İldə 20 milyon sərnişinin daşındığı metroda niyə tibb məntəqəsi yoxdur? - RƏSMİ AÇIQLAMA
Metro insanların ən çox istifadə etdiyi ictimai nəqliyyat növüdür. Bu il təkcə aprel ayında Bakı Metropoliteni ilə 20 milyon 510 min 190 sərnişin daşınıb.
Ötən ilin aprel ayı ilə müqayisədə sərnişin sayında 7,6 faiz artım qeydə alınıb. Orta statistik hesabla metropolitendən gün ərzində 683 min 673 sərnişin istifadə edib. Yəni hər gün, xüsusilə gur saatlarda metro stansiyalarında izdiham yaşanır. Səhər və axşam saatlarında insanlar asanlıqla qatarlara minə bilmir, bəzən bir neçə qatar yola salmalı olurlar.
Bu cür sıxlıqda halı pisləşən, nəfəs darlığı yaşayan sərnişinlər olur. Elə tez-tez mətbuatda və sosial şəbəkələrdə metroda sərnişinlərin halının pisləşməsi, hətta ölüm hallarının baş verməsi ilə bağlı məlumatlar oxuyuruq.
Metroda halı pisləşən insanlara ya ətrafdakı insanlar, ya metropilten işçiləri ilkin yardım göstərirlər. Aydındır ki, bu yardım peşəkar səviyyədə deyil. Bakı şəhərində isə təcili tibbi yardım avtomobilinin çağırılan ünvana anında çata bilmədiyi sirr deyil. Ona görə də, metro kimi qapalı bir məkanda adi halsızlıq vəziyyəti belə daha pis hadisə ilə nəticələnə bilər.
Bəs "Bakı Metropoliteni"ndə həkim personalının xidmət göstərəcəyi tibb məntəqələri niyə yaradılmır?
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-ya deyib ki, ilkin tibbi yardımla bağlı metropoliten işçiləri məlumatlandırılır:
"Metropolitenin fəaliyyəti sərnişindaşımadır. Tibb məntəqələri, tibb işçiləri isə səhiyyə sahəsinə aiddir. "Bakı Metropoliteni" QSC bu gün səhiyyə qurumları, xüsusilə də Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi ilə birgə operativ, sürətli iş qurub deyə, buna həm zərurət yoxdur, həm də bu məsələ dövrü olaraq iki qurum arasında müzakirə olunur. Əgər müzakirələrdən hər hansı başqa nəticələr əldə olunacaqsa, məlumatlar veriləcək. Təbii ki, onunla bağlı işçilər xüsusi təlimatlandırılır, məlumatlandırılır və ən operativ addımlar atılır".
O bildirib ki, metrostansiyalara təcili tibbi yardımın gecikməsi ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb:
"Təcili tibbi yardım metroda sərnişinlərin halının pisləşməsi hadisələrində ən qısa müddətdə gəlirlər. Bizim qurumla onların əlaqəsi adi məişətdə gördüyünüz formada deyil. Ən yaxın məntəqədən ən yaxın briqada göndərilir. Bu, iki qurum arasında tənzimlənib. Nümunə üçün deyək ki, "28 May" metrostansiyasından təcili tibbi yardıma zəng gedibsə, ora ən yaxın məntəqə, ən yaxın briqada hansıdırsa, o göndərilir", - deyə Bəxtiyar Məmmədov qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 872 Tarix: 09 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...
Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd
21.10.2026 168 Ermənistan "Tramp marşrutu" üzrə razılaşmanı təsdiqlədi
Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsi ABŞ ilə "Tramp marşrutu" (TRIPP) layihəsi üzrə strateji tərəfdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib və məsələni parlamentin növbəti iclasının gündəliyinə daxil edib. Teleqraf xəbər verir ki, qanu
21.10.2026 197 Jurnalistlərin adından saxtavatsap hesabları yaradılır - Xəbərdarlıq
Son günlər tanınmış jurnalistlərin adından saxta vatsap hesablarının yaradılması və həmin hesablar vasitəsilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə xəbərlər yayılıb. xəbər verir ki, bununla bağlı Mətbuat Şurasının yaydığı xəbərdarlıqda bildirilib. Bildirilib ki, hüquq-mühafizə orqanlarını
21.10.2026 212 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə
21.10.2026 258 Azərbaycanda yağ kəskin bahalaşdı
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər
21.10.2026 305 Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. *. "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabinet
21.10.2026 170 İranın və Türkiyənin Azərbaycana münasibətində gözlənilməz təzad
İran uzun müddət davam edən səssizliyini pozdu. Özü də gözlənilməz şəkildə. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı çıxış edərək bildirib:. "Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların diqqətind
21.10.2026 308 Torpağın çıxarışı var, amma ev qanunsuzdur - Alıcıları belə aldadırlar
Satışa çıxarılan bəzi evlərdə torpağın çıxarışının olduğu vurğulanır, lakin həmin çıxarışın əkin üçün nəzərdə tutulduğu, gələcəkdə təyinatının dəyişəcəyi ilə bağlı vədlər verilir. Bəs görəsən, bu vədlər nə dərəcədə inandırıcıdır? Əkin üçün nəzərdə tutulan torpağın üzərində yaşayış evi tikmək qanunidir
21.10.2026 224 Prezident bu sazişi təsdiq etdi
"Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, sentyabrı
21.10.2026 263