İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanlayıbPrezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək" mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına müraciət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli toplantı iştirakçıları.

Əziz dostlar.

Sizi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən "COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək" mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.

Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin fəlsəfi fikirlərini, mütərəqqi ideyalarını, ümumbəşəri dəyərləri və prinsipləri rəhbər tutaraq fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanaraq dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsləri, qlobal gündəlikdə duran aktual məsələlərin həlli istiqamətində təklif etdiyi yeni yanaşmalar beynəlxalq aləmdə təqdir edilir və yüksək dəyərləndirilir.

Artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Məlum olduğu kimi, ötən ilin sonunda Azərbaycan Respublikası dünya dövlətlərinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək şərəfinə layiq görülmüşdür. Bildirmək istərdim ki, Azərbaycan COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir.

Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmiz digər dövlətlərlə birgə əməkdaşlıq çərçivəsində ağıllı həllər tapmağa çalışacaq, eyni zamanda, biz töhfə vermək istəyən qeyri-hökumət təşkilatları və beyin mərkəzləri ilə əməkdaşlığa açığıq. Bu baxımdan, COP29-a hazırlıqla bağlı Bakı və işğaldan azad edilmiş Zəngilan şəhərlərində üç gün davam edəcək bu tədbir çərçivəsində Mərkəzin dəyərli üzvlərinin və tərəfdaşlarının bizimlə zəngin təcrübələrini və biliklərini bölüşərək dəstək göstərmək səylərini yüksək qiymətləndirirəm.

Qlobal istiləşmənin qarşısını almaq üçün bu günə qədər dünya ictimaiyyəti tərəfindən mühüm addımlar atılsa da, qarşımızda hələ də yeni çağırışlar və gündən-günə ciddiləşən təhdidlər dayanır. Eyni zamanda artıq hamı tərəfindən qəbul olunmuş reallıq budur ki, qlobal istiləşməni 1,5 C° səviyyədə saxlamaq məqsədilə beynəlxalq ictimaiyyətin səylərini səfərbər edərək birgə təcili tədbirlərin görülməsi və təxirəsalınmaz addımların atılması üçün vaxtımız azalır.

Bakıda təşkil ediləcək COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaqdır. İqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması hamımızın qarşısında duran ümdə vəzifə, ortaq gələcəyimizə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyətimizdir. Azərbaycan bu danışıqların şəffaflıq və inklüzivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülmüş öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri görəcəkdir.

Eyni zamanda iqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaqdır.

Bu mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi və nəticəyönümlü dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini təmin etmək və COP29-un uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edəcəkdir.

Önümüzdəki günlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin mitiqasiya və adaptasiya, maliyyələşmə, iqlim dəyişmələri və onun biomüxtəlifliyə, su və qida təhlükəsizliyinə olan təsirləri, ərzaq və kənd təsərrüfatı sektorunun hazırkı vəziyyəti, elm, texnologiya və innovasiyanın rolu kimi mövzular ətrafında müzakirələr aparmaqla, COP29-a hazırlıq mərhələsində iqlim fəaliyyəti gündəliyinin irəli aparılmasına və planetimiz üçün həyati vacib olan qərarların qəbul edilməsinə öz töhfəsini verəcəyinə inanıram.

Sizə ən xoş arzularımı yetirir, 29-cu Yüksək Səviyyəli Toplantının işinə uğurlar diləyirəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 702   Tarix: 19 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp noyabr ayında Çində keçiriləcək APEC sammitində görüşə bilərlər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd edək ki, Rusiya prezidenti və amerikalı həmkarı sonuncu dəfə 2025-ci ilin avqust ayında Alyaskanı

02.09.2026 219
.

Şuşada turistlər qaya daşlarının üzərini yazıblar

Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar. Axşam.az xəbər verir ki, bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova məlumat yayıb. Onun sözlərinə görə, bu kimi hallar ilk deyil:. "Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni n

15:16 133
.

Tramp xəbərdarlıq etdi: "ABŞ istənilən vaxt İrana qarşı yeni hücum dalğası başlatmağa hazırdır"

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ-ın Hörmüz boğazında yeni qurulmuş radar avadanlıqlarını məhv etdikdən sonra istədiyi vaxt İrana yenidən zərbə endirməyə hazır olduğunu bildirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, o, jurnalistlərə bildirib ki, "Onla

10:25 193
.

Mənzil qiymətləri niyə artır? - Ekspert əsas amilləri açıqladı

"Azərbaycanda mənzil bazarında qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Bazarda qiymətlərin formalaşmasına eyni vaxtda bir neçə fundamental amil təsir göstərir. Torpaq sahələrinin qiyməti, tikinti xərcləri, əmək və material məsrəfləri, infrastruktur xərcləri, əhalinin gəlirləri

12:31 138
.

"Ermənistan uzun illər regional kommunikasiyaların məhdudluğundan əziyyət çəkib" - BƏHRUZ QULİYEV

"Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən son görüşü göstərdi ki, Azərbaycan-Ermənistan münasibətlərində proses artıq yalnız klassik sülh müqaviləsi çərçivəsində müzakirə olunmur. Söhbət getdikcə daha çox sülhün iqtisadi və nəqliyyat infrastruktur

12:10 289
.

30 illik cinayətin üstü açıldı: Rep əfsanəsini kim öldürüb və əmri kim verib?

Təxminən 30 ildir açılmamış qalan Tupak Şakurun qətli ilə bağlı məhkəmədə andlılar heyəti qərarını verib. Keçmiş dəstə lideri Dueyn "Keffi D" Devis təqsirli bilinib. Qaynarinfo xəbər verir ki, amerikalı reper Tupak Amaru Şakurun 1996-cı ildə Las-Veqasda öldürülməsi ilə bağlı məhkəmə proses

02.09.2026 333
.

Bu marşrut xətləri yeni sistemlə işləyəcək

Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası"nı

11:48 192
.

Miras yolu ilə əmlak əldə edənlər bunu bilməlidir

"Vərəsəlik qaydasında miras kimi qəbul edilən əmlak daşınmaz əmlakdırsa, həmin əmlakı qəbul edən şəxs mülkiyyətçi hesab olunur. Bu baxımdan, daşınmaz əmlakın vərəsəlik yolu ilə əldə edilməsi onunla bağlı mülkiyyət hüququndan irəli gələn vergi öhdəliklərini aradan qaldırmır". Bunu BİG.AZ-a Vəkillə

12:51 183
.

Azərbaycanda qızıl bu qiymətə satılır

Azərbaycanda qızılın 2 sentyabr 2026-cı il tarixinə olan qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7 525,02 manat, 1 qram qızılın qiyməti isə 241,93 manat təşkil edir. 1 qram 99 əyarlı təmiz qızıl 241,93 manat, 750 əyarlı İtalyan qızılı 181,63 manat, 585 əyarl

02.09.2026 317
.