Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb
Azərbaycanda ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalıblar, faktla bağlı 14 nəfər saxlanılıb.
BiG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə kütləvi zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları polis əməkdaşları tərəfindən araşdırılıb.
Müəyyən edilib ki, 08-13 iyun 2024-cü il tarixlərində naməlum şəxslər əvvəlcədən müəyyənləşdirdikləri vətəndaşlarla xaricdən ev telefonu vasitəsi ilə əlaqə saxlayıb onların yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirərək yardım göstərilməsi üçün pul tələb ediblər. Həmin şəxslər əvvəlcədən "Telegram" sosial şəbəkəsindən sifariş etdikləri kuryerlər vasitəsi ilə pul vəsaitlərini zərərçəkənlərdən alaraq kriptovalyuta hesablarına köçürməklə ələ keçiriblər.
Qeyd olunan hüquqazidd əməllər nəticəsində naməlum şəxslər 212 000, 20 000, 4 400, 4 000, 500 dollar, eləcə də 21 530, 10 000, 5 300, 7 700 , 4 570, 4 000, 2 000 manat olmaqla ümumilikdə 10 vətəndaşa 240 900 ABŞ dolları və 55 100 manat maddi ziyan vurublar.
Bakı şəhərində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə kuryer qismində hadisələrin törədilməsində iştirak edən 14 nəfər saxlanılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cinayətlərin təşkilatçıları və digər iştirakçılarının dairəsinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, belə hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə pul vəsaitlərini verməsinlər", - deyə məlumatda qeyd olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 574 Tarix: 15 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPsixi problemi olan gənclərin sayında İKİQAT ARTIM
Azərbaycanda 14-29 yaşlı gənclər arasında psixi və davranış pozuntuları ilə bağlı qeydə alınan göstərici son 10 ildə iki dəfəyə yaxın artıb. Bizim.Media Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2015-ci ildə bu göstərici 2 584 olduğu halda, 2025-ci ildə 5 133-ə çatıb. Qeyd edək ki
15.10.2026 195 Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Arxeoloqlar Türkiyə sahillərində yaşı 4400-4700 il olduğu ehtimal edilən, məlum olan ən qədim batmış gəmini aşkar ediblər. Erkən Tunc dövrünə aid gəminin, Böyük Giza piramidasının tikildiyi dövrlə təxminən eyni vaxtda Aralıq dənizi vasitəsilə yük daşıdığı ehtimal olunur. Qaynarinfo xəbər verir ki, b
15.10.2026 171 "Sülh hələ də kövrəkdir, onu qorumaq lazımdır"
"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib. "Bi
15.10.2026 210 Diabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burad
15.10.2026 239 Kürən pişiklərin sirri açıldı - niyə əksəriyyəti erkəkdir?
Alimlər 60 ildən çoxdur araşdırılan bir suala cavab tapıblar: bəzi pişiklər niyə kürən doğulur və bu rəngə niyə daha çox erkəklərdə rast gəlinir? İki müstəqil tədqiqat qrupu bunun səbəbini izah edən genetik xüsusiyyəti müəyyənləşdirib. xarici mediaya istinadla xəbər verir ki, kəşf pişiklərin tük rəngin
15.10.2026 202 Folqa Wi-Fi sürətini artırır - Maraqlı təcrübə
Mətbəxdə istifadə olunan alüminium folqanın zəif Wi-Fi bağlantısını yaxşılaşdıra biləcəyi barədə məsləhətlər internetdə çoxdan yayılır. Bu üsulu sınaqdan keçirənlər evin bir hissəsində məlumat ötürmə sürətinin təxminən beş dəfə artdığını müşahidə ediblər. xarici mediaya istinadla xəbər verir ki, müəlli
15.10.2026 203 Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida
Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk
15.10.2026 179 Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
Azərbaycan 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı məsələ AQEM-in 7-ci Zirvə Görüşündə müzakirəyə çıxarılıb və qəbul edilib
15.10.2026 232 "Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək" - Yenilənib
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:. "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfində
15.10.2026 194