Ən çox qohum evliliyi olan rayonlar hansılardır?

Ən çox qohum evliliyi olan rayonlar hansılardır?Son zamanlar Azərbaycanda qohum evliliyinin qadağan edilməsi istiqamətində müzakirələr gedir. Vətəndaşlar, ictimaiyyət nümayəndələri bu məsələyə mövqelərini bildirirlər. Bəziləri hesab edirlər ki, qohum evliliyinin qadağan olunması vacibdir, çünki bu evliliklərdən doğulan uşaqlar müxtəlif xəstəliklərin daşıyıcıları olurlar. Bu da genefondu zədələyir. Bir qismin fikrincə, qohum evliliyi Azərbaycanın adət-ənənəsidir, onun qadağan edilməsi mümkün deyil.

Maraqlıdır, Azərbaycanda nə qədər qohum evliliyi qeydə alınıb? Hansı bölgələr qohum evliliyinə daha çox meyillidirlər?

Dövlət Statistika Komitəsindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, qohumlar arasında bağlanmış nikahların sayına dair məlumatlar illik dövriliklə işlənir:

"2023-cü ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən qeydə alınmış qohumlar arasında nikaha daxilolma hallarının sayı 1935 olub. Sözügedən göstərici Cəlilabad, Sabirabad, İmişli, Biləsuvar, Şamaxı, Yardımlı, Masallı, Ağdam və Salyan rayonlarında ölkənin digər inzibati ərazi vahidlərinə nisbətən yüksək olub".

Qurumdan o da qeyd olunub ki, hazırda qohumlar arasında nikaha daxilolma hallarının qohumluq münasibətlərinə görə bölgüsü ilə bağlı məlumatların əldə olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir:

"Növbəti ildən başlayaraq həmin məlumatların istifadəçilər arasında yayımlanması nəzərdə tutulub".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1376   Tarix: 20 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Çox yaşamaq istəyirsiniz? - İt saxlayın

Gündəlik gəzintilər, daha az stress və daha çox ünsiyyət - evdə it saxlamaq təkcə əhval-ruhiyyəyə deyil, həm də insan sağlamlığına müsbət təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər it saxlayan insanların daha aktiv həyat tərzi keçirdiyini və bunun uzunömürlülüklə əlaqəl

21.10.2026 189
.

"Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ

"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında Milli Məclisin deputat

21.10.2026 344
.

Xocalıda torpaq güzəşti: "Digər rayonlarda da tətbiq edilməlidir" - TƏKLİF

Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində yaşayan sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqlar güzəştli şərtlərlə icarəyə veriləcək. Bununla bağlı müraciətlərin qəbulu oktyabrın 21-dən başlayıb noyabrın 21-dək davam edəcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Müraciətlər Elektro

21.10.2026 232
.

Torpağın çıxarışı var, amma ev qanunsuzdur - Alıcıları belə aldadırlar

Satışa çıxarılan bəzi evlərdə torpağın çıxarışının olduğu vurğulanır, lakin həmin çıxarışın əkin üçün nəzərdə tutulduğu, gələcəkdə təyinatının dəyişəcəyi ilə bağlı vədlər verilir. Bəs görəsən, bu vədlər nə dərəcədə inandırıcıdır? Əkin üçün nəzərdə tutulan torpağın üzərində yaşayış evi tikmək qanunidir

21.10.2026 224
.

D vitamini hansı qidalarda var? - ARAŞDIRMA

D vitamini insan orqanizmi üçün ən vacib vitaminlərdən biridir. Sümüklərin və dişlərin möhkəmliyinin qorunmasında, kalsium və fosforun mənimsənilməsində, əzələlərin normal fəaliyyətində və immun sisteminin işində mühüm rol oynayır. Lakin digər vitaminlərdən fərqli olaraq, D vitamini təbii qidalarda məhdu

21.10.2026 228
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

21.10.2026 305
.

Həmin ada 5 milyona satılır - Fotolar

Egey dənizində, Türkiyə sahillərinə yaxın yerləşən Yunanıstana məxsus Strongilo adası 5 milyon dollara satışa çıxarılıb. Təxminən 219 min kvadratmetr ərazisi, üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə seçilən ada şəxsi mülk və ya turizm layihəsi üçün potensial imkanlar vəd edir. "Qafqazinfo"

21.10.2026 138
.

Şahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...

Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd

21.10.2026 168
.

90 il sonra yenidən tapıldı: Nəsli kəsildiyi ehtimal olunan zəhərli heyvan AŞKARLANDI

İndoneziyada uzun illərdir təbiətdə mövcudluğu elmi şəkildə təsdiqlənməyən nadir primat növü yenidən aşkarlanıb. Alimləri təəccübləndirən bu heyvanın zəhərli xüsusiyyətə malik olması onu məməlilər arasında daha qeyri-adi canlılardan birinə çevirir. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, söhbə

21.10.2026 303
.