaman

21.10.2026 186
.

Azərbaycanda ərzaq bahalaşması: Daha hansı məhsulların qiyməti artacaq?

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər. Mövzu ilə bağlı BİG.AZ-a açıqlamasınd

21.10.2026 258
.