Şuşa Bəyannaməsi - qardaşlığın rəmzidir

Şuşa Bəyannaməsi - qardaşlığın rəmzidirAzərbaycan xaqının böyük coşqu və təntənə ilə qeyd etdiyi 2021-ci ilin 15 İyun - Milli Qurtuluş günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, mədəniyyət beşiyimiz olan Şuşada, sözün əsl mənasında gələcəyimizin, birliyimizin tarixini yazdılar.
Müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsində, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamlarının qeyd olunması Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğunun sübutudur.
Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Eyni zamanda, Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regionda sülhün bərqərar olunmasının təsirli mexanizmi kimi diqqət çəkir.
Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin həyata keçirilməsi xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.
Bəyannamədə həmçinin Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı vurğulanır.
Şuşa Bəyannaməsində ticarət-iqtisadi münasibətlərədə toxunulmuşdur. Belə ki, sənəddə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması sadəcə Azərbaycan-Türkiyə münasibətləri baxımından deyil bölgənin və Türk dünyasının gələcəyi baxımından tarixi bir hadisə olmuşdur.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 744   Tarix: 11 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Prezident bu sazişi təsdiq etdi

"Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, sentyabrı

21.10.2026 263
.

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti - "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsin

21.10.2026 245
.

Ermənistan "Tramp marşrutu" üzrə razılaşmanı təsdiqlədi

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsi ABŞ ilə "Tramp marşrutu" (TRIPP) layihəsi üzrə strateji tərəfdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib və məsələni parlamentin növbəti iclasının gündəliyinə daxil edib. Teleqraf xəbər verir ki, qanu

21.10.2026 197
.

Ərdoğan İlham Əliyevə zəng etdi

Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Rəcəb Tayyi

21.10.2026 232
.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

21.10.2026 258
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

21.10.2026 305
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21.10.2026 396
.

Ukrayna Rusiyanın səkkiz iri neft çənini məhv etdi

Ukraynanın dronlarla Rusiyanın Rostov-na-Donu şəhərindəki Novoşaxtinsk Neft Məhsulları Zavodunun neftyükləmə terminalına endirdiyi zərbə nəticəsində 12 iri çəndən ən azı 8-i zədələnib. Teleqraf xəbər verir ki, hücumun nəticələri barədə "Exilenova+" məlumat yayıb. Qeyd edilib ki, hücum zaman

21.10.2026 186
.

Azərbaycana qarşı dini-siyasi təzyiqlər və kiberhücumlar eyni təhlükəsizlik mənzərəsinin hissəsidir

Oktyabrın ortalarında Azərbaycana qarşı baş verən iki hadisə ölkənin informasiya və milli təhlükəsizliyi məsələlərini yenidən gündəmə gətirib. Bir tərəfdən, Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalarda xilafət çağırışları səsləndirilib, digər tərəfdən isə dövlə

21.10.2026 248
.