QƏRAR VERİLDİ – Sənədi olmayan bu evlərə "kupça" veriləcək

QƏRAR VERİLDİ – Sənədi olmayan bu evlərə "kupça" veriləcək"Kütləvi massivlər "özbaşına tikililər" adı altında konsepsiya da işlənib, təsdiq olunacaq".

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib. Onun sözlərinə görə, növbəti mərhələdə özbaşına yaşayış massivlərinin formalaşdırılması ilə bağlı kütləvi kateqoriya dəyişiklikləri, icazələr və sənədləşdirmə məsələlərinə münasibət bildiriləcək.

Bəs görəsən, konsepsiya hazırlanarkən hansı nüanslar nəzərə alınacaq?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, ilkin mərhələdə sənədləri nisbətən qaydasında olan evlərin qeydiyyatı mümkün olacaq:

"İlkin mərhələdə sənədi qaydasında olan evlərin qeydiyyatına başlanacaq. Məsələn, bələdiyyə tərəfindən verilmiş sənədlər, digər sərəncamlar və digər hüquqi sənədlər əsas götürüləcək. Ümumiyyətlə, heç bir sənədi olmayan evlərə isə bu şamil olunmayacaq. Ona görə ki, belə evlərin heç bir qanuni əsası yoxdur. Hazırda yalnız Əmlak Məsələləri Dövlət Xidmətinin sənədləşmə apara bildiyi evlərin qeydiyyata alınması mümkündür. Sənədləşməsi mümkün olmayan evlərin sökülməsi və sakinlərin başqa ərazilərə köçürülməsi həcm olaraq həddən artıq böyük bir prosesdir".

Ekspertin fikrincə, paytaxın müxtəlif ərazilərində yerləşən və qeydiyyatı mümkün olmayan evlərlə bağlı problem olduqca ciddidir:

"Elə ərazilər var ki, oradakı evlər inşaat və yaşayış normativinə uyğun tikilməyib. Məsələn, Bakının "Şanxay", "NZS", Keşlə, Yasamal və Alatava kimi ərazilərindəki evlər o qədər bir-birinə sıx tikilib ki, hər hansı fövqəladə hal zamanı yanğınsöndürən maşın müdaxilə edə bilmir. Bu kimi yerlərdə olan evlərə sənədin verilməsi o deməkdir ki, dövlət artıq öz normativlərini qorumur. Digər tərəfdən, bu evlərin sökülməsi məsələsi daha da qəlizdir. Əslində, bu illərdir davam edən ciddi bir problemdir. Ən yaxşı yol tikinti şirkətlərini həmin ərazilərə yönəltməkdir ki, orada şirkətlər hər bir vətəndaşla məsələni individual formada həll edə bilsinlər. İndi ən mühüm məsələ odur ki, tikinti şirkətləri də belə böyük həcmdə söküntüləri həyata keçirə bilməz. Həmçinin tikinti şirkətləri üçün bu ərazilər o qədər də əlverişli deyil. Düşünürəm ki, bu illər boyu həll olunmamış məsələ kimi qalacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1609   Tarix: 12 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident bu sazişi təsdiq etdi

"Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, sentyabrı

21.10.2026 263
.

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti - "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsin

21.10.2026 245
.

Ermənistan "Tramp marşrutu" üzrə razılaşmanı təsdiqlədi

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsi ABŞ ilə "Tramp marşrutu" (TRIPP) layihəsi üzrə strateji tərəfdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib və məsələni parlamentin növbəti iclasının gündəliyinə daxil edib. Teleqraf xəbər verir ki, qanu

21.10.2026 197
.

Ərdoğan İlham Əliyevə zəng etdi

Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Rəcəb Tayyi

21.10.2026 232
.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

21.10.2026 258
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

21.10.2026 305
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21.10.2026 396
.

Ukrayna Rusiyanın səkkiz iri neft çənini məhv etdi

Ukraynanın dronlarla Rusiyanın Rostov-na-Donu şəhərindəki Novoşaxtinsk Neft Məhsulları Zavodunun neftyükləmə terminalına endirdiyi zərbə nəticəsində 12 iri çəndən ən azı 8-i zədələnib. Teleqraf xəbər verir ki, hücumun nəticələri barədə "Exilenova+" məlumat yayıb. Qeyd edilib ki, hücum zaman

21.10.2026 186
.

Azərbaycana qarşı dini-siyasi təzyiqlər və kiberhücumlar eyni təhlükəsizlik mənzərəsinin hissəsidir

Oktyabrın ortalarında Azərbaycana qarşı baş verən iki hadisə ölkənin informasiya və milli təhlükəsizliyi məsələlərini yenidən gündəmə gətirib. Bir tərəfdən, Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalarda xilafət çağırışları səsləndirilib, digər tərəfdən isə dövlə

21.10.2026 248
.